Mənim səssizliyim dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

Mənim səssizliyim  dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli
28 mart 2024
# 17:29

Kulis.az Şəms Hüseynlinin "Mənim səssizliyim dünyanın gurultusunu susdurar!" hekayəsini təqdim edir.

Gecənin səssizliyində sonsuz kainat əbədi yuxuya dalmışdı. Hər nə varsa susmuş, dərin boşluğa qərq olmuşdu. Sükut darıxdırıcı, uzun müddətdavam etdiyi üçün boğucu idi. Bu səssizlik kim bilər özündə nə gurultular gizlədib. Gecə, gündüz sehrli dünyadı. Qoynunda baş verənlər möcüzə. Görəsən insan bu möcüzəni – gecənin sükutunu və bu səssizlikdə gizli qalan qulaqbatırıcı uğultunu duya bildimi? Yoxsa, təkcə mənəm hər gizlində məna axtaran, ona səbəb arayan,gerçəkliyinə inanmadığım uydurma hekayənin içində itən, yolunu azan, insanlar içində yalnız qalan? Bəlkə də tənhalıqdan şikayət edən ən son adam belə deyiləm. Bəlkə də yanılıram, amma bəzən gurultulu bir gecədə pıçıltımın eşidilməsini gözləyirəm. Səssiz gecədə səsimi duymayan insanlardan bunu gözləmək nə qədər doğrudur? Heç özüm də bilmirəm. Bu gecə ürəyim dolu, qələmim yazmağa həvəslidir. Bütün fikirlərimi sizinlə bölüşmək istəyirəm. Mən sadəcə göylərdən bizi izləyən bulud parçası, ya da nazlanıb yer üzünə düşən yağış damcısı da ola bilərəm. Amma sizdən biri deyiləm, əgər elə olsa, mən başınızdan keçənləri və sizin dövlət sirri kimi gizli tutmağa çalışdığınız hekayənizi hardan bilə bilərəm? Sadəcə hiss edir və hisslərimi nəql edirəm. Səhərin açılmağına az qalır. Sizə geridə qoyduğum cansıxıcı və boğucu gecədən danışmaq istəyirəm. Keçən il yanvarın 10-u idi. Həmişəki kimi: gecə səssiz, hər yer zülmət qaranlıq.Yalnız ara məhlələrdə tək-tük evlərin işığı bərq vurur, zülməti birdəfəlik yarıb keçirdi. Kənd dərin yuxuya qərq olmuşdu, sanki illərin yorğunluğunu bu gecədə çıxarırdı. Gecə evlərin işığı saat 10 olan kimi sönmüşdü. Evlər, sanki bir-biriylə qucaqlaşıb pıçıldaşırmışlar kimi iç-içə idi. Hələ otaqların divarlarını demirəm. Bəlkə də bu evlər sahiblərinin bir-birindən gizlətdiklərini gecənin elə bu vaxtı danışırdılar. Siz divarlara adi beton, daş parçası kimi baxmayın, onların şahid olduqlarını təsvir edə bilməzsiniz. Ona görə də bir-birinizə yaxşı qonşu olun. Əlbəttə, hər kəsi sevməyə məcbur deyilik, amma azındanhörmət etməyə məcburuqsuyunu canına çəkdiyi sakit küçələr də kimsəsizlikdən ağlayırdı. Göyün suyu ilə yerin göz yaşı bir-birinə həmdəm idi. Zülmət gün qaranlığı, toranlığı, hər anı ilə fərqli şəkil almışdı: gündüz gördüklərimdən əsər-əlamət yox idi. Elə bil gecə lal insan görkəmi almış, əlləri qoynunda biçarə görünürdü. Hər qonağı da böyük məmnuniyyətlə qoynuna almağa hazır idi. Yağışdan sonra torpağın bihuşedici qoxusu hər yeri ağuşuna almışdı. Bu qoxu mənə yalnız yaşananları deyil, hiss etdiyim, qəlbimin ən dərin qatlarında gizli qalan bütün duyğularımı xatırladırdı. Torpaq qoxusunu ciyərlərimə çəkdiyimdə ruhum qidalanır, elə bil yenidən doguluram və bütün qəlbim, ruhum qaranlıqda arınır. Zənnimcə, bu qoxunu yalnız mən belə hiss edirəm, çünki hər kəs “əbədi sükutdadır”.Gecənin hökm sürdüyü vaxt idi. Sükut sınmayan bir tilsim kimi gecəyə meydan oxuyurdu. Məhlədəki binalar bir-birinə sarılmış, bəzi mənzillərin işığı yanırdı,amma əksəriyyəti saat 10-dan mənzilini qaranlığa təslim etmişdi. Gecə saat 3-ə işləmiş 10 dəqiqə məhləyə qara rəngdə bir “Mercedes” gəldi və həmin maşının əyləcinin səsi sükutu pozdu.

