Leonardo Da Vinçinin böyük sərgisi açılacaq

 

Belçikada premyerası keçirilən dünyanın ən əhatəli Leonardo Da Vinçi sərgisi - “Leonardo Da Vinçi Expo”nun ikinci dayanacağı Türkiyənin İstanbul şəhəri olacaq.

 

Kulis.azın Azərtaca istinadən verdiyi xəbərə görə intibah dövrünün məşhur rəssamının əsərləri istanbullu sənətsevərlərə dekabrın 14-də yetişəcək. Sərgidə bir rəssam, filosof, musiqiçi, memar və mühəndis kimi tanınan Leonardo Da Vinçinin orijinal eskizləri vasitəsi ilə hazırlanmış 100 replikası və əlyazması, tablo və ştrixləri yer alacaq.

 

2018-ci il aprelin 7-dək davam edəcək sərgidə Leonardo Da Vinçinin əsərləri ilə yanaşı, bu dahi sənətkardan ilham alan Donatello, Rafael kimi digər intibah dövrü rəssamlarına aid nümunələr və sənədlər də nümayiş olunacaq. 

 

 

LENT

23 Yanvar 2018
22 Yanvar 2018
21 Yanvar 2018
20 Yanvar 2018
19 Yanvar 2018
18 Yanvar 2018