“Almaz”ı növbəti dəfə oynadılar

“Almaz”ı növbəti dəfə oynadılar
20 iyun 2017
# 17:45

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yaradıcı kollektivi Cəfər Cabbarlının “Almaz” pyesi əsasında hazırlanan yeni eyniadlı tamaşasını növbəti dəfə teatrsevərlərə təqdim edib.

İkihissəli dramın yeni səhnə redaksiyasının müəllifi Əməkdar İncəsənət Xadimi Əli Əmirli, elmi məsləhətçisi Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, akademik Nizami Cəfərovdur.

Yeni səhnə əsərinin müəllifi Xalq Artisti, Akademik Milli Dram Teatrının direktoru və bədii rəhbəri Azərpaşa Nemətov, rejissorları Anar Sadıqov və Əlif Cahangirli, bəstəkarı Xalq Artisti Siyavuş Kərimidir.

Ceyran Həsənlinin idarə etdiyi tamaşada Xalq artistləri Nurəddin Mehdixanlı (Hacı Əhməd), Rafiq Əzimov (Mirzə Səməndər), Hacı İsmayılov (Aftil), Firəngiz Mütəllimova (Kərbəlayı Fatmansa), Əməkdar artistlər Məsmə Aslanqızı (Almaz), Sabir Məmmədov (Şərif), Kazım Abdullayev (İbad), Aslan Şirin (Barat), Əli Nur (Baloğlan), Əjdər Həmidov (Balarza), Ayşad Məmmədov (Ocaqqulu), Elşən Cəbrayılov (Fuad), aktyorlar Rada Nəsibova (Yaxşı), Mətləb Abdullayev (Sədr), Vüsal Məmmədov və Ənvər Məmmədli (kəndlilər) çıxış edib.

Səhnə əsəri aktyorların ifasında tamaşaçıya inandırıcı ştrixlərlə, olduqca maraqlı tərzdə çatdırılıb. Tamaşanın maraqlı, zəngin səhnə dekorasiyası və aktyorların məharətli çıxışı onu daha da baxımlı edib, səhnə əsəri maraqla qarşılanıb.

Qeyd edək ki, C.Cabbarlının 1930-cu illər dram yaradıcılığı “Almaz” pyesi ilə başlayır. Əsərin ilk tamaşası 1931-ci il aprelin 13-də olub.

# 867 dəfə oxunub

Oxşar xəbərlər

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
# # #