Bu səsə yuxudan oyanan sakinlər öz fikirlərində fərqli mülahizələr irəli sürərək bir məna qazandırmağa çalışdılar. Açığı desəm, sakinlər həm yanılırdı, həm də onlar öz mülahizələrində haqlı idilər. Hamının hər zaman hər şeyə haqq qazandıracaq bir səbəbi olur.

Məhlənin başındakı beş mərtəbəli binanın 1-ci mərtəbəsində qalan Həsən kişi elə bil qış yuxusuna getmişdi. Maşının təkərlərinin palçığa batma səsini eşitcək, yuxudan ayıldı və durub oturdu yerinin içində.Yoldaşı Zəhra xanım elə bərk yatmışdı ki, yanında top partlasa da oyanmazdı. Həsən kişi ağlından min bir fikir keçirdi: “Xeyir ola, gecənin qaranlığında məhləyə kimin yolu düşüb, ya da, bəlkə, heç məhlə adamı deyil, yol üstündə olandır”.

Elə bu andaca maşının qapısı açılıb bərk çırpıldı. Bu səs Həsən kişinin onsuzda şübhəli düşüncəsini daha da artırdı. “Görəsən bu gələn üst qonşu Rəsmiyyə xanımın oğludur? Xeyirdirmi? Bu vaxt adam evə gələr 40 ildi bu məhlədə yaşayıram hələ gecənin bu çağı evinə gələni görməmişəm. Son iki ildə məhləmizə tanımadığımız adamlar köçüb. Gərək hamısı ilə ehtiyatlı olasan”.
Bu məhlənin də bir “qayda-qanunu” var. Axşam 10 oldumu, hər kəs girir öz damına, bir də səhər evlərindən çıxırlar, gedirlər işlərinin dalınca. Həsən kişi mentalitetimizə, adət-ənənələrimizə bağlı adam idi.

Əsrlərin süzgəcindən axıb gələn milli düşüncə tərzi, adət-ənənələrimiz onun ruhuna hopmuş və o, öz övladınıda bu ruhda böyüdüb boya-başa çatdırmışdı. Bir növ keçmişdəki başıpapaqlı, əyni qalın çuxalı kişilərimizin ən bariz nümunəsi, canlı versiyası idi. Bu həyatda ən çox namusuna düşkün adamdı, sanki Ismayıl Şıxlının yaratdığı Cahandar ağa obrazının canlı formasıdır. Onun aman-zaman bircə oğlu var idi, onu da evləndirmişdi.

Gəlini də elə qonşu kənddə olan Rüstəm kişinin balaca qızı idi. İki il əvvəl gətirdiyi gəlini belə qaynatasının bu xasiyyətinə dözə bilməyib oğlu ilə ayrı evə köçmüşdü. Xasiyyəti kobud deyildi, sadəcə dövrün, zəmanənin həyat və yaşayış tərzinə zidd idi. Onun gəlini Aytən hələ keçən il ADMİU-nu (Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) bitirmişdi. İxtisasca teatrşünas idi. Bu ildə təhsili bir pillə daha artırıb magistraturanı da “Dram teatrı və kino aktyoru” ixtisası üzrə oxumaq qərarını ailəsinə bildirdikdə Həsən kişi aləmi bir-birinə vurdu. Gəlini səhnədə, efirdə, hamının gözü önündə təsəvvür belə etməyən Həsən kişi buna etirazını qəti şəkildə bildirəndə oğlu da sakitcə həyat yoldaşını götürüb ayrı mənzilə köçdü.

