Bu ayrılıq nədən oldu?  -UNUDULMAZ MAHNILAR

Bu ayrılıq nədən oldu?  -UNUDULMAZ MAHNILAR
9 yanvar 2017
# 11:46

Yaddaşımızda yüzlərlə mahnının hər biri bir xatirə ilə kodlanıb.

Mahnını eşitmək xatirələri oyadır.

O mahnılar var olduqca o xatirələri yaşadacaq.

Mahnılar, unutmur, unutdurmur.

Mahnılar unudulmazdır.

Kulis.Az “Unudulmaz mahnılar” layihəsini təqdim edir.

Xalq şairi Bəxtiyar Vahabzadənin sözlərinə Xalq artisti Şəfiqə Axundovanın bəstələdiyi “Bu ayrılıq nədən oldu?” mahnısını Xalq artisti Rübabə Muradovanın ifasında təqdim edirik.

Bu ayrılıq nədən oldu

Əllərini üzüb məndən,
Yarım birbaş gedən oldu.
Can deyib, can eşidərdik,
Bu ayrılıq nədən oldu?

Qızılgüləm dəstəyəm mən,
Bülbüləm qəfəsdəyəm mən
Gəzirəm mən, qəmli-qəmli,
Görən deyir, xəstəyəm mən

Yandı ürək kabab oldu,
Gül bağçamda xəzan oldu,
Mən ki səndən ayrılmazdım,
Bu ayrılıq nədən oldu?

Yaranmışıq məhəbbətdən,
Alovlanıb yanıram mən.
Bu həsrətdən, bu möhnətdən
Gözümün yaşı dən-dən oldu

Öz eşqimdən diləyimlə,
Ayrı düşdüm illərlə mən.
Ancaq səndən ayrı gəzən,
Ürək deyil, bədən oldu!

# 5275 dəfə oxunub

Oxşar xəbərlər

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
# # #