Teatrımızın nümayəndələri Çində

Teatrımızın nümayəndələri Çində
7 iyul 2017
# 17:17

Çin Xalq Respublikasının Yinchuan şəhərində 15-ci Çin Teatr Festivalı çərçivəsində Beynəlxalq Teatr İnstitutunun Ənənəvi Səhnə Sənətləri Forumunun birinci toplantısı keçirilib.

Bakı Uşaq Teatrının direktoru və bədii rəhbəri İntiqam Soltan və ssenarist Arzu Soltan həmin forumda iştirak edərək, Azərbaycan teatr ənənələrini nümayiş etdirən geniş təqdimatla çıxış ediblər.

Teatrdan bildirilib ki, Azərbaycanın ənənəvi səhnə sənətinin yaşadılmasında Bakı Uşaq Teatrının rolu haqqında forum iştirakçılarına məlumat verən Arzu Soltan, həm də teatrın yaradıcısı və rəhbəri İntiqam Soltanın iş metodundan bəhs edib.

Beynəlxalq Teatr İnstitutunun rəhbərliyinin, eləcə də Avropa və Asiyanın bir sıra ölkələrindən teatr institutlarının nümayəndələrinin, aktyor, rejissor, ssenarist və tənqidçilərin, digər teatr mütəxəssislərinin qatıldığı toplantıda Azərbaycanın təqdimatı böyük maraqla qarşılanıb.

Tədbirdə Beynəlxalq Teatr İnstitutunun Ənənəvi Səhnə Sənətləri Forumunun İdarə Heyəti yaradılıb. İntiqam Soltan həmin İdarə Heyətinin üzvü seçilib.

Toplantının keçirildiyi günlərdə iştirakçılar müxtəlif teatr tamaşaları, sərgilər, konsertlərdə olublar. Eləcə də Yinchuan şəhərinin görməli yerlərini, tarixi abidələri, muzeyləri ziyarət ediblər. /azertag.az/

# 1439 dəfə oxunub

Oxşar xəbərlər

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
#
#
# # #