İndi Həsən kişinin azyaşlı nəvəsi də bayramdan-bayrama gəlib babasına baş çəkərdi. O da hər bayram yoldaşıyla birlikdə nəvəsinin yolunu gözləyər,gəlməsi üçün gün sayardı. Necə deyərlər, nəvə-baladan da, baldan da şirin olar. Atasından fərqli olaraq, oğlu Vurğun adı kimi sənətə, incəsənətə, mədəniyyətə, şeirə və poeziyaya bağlı idi. O, sənətini sevən həyat yoldaşının bütün qərarlarına hörmətlə yanaşır və hər addımında onun yanında olduğunu hiss etdirirdi. Atasından fərqli olaraq,müasirliyə meyilli və yeniliyə açıq idi. Dövrün tələb etdiyi əsl gənclərdən idi. Onları “Dəli Kür” romanının baş qəhrəmanı o cümlədən, keçmişin tilsimini qıra bilməyən, əsrin bütün xüsusiyyətlərini özündə cəmləşdirən Cahandar ağaya, onun oğlunu isə gələcəkpərvər və təkamülün bütün şərtlərinə uyğunlaşan Ə şrəfə bənzətmək olar.

Binanın kodlu qapısı ehmalca açıldı və addım səsləri pilləkənləri gəzdi. Həsən kişi addım səslərindən neçə nəfər olduqlarını müəyyən etməyə çalışırdı.Binanın qapısının kodunu, ancaq sakinlər bilirdi.

“Böyük ehtimalla buranın sakinlərindəndir”, - deyə, Həsən kişi yəqin etdi.

Addım səsləri onların mənzilinə yaxınlaşdıqca, Həsən kişinin ürək döyüntüləri də sürətlə artırdı. O, daxilində anidən yaranan gərginliyə heç bir ad qoya bilmirdi. Sanki addım səsləri onun qapısından içəri daxil olacaqdı. Həmin adam yataq otağına girib ona zərər verəcəkdi. Həsən kişi bu həyəcanla yatağın sol tə rəfindəki yastığa lap möhkəm sarıldı, hətta yastığın istisinə sığınaraq özünə qorunacaq bir yer düzəltdi.

O, qorxaq deyildi, amma nədənsə daxilən narahatlıqkeçirir, “Gecənin bu vaxtı gələn adam xətalı olar” düşünürdü. Yox, əslində gələn adam heç də xətalı və ya qorxulu deyildi, sadəcə Həsən kişi düşündüyünə özünü çoxdan inandırmışdı. Addım səsləri ehmalca pilləkənlərdən yuxarı qalxaraq üst mənzilə doğru getdi. Həsən kişi rahat nəfəs aldı və başını qoyub şirin yuxuya daldı.

Addım səsləri ikinci mərtəbəyə, yəni Rəsmiyyə xanımın mənzilinə doğru yönəldi. Rəsmiyyə xanım 45-50 yaş arasında olan dul bir qadın idi. Onun bir qızı və oğlu var idi. Qızı ailə qurub çoxdan bu məhəllədən köçmüşdü. İndi anası və oglu bir evdə yaşayırdı. Rəsmiyyə xanım bu məhlənin lap keçmiş sakinlərindən sayılırdı. Məhlənin keçmişi və bu küçənin hər bucağı onun çox yaxşı yadındadır. Rəsmiyyə xanım onu da bilirdi ki, bu yerlərdə xata-bala çox üz verməz. O, lap gecə saat 3-də belə küçəyə çıxmağa ehtiyat etməzdi. Orta yaşlı olmasına baxmayaraq özünü daim gənc və gümrah hiss edən qadın idi. Lap istəsə gecənin qaranlığında yuxudan oyanar, mətbəxə keçər, özünə qəhvə hazırlayar, isti içkisini əlinə alıb, ya eyvana çıxaraq gecənin qaranlığını pozan şəhərin işıqlarına baxar, ya da məhlənin başındakı skamyaya gedib əyləşər, dünəndən, bugündən uzun-uzadı xəyallar qurardı. Özgüvənli və güclü qadın idi. Bu qadının xarakterinə də bütün məhlə sakinləri bələd idi. İndi Rəsmiyyə xanım da rahat yatmışdı, çünki arxayın idi. Bilirdi ki, gözünün nuru oğlu da yan otaqda isti yerində mışıl-mışıl yatır.

