Niyə susurdu quşlar - ŞEİR

Niyə susurdu quşlar - <span style="color:red;">ŞEİR
17 may 2017
# 15:38

Kulis.az gənc şairə Könül Arifin yeni şeirlərini təqdim edir:

Suda sevgili kölgəsi

Mən bilirəm niyə susurdu quşlar,

Mən bilirəm qürubun sonrasını.

Ötməliydi gələn dolu göy qatar

Üstündəki buludun qarasını.

Mən bilirəm kor quyunun səmtini,

Mən bilirəm hardan dinir sətirlər.

Boşaldıqca şəffaf şüşənin dibi

Şairin içdiyi gözündən gələr...

Mən bilirəm sudur qəmin beşiyi,

Mən bilirəm niyə susur balıqlar...

Qonur, yaşıl, mavi, qara - nə fərqi?

Şair qövmü eyni gözdən ağlayar.

Mən bilirəm üzümlüyün sirrini

Cin kimi şüşədə qaldığı qədər.

İçsən suda sevgili kölgəsini

Ən qədim qırmızı şəraba dəyər.

Mən bilirəm niyə susurdu quşlar,

Mən bilirəm qürubun sonrasını.

Yarmalıydı gələn dolu göy qatar

Bu çökən buludun ən qarasını.

"Itirilmiş cənnət”

Con Miltona

"Allah var, Allah yoxdu

Allah var, Allah yoxdu

Allah var,

Allah yoxdu...”

– deyə çöbanyastığıdan

sonuncu ləçək qopdu.

Əyilib bahardan

bakir əlləriylə

daha bir çobanyastığı dərdi

qoca rahib.

Saymağa başladı

bu dəfə

"Allah yoxdu”dan...

artkaspi.az

# 762 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
#
#
# # #