“Bir könül sındırmışam” - UNUDULMAZ MAHNILAR

 

Yaddaşımızda yüzlərlə mahnının hər biri bir xatirə ilə kodlanıb.

Mahnını eşitmək xatirələri oyadır.

O mahnılar var olduqca o xatirələri yaşadacaq.

Mahnılar, unutmur, unutdurmur.

Mahnılar unudulmazdır.

 

Kulis.Az “Unudulmaz mahnılar” layihəsini təqdim edir.

 

Sözləri İslam Səfərlinin, musiqisi Ramiz Mirişlinin olan “Bir könül sındırmışam” mahnısını Şövkət Ələkbərovanın ifasında təqdim edirik.

 

Bir könül sındırmışam

 

Mən onu dan ulduzu,

Nazlı şəfəq sanardım.

Kimə inanmasam da,

Bir ona inanardım.

Kimə inanmasam da,

Bir ona inanardım.

 

Ahh...

Qəbahətim böyükdür,

Ay ellər, dünən axşam, dünən axşam çağı.

Qəbahətim böyükdür,

Ay ellər, dünən axşam, dünən axşam çağı.

Büllur kimi bir ürək,

Bir könül sındırmışam.

Büllur kimi bir ürək,

Bir könül sındırmışam.

 

O bir qaranquş kimi,

Qəlbimdə yuva qurdu.

Acı dilim qurusun,

Dilim onu uçurdu.

Acı dilim qurusun,

Dilim onu uçurdu.

 

Ahh...

Qəbahətim böyükdür,

Ay ellər, dünən axşam, dünən axşam çağı.

Qəbahətim böyükdür,

Ay ellər, dünən axşam, dünən axşam çağı.

Billur kimi bir ürək,

Bir könül sındırmışam.

Billur kimi bir ürək,

Bir könül sındırmışam.

 

Saçlarının gül ətri,

Titrəyən ovucumda.

İntizar baxışların

Ağlar yol ayrıcında.

Titrəyən baxışların

Ağlar yol ayrıcında.

 

Ahh...

Qəbahətim böyükdür,

Ay ellər, dünən axşam, dünən axşam çağı.

Qəbahətim böyükdür,

Ay ellər, dünən axşam, dünən axşam çağı.

Büllur kimi bir ürək,

Bir könül sındırmışam.

Büllur kimi bir ürək,

Bir könül sındırmışam.

LENT

25 Fevral 2017
24 Fevral 2017
23 Fevral 2017
22 Fevral 2017
21 Fevral 2017
20 Fevral 2017