Rəsmiyyə xanım hə tta yuxusunda oğlunun toyunda qol qaldırıb oynadığınıgörürdü, onun da bütün analar kimi tək arzusu övladlarını yerbəyer etmək idi. Qızını köçürmüşdü deyə, o sarıdan arxayın idi. Bircə oğluna da ev-eşik qura bilsəydi, gözü arxada qalmazdı. Rəsmiyyə xanımgilin mənzilinin düz yanından keçən addım səsləri ev sakinlərini dərin yuxudan oyada bilmədi. Bina sakinlərinin yuxusunu qılınc kimi kəsən bu addım səsləri bu mənzilin sakinlərininyuxusuna, sanki təslim oldu. Addım səsləri üst mərtəbəyə doğru istiqamət aldı. Addım səsi bütün binaya yayılmışdı. Sakinlərin ruhuna bu səsdən çox naməlum şəxsin addım səsləri toxunurdu. Hər kəs özündən nə isə uydurur və işin qaranlıq məqamı da bundan ibarətdir ki, hər kəs uydurduğudüşüncənin gerçəkliyinə inanırdı.

İnsanlar həqiqətən də çox inadkardı. Həqiqət nə qədər qəbul edilməz olsa da, hər kəsin içində barışdığı bir gerçəyi var və bu, nə qədər ağır olsa da həqiqətdir. Üçüncü mərtəbədəki mənzilə yenicə daşınmış gənc bir ailə var idi. Dünyamıza təşrif buyuran körpə balalarının hələ qırx günü tamam olmamışdı. Odur ki, valideynlərinin başı uşağı sakitləşdirməyə elə qarışmışdı ki, dəvətsiz qonaq kimi gələn və sakinlərin şirin yuxusunu qılınc kimi ikiyə bölən bu müşkül addım səsi onlara heç təsir belə etmədi. Çarəsiz ana körpəni sakitləşdirmək üçün onu bağrına basıb evin içində vurnuxurdu. O, hələ təzə ana olmuşdu, ona görə də bu hallar ona olduqca çətin və idarəolunmaz görünürdü. Körpənin ağlamaqdan rənginin lap ağardığınıgörən ana özünü durmadan günahlandırırdı və birdən o da uşaq kimi hönkürtüylə ağlamağa başladı.Yan otaqdan yoldaşının da səsini eşidən ata dərhal özünü onun yanına yetirdi:

- Əzizim, nə olub sənə? Niyə ağlayırsan?
- Sakitləşdirə bilmirəm, mən çox səfeh və bacarıqsız

- Anayam, - dedi və yenə özünə olan nifrəti göz yaşlarınahakim kəsildi.

- Sakitləş! Sən mənim gördüyüm ən dözümlü və

İ radəli qadınsan! Sənə bu hal yaraşmır. Körpənin adətidir bu. Ağlayar sonra sakitləşər.

- Bəs, niyə sakitləşmir?
- Özünü ələ al! İndi gəlirəm, - deyib, həyat yoldaşı mətbəxə tərəf getdi.

