Şahin Növrəsli Parisdə konsert verib

Şahin Növrəsli Parisdə konsert verib
8 fevral 2018
# 09:55

Parisin birinci rayonunda yerləşən “Le Duc des Lombards” caz klubunda Azərbaycanın Əməkdar Artisti Şahin Növrəslinin solo konserti olub.

“Le Duc des Lombards” caz klubundakı solo konsertində Ş.Növrəsli “Shahin Novrasli Quartet” və “Emanation” disk-albomlarından öz bəstələrini və “Segah”, “Bayatı Şiraz” kimi caz-muğamlarını səsləndirib.

Şahin Növrəsli öz kompozisiyaları və Azərbaycan musiqisinin variasiyalarından ibarət geniş spektrli ifası ilə auditoriyanı ovsunlayıb. Onun hipnotik variasiyaları davam etdikcə improvizasiyaları daha da qəlizləşirdi. Tamaşaçını məharətlə musiqi aləminin dərinliklərinə çəkib, onları bütövlükdə musiqiyə qərq edirdi. Tamaşaçılar azərbaycanlı cazmeni sürəkli alqışlarla yenidən səhnəyə dəvət edir və ondan ayrılmaq istəmirdilər.

“Le Duc des Lombards” caz klubunda konsertdən sonra cazsevərlərin azərbaycanlı cazmenin disklərini almaq imkanı olub. Şahin Növrəslinin “Emanation” adlı ikinci disk-albomu amerikalı caz pianoçu, bəstəkar və pedaqoq Əhməd Camalın həmprodüsserliyi ilə Parisdə yazılıb. Onun dəvəti ilə artıq bir neçə aydır yeni disk-albomlarının hazırlanması məqsədilə Parisdə olan Şahin Növrəslinin burada silsilə konsertləri gözlənilir. /azertag.az/

# 1002 dəfə oxunub

Oxşar xəbərlər

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
#
#
# # #