İranda Azərbaycan Mədəniyyət Günləri keçiriləcək

İranda Azərbaycan Mədəniyyət Günləri keçiriləcək
29 iyun 2017
# 22:35

Mədəniyyət və Turizm Nazirliyi və İran İslam Respublikasının Bakıdakı səfirliyinin Mədəniyyət Mərkəzi arasında əldə olunmuş razılığa əsasən iyulun 3-dən 9-dək İran İslam Respublikasında Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsi planlaşdırılır.

Nazirlikdən bildirilib ki, Mədəniyyət Günləri çərçivəsində Tehran, İsfahan şəhərlərində musiqi və teatr kollektivlərinin iştirakı ilə konsertlər, teatr tamaşası, kino nümayişi, foto, turizm, milli mətbəx nümunələrinin təqdimatı ilə yanaşı, miniatür kitab sərgiləri də təşkil ediləcək.

Mədəniyyət Günləri iki ölkə arasında qarşılıqlı mədəni əməkdaşlığın inkişafı, xalqların bir-birini daha yaxından tanıması, Azərbaycan mədəniyyəti və incəsənətinin, turizm potensialının təbliği, eyni zamanda ölkəmizin beynəlxalq aləmdəki müsbət imicinin daha da yüksəlməsi məqsədilə təşkil olunur.

Tədbir çərçivəsində Tehrandakı Vəhdət sarayında Mədəniyyət Günlərinin təntənəli açılış mərasimi, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin (bədii rəhbər və baş dirijor: Ağaverdi Paşayev) və solistlərin iştirakı ilə Azərbaycan və İran bəstəkarlarının əsərlərindən ibarət Qala-konsert, Tehran İncəsənət Akademiyasında Azərbaycan fotoqraflarının əsərlərindən ibarət “Azərbaycan dünən, bu gün, sabah” adlı fotosərgi, iki ölkənin turizm şirkətlərinin nümayəndələri arasında görüş və təqdimat, habelə Ərəsbaran Mədəniyyət Mərkəzində Azərbaycan filmlərinin (“Buta”, “Çölçü”, “Nabat”, “Yarımçıq xatirələr”, “Dərs”) nümayişi, eyni zamanda Tehrandakı “Hünər” sarayında Azərbaycan Dövlət Musiqili Teatrının Ü.Hacıbəylinin “Ər və arvad” ikihissəli musiqili komediyası əsasında hazırladığı (quruluşçu rejissor Yusif Əkbərov) eyniadlı tamaşanın nümayişi nəzərdə tutulur.

Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin və İranlı musiqiçilərin iştirakı ilə İsfahanda da konsert proqramı təqdim ediləcək.

Mədəniyyət Günlərində iştirak edəcək nümayəndə heyətinə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev rəhbərlik edəcək. /azertag.az/

# 872 dəfə oxunub

Oxşar xəbərlər

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
# # #