Saata baxmadan telefonun dəstəyini qaldırıb anasına zəng etdi. Həyəcanlı və titrək səs telefonun o başından eşidildi: Ana, uşağı sakitləşdirə bilmirik. Qorxuram ağlamaqdan uşağın ciyərləri parçalana.
- Oxşuyub atasına da. Narahat olmayın, qışın bu oğlan çağında gecələri oglan uşaqlarını sakitləşdirmək

Olur. Anasına de, onu qucağına alıb ora-bura hərrəməsin. Ehmalca beşiyə qoyub yırğalasın, sakitləşəcək.

- Səhərdən nə illah etdiksə bu uşaq sakitləşmədi.

- Narahat olma, deyirəm. Sən də belə idin. Neçə gecə yuxuma qənim kəsilmişdin. O qədər ağlayırdın ki, mən də sənə qoşulub az ağlamamışam. Oğlan dəstəyi asıb otağa keçdi. Yoldaşı uşağı sinəsinə qısmış və özü də başını divara söykəyib yuxuya dalmışdı. Göz yaşları yanaqlarındaca qurumuşdu.Yoldaşını oyatmağa ürəyi gəlmədi və onun üzərini nazik yorğanla örtüb öz otağına keçdi.

Addım səsləri bu ailənin yuxusuna haram qata bilmədi, çünki başları körpəyə qarışmışdı. Odur ki, naməlum dördüncü mərtəbəyə doğru yüksəldi. Bu mənzildə Tural adlı gənc bir müəllim qalırdı. O bura yenicə köçmüşdü. Qapı qonşusu yox idi. Gecənin bir yarısı çertyoja başı bərk qarışmış müəllim sanki bir anlıq addım səsini eşidib əlini saxladı. Düzü, o bir anlıq sevindi. Sevindi ki, bəlkə kimsə onun qapısını döyəcək. Çünki o bu qoca şəhərdə tək idi. Nə bir ailəsivar idi, nə dost-tanışı, nə də sevdiyi Aysel yanında idi. Bu qədər insanların yaşadığı şəhərdə o, özünü çox qərib və yalnız hiss edirdi. Onun qapısını tanımadığı adam döysəydi belə qapını açacaqdı.

Çünki hamı kimi o da xatırlanmaq istəyirdi. Hələ ki, gənc idi. Yayaşa dolduqca necə olacaqdı? O, elə beləcə bu dörd divar arasında çürüyüb məhv olacaqdı? O, təkliyə bir düşməni qədər nifrət edir və ölüm qədər qorxurdu. Elə o, ağlından keçən fikirlərlə “boğuşarkən” addım səsləri yuxarıya doğru qalxdı. O, yenə yalnız olduğunuanladı və çertyojunu çəkməyə davam etdi.

Beşinci mərtəbə çox mürəkkəb idi. Hərçənd ki, orada da yalnız bir ailə vardı. Qoca bir balıqçı. Hər səhər dan yeri sökülməmiş yuxudan durar və dənizə balıq tutmağa gedərdi. Axşam çağı əl-ayaq yıgışanda bəzən də lap gecə elə bu vaxtlar geri dönərdi. Evdə yolunu gözləyən heç kəsi yox idi. Bircə qəfəsdə saxladığı,sarı rəngdə gözəl bir quşu vardı və o quş qocaya oğlundan bir yadigar qalmışdı. Onun həmsöhbətiyalnız o quş idi. O qoca əsl qəhrəman balıqçı idi.

Eynən Ernest Heminqueyin “Qoca və dəniz” romanınınbaş qəhrəmanı qoca balıqçı kimi. O, özünü belə hiss edirdi. Öz hekayəsinin baş qəhrəmanı. Amma bir həqiqət də var idi ki, bu sirri heç kəsə açıb deməyə ürək eləmirdi. O, vaxtilə böyük uğurlara imza atmış bir rejissor idi. Lakin o, bu işdən əlini çəkmişdi. Çünki qələmə aldığı ssenari əsasında çəkdiyi bir filmi heç özü də bilmədən həyat onun özünə yaşatmışdı. Düz beş il əvvəl qoca bir balıqçının dənizdə balıq tutmağa gedərkən özü ilə öyrənməsi üçün apardığı oğlunu qoruya bilmədiyini, fırtınaya qarşı çıxa bilməyib təslimolduğunu və okeanın dərin sularında oğlunu itirdiyini qələmə almışdı. Qoca balıqçı o gecə dalğalarla mübarizə aparsa da fırtına qayığı ağzına almış, oğlunu da atasından biryolluq ayırmışdı. O gündən bəri o, nə özünü, nə də hər zaman əzəmətindən oğluna bəhs etdiyi, çörək ağacı adlandırdığı okeanı bağışlaya bilirdi.

