Fuad Poladov "Azdrama"dan istefa verdi - QALMAQAL

Fuad Poladov "Azdrama"dan istefa verdi - <span style="color:red;"> QALMAQAL
26 oktyabr 2016
# 17:48

Xalq artisti Fuad Poladov Akademik Dövlət Dram Teatrından istefa ərizəsi yazıb. Kulis.Azın məlumatına görə, onun ərizəsinə hələ də baxılmayıb. Lakin Xalq artistinin israrlı olduğu bildirilir. Buna səbəb kimi teatrda son dövrlərdə yaranmış vəziyyət və aktyor Hikmət Rəhimovun istefası göstərilir.

“Azdrama”dan çıxarılan aktyor Hikmət Rəhimov isə öz Facebook səhifəsində yazıb:

“Bunu deməliyəm. Başıma gələn olaylarla bağlı mənə dəstək olan və arxamda dayanan insan Fuad müəllim Poladova minnətdaram. Polis bölməsinə, rayon polis idarəsinə məndən xəbərsiz gedən və mənə görə ordakılara narahatlığını bildirən və sonra teatrdan çıxdığını bildirən Fuad Poladov. İnanın səmimiliyimə, bununla fəxr etmirəm və şok da yaşamıram. Çünki bu, Fuad müəllimdir. Hər gün mənə ən azı 2 dəfə zəng vurub, ürək-dirək verən Fuad müəllim. Mən sizə bu dünyada da, o dünyada da minnətdaram. Bunu heç kim eləməzdi - heç kim. Hər şeyə görə çox sağ olun”.

Məsələ ilə bağlı əlaqə saxladığımız Xalq artisti Fuad Poladovun münasibəti belə oldu: "Bu barədə danışmaq istəmirəm"

Akademik Milli Dram Teatrından Kulis.az-a Fuad Poladovun teatrdan istefa vermədiyini bildiriblər: "Oktyabrın 28-də Fuad müəllimin rol aldığı "Müsyo İbrahim və Quran çiçəyi" tamaşası nümayiş olunacaq. Bu ay ərzində isə "Şah Qacar" tamaşasında çıxış edib".

# 835 dəfə oxunub

Oxşar xəbərlər

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
# # #