Anam öləndən sonra... – Səfər Alışarlının unuda bilmədiyi hadisə

Anam öləndən sonra... – <span style="color:red;">Səfər Alışarlının unuda bilmədiyi hadisə
21 iyul 2016
# 12:00

Kulis.Az "Unuda bilmirəm" layihəsində Səfər Alışarlının xatirəsini təqdim edir.

Yaddaşımda daim yaşayan elə anlar çoxdur. Mən onlardan üçünü bədii yazıda improvizə eləmişəm. Hələ çap olunmayıb deyə açıqlamıram. Məsələn, başqa birisi: 60-cı illərin ortalarında ölkədə güclü yağ qıtlığı vardı, atam haradansa bir qutu kərə yağı alıb gətirmişdi, anam da onu bəxtəvərcəsinə həyətdə qaladığı ocağın üstündə əridirdi. Axşam mal-qaranın çöldən gələn vaxtıydı, anam tez-tez ora-bura qaçırdı və əlüstü geri qayıdıb qazana baxırdı ki, yağ daşmasın. Axırda necə oldusa, anam gecikdi və qaynar yağ əməllicə daşıb oda töküldü. Atam xeyli deyindi ki, bu yağı almaq üçün o, kimlərə ağız açıb, anam isə çox peşmanlıq keçirdi. Bir-iki il sonra anam rəhmətə gedəndə, bu hadisə iki saat əvvəl olubmuş kimi mənim yaddaşımda təzə idi. Xeyli sonralar mən bu hadisəni atama da danışdım. O xatırlamırdı.

# 685 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
# # #