Mərhəmətli hesab etdiyi, hər dəfə onu əliboş qaytarmadığı üçün minnətdar olan bu qoca indi həyatda heç bir yaxşı şeyə inanmırdı. İnanmaq istəmirdi. Rəğbət bəslədiyi sonsuz okeanlar onun əlindən bircə balasını almışdı və o, yer üzündə olan hər şeydən güvənini ə sirgəyirdi. Qocanın aqibətini də qələmə alan rejissor onun sonunu belə təsvir etmişdi. Bəlkə də o, heç özünün də xəbəri olmadan öz sonunu yazıb, səhnələşdirib,özü də kənardan izləmişdi. Qoca son səhnədə səhər tezdən balıqçı dostlarının sözləşib balığa gedəcəyi vaxtdan əvvəl üz tutur sahilə. Öz qayığına əyləşir və onu suya salmaq üçün çəp vurur. Sonra qayığı istiqamətləndirmək üçün öz yaşına və bədəninə yaraşmayan bir cəldliklə avar çəkir. Beləliklə, o okeanınaxınına düşür, gedir uzaqlara. Artıq mərhəmətsiz okeana əmanət etdiyi oğluna qovuşmağın vaxtı gəlmişdi. O əmanətinə sahib çıxmaq üçün getdi. Və bir daha geri dönmədi. O, məğlub olmadı, əmanətinə sadiq qaldı. Rejissorun bu filmi o zaman kütlə tərəfindən çox sevilmişdi. Filmin hələ yayımlandığı həftə baxış sayına görə son 10 ilin ən çox baxılan filmləri sırasında ilklərdə yer aldı. Təqdimat gecəsinə xaricdənqonaqlar da gəldi. Xarici media uzun müddət bu filmdən yazdı. Rejissor saylarını belə unudacaq qədər kanallara, saytlara, xarici və yerli mediaya müsahibələr verdi. Bu film rejissora bir anda çox böyük şöhrət qazandırdı. Film bir çox xarici dillərdə - yunan, fransız, alman, italyan, macar, ingilis və rus dillərinə tərcümə olunaraq yayımlandı. Qısa zaman ərzində film hər kəsi özünə bağladı. Rejissor ərsəyə gətirdiyi layihənin bu qədər sensasiya doğuracağını düşünməmişdi.

Şöhrətdən gözlərinə pərdə enən rejissor bir gün yaratdığı balıqçı obrazına tutularaq səyahətlərinin birində okeana üz tutur və özü də bilmədən sonsuz və mərhəmətli okeana itaət edir. Bir müddət sonra hələ film yayımlanan zaman 15 yaşı olan oğlu 18 yaşında atasına balıqçı olmaq istədiyini bildirir. Bunun bir səbəbi də budur ki, atası oğluna balıqçılardan danışır.

Onlara rəğbət bəslədiyini, onun da belə etməli olduğunu deyirdi. Odur ki, oğlu bu yola böyük ümidlərlə çıxmışdı. Əlbəttə, atası onun bu qərarını təqdir etdi. Lakin rejissor unutmuşdu. Okeanın hər zaman mərhəmətli davranmadığını hesaba almamışdı. Günlərin
Bir günü cənubdan əsən güclü bir külək okeanda fırtınanıoyatmışdı. İş başında olan gənc oğlan fırtınaya davam gətirə bilməyib, dərin sulara sonsuza qədər qərq olmuşdu. Nə ölüsünü tapmaq olurdu, nə də parça-parça olmuş qayığın bir parçasını. Okean rejissora hər zaman mərhəmətli olmadığını beləcə göstərmiş oldu. Və bu yekun ona çox yaxşı tanış idi. O, qələmə aldığı balıqçı obrazının taleyini yazarkən əslində öz sonunu qələmə alacağını bilə bilməzdi. Onun taleyi əslində balıqçının taleyindən də acınacaqlı idi. Yunan əsilli həyat yoldaşı bir müddət sonra ona xəyanət etmişdi və o bu xəyanətin səbəbini də öz qələmində görürdü. Çünki yaratdığı balıqçı obrazının həyat yoldaşı barəsində heç bir məlumat verməmişdi. O yox idi. İndi də rejissorun yoldaşı onu atıb getmişdi. Rejis-sor onun arxasınca sadəcə bu sözləri demişdi: “Bunun xəyanət olduğunu düşünmürəm. Mən öz qələmimlə səni bu hekayədən uzaqlaşdırmışam. Heç bir qüvvə mənim yazdığımı silə bilməzdi. Mən özüm səni həyatımdan çıxarıram”.

O qocanın başına gələn faciələri qələmə alarkən bunları bir gün özüm yaşayacağımı bilmədim, mən o qocaya verdiyim əzablara məhkumam. Mənim də sonum bəllidir, bu sonda sənə yer yoxdur. Get! Sonsuza qədər...

O gündən sonra rejissor artıq təkliyə məhkum idi. Odur ki, sonunu bildiyi taleyini yaşayırdı. Öz seçdiyi həyatı. Öz yazdığı hekayəni. O artıq rejissor deyil, heç özü də bilmədən illərin qoca balıqçısı olmuşdu və sonunu gözləyirdi. O bilirdi ki, finala az qalıb. Çünki filmin ssenarisi uzadılmamışdı. O bilirdi ki, insanlar uzun romanları, filmləri və uzun illər davam edən kinolarısevmirlər. Odur ki, o da filmi çox uzatmamışdı.

Ona görə də film ona dünya şöhrəti qazandırdı. Ölümə hər gün bir az da yaxınlaşdığını bilən qoca rejissor uzaq diyarlara köçmüşdü. İnsanların içində, bilmədiyi bir şəhərdə tənha yaşayırdı. Səssizliyi və təkliyidə ona yoldaşlıq edirdi. Onun səssizliyi dünyanın gürultusunu basdırardı. Onun səssizliyində okeanı yerindən oynadacaq qədər bir nifrət və dünyanı bir araya gətirəcək sonsuz məhəbbət var idi. O öldükdən sonra yenidən okeanda doğulacağını, orada bir canlı olaraq əbədi yaşayacağını güman edirdi. O əmanətinə sadiq idi. Bir gün okeana əmanət verdiyi oğluna qovuşmağagedəcəkdi. Rejissor filmdən sonrakını qələmə alırdı. Bəlkə kimsə ürək edər, nə zamansa bu ssenarini mavi ekrana daşıyar. Bu gecə də o, əlində qələm yazırdı. Addım səsləri gəlib düz onun qapısının kandarında dayandı. Tam qapı döyüləcəkdi ki, rejissor özü qapını açdı:

- Gəldinmi? Gəl, gəl. Mən də indi bitirdim. Addım səslərinin sahibi yazı otağına keçdi və hər yerə səpələnmiş vərəqləri yerdən yığmaq istəyərkən qoca rejissor dilləndi:
- İşin olmasın onlarla. Qoy, olduğu kimi qalsın. Sən bu kitabı götür. Hər şeyi ən başından bəri bilirsən.

Nə edəcəyin sənə məlumdur. İndi get və dediklərimi icra et. Addım səsinin sahibi ondan kitabı götürür və otaqdan çıxır. Yenə naməlum addım səsləri eşidilir. Bu dəfəki addım səsləri daha iti və cəlddir. Yenə sakinlər bu səsə bir ad qoymağa çalışır və uydurduğu yalana inanırdılar. Ən böyük ssenari isə elə bu mənzildə ərsəyə gəlmişdi, amma bundan heç kəsin xəbəri yox idi. Həm də müəllifi beşinci mərtəbədə yalnız yaşayan,kimsəsiz yaşlı bir qoca idi. Artıq uzun vədəli gecə öz növbəsini günəşə verərək qaranlığı işıqla əvəzlədi. Günəş çıxdı və yeni bir gün başladı. Yeni bir gün və həyatımızın yeni bir səhifəsinin qatı açılmışdı. Qonşular hər zamankı kimi məhlədə üz-üzə gəldilər. İlk öncə Həsən kişi iri addımlarla pilləkənləri enir, Rəsmiyyə xanım da səhər tezdən isti təndir çörəyi alıb dükandan qayıdırdı. Həsən kişi simasında narazı bir ifadə alan Rəsmiyyə xanımla üz-üzə gəldi. Sonra yuxarı mərtəbədən Tural müəllim əynində qara kostyum, əlində tutduğu qəh-vəyi portfeli ilə harasa tələsirdi deyə, başını qaldırmadan,dilucu “Sabahınız xeyir” deyib, keçmək istədi ki, Həsən kişi onu tez haqladı:

- Tural müəllim, Rəsmiyyə xanım, elə yaxşı ki, sizi gördüm. Gecənin bir vaxtı binaya gələn adam kimin qonağı idi, belə?
- Nə qonaq, nə adam? Deyə,Tural müəllim tez-tələsik

Cavab verdi. Rəsmiyyə xanım da çiynini çəkdi. Üçüncü mərtəbədə qalan gənc ailə də söhbətə şərik oldu. Həsən kişi dünənki əhvalatdan onları da xəbərdaretdi. Onlar da bütün gecəni körpəni sakitləşdirməyə başları qarışdığından, addım səslərini eşitmədiyini bildirdilər. Mübahisə düşdü. Biri dedi ki, xəbərim yoxdu. O biri dedi ki, necə xəbərin yoxdu, axı, sizin mərtəbəyə qalxdı. Biri də dedi ki, mən elə bildim sizə qonaq gəlib, başqası da bunu inkar etdi. Bu səs-küyü bir anda beşinci mərtəbədə yaşayan qoca balıqçının addım səsləri kəsdi. O, başında günəş papağı, əlindəbalıqtutan tilov, bir əlində də vedrə iri addımlarla qonşularının arasından keçərkən “Hər vaxtınız xeyir” deyib, - yoluna davam etdi.

Rəsmiyyə xanım Həsən kişiyə təəccüblə baxdı. Həsən kişi də heyrət və qəzəb dolu gözlərini gənc və qərib Tural müəllimə zilləmişdi.Beləcə, bütün qonşular bir-birinə şübhə ilə baxır, hətta günah işləmiş cinayətkarlar kimi bir-birində səhv axtarırdılar. Amma bu naməlum addım səsinin qoca balıqçıya aid olması heç kimin ağlına gəlmirdi. Çünki o kimsəsiz və səssiz biri idi. Əcəl köynəyini geyinib, əbədi dünyaya gedəcəyini gözləyirdi. Öz sonunu da öz qələmi ilə yazmışdı. Bir zamanlar şöh-rət qazanmış rejissoru bu məhlə sakinləri tanımırdı.
Elə ona görə də o, həyatının axırını, öz mənzilində kimsəsiz ömrünün sonunu gözləyirdi. Qoca balıqçı o gün oğluna qovuşmağa gedirdi. Dərin sularla bir haqq-hesabı var idi. O, əmanətinə sahib çıxmağa gedirdi və onu bir də heç kəs görməyəcəkdi. O, artıq getmişdi. Ondan geriyə sadəcə ölümündən sonrakı həyatını qələmə aldığı bir romanı qalmışdı. Romanın son sözləri də belə idi:

“Mənim səssizliyim dünyanın gurultusunu susdurar!”

# 4365 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
# # #