Kann kinofestivalının qalibləri bəlli oldu

Kann kinofestivalının qalibləri bəlli oldu
25 may 2015
# 09:32

Kann kinofestivalının baş mükafatı “Qızıl Palma budağı” fransız rejissoru Jak Odiara “Erran” filminə görə verilib. Xatırladaq ki, Odiar bundan əvvəl “Peyğəmbər” filminə görə festivalın Qran-Pri-sini almışdı.

Kulisin gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, bu ilki festivalın Qran Prisi macar rejissoru Laslo Nemeş debüt filmi “Sın Saula” ya görə verilib. “Ən yaxşı rejissor” nominasiyasında Xou Syaosan “Qatil” filminə görə mükafatlandırılıb. Münsiflər heyətinin xüsusi mükafatı yunan rejissoru Yorqos Lantimosa “Lobster” filminə görə verilib.

“Ən yaxşı kişi rolu” nominasiyasında Vensan Lendon “Bazar qanunu” filminə görə mükafatlandırılıb.

Runi Mara və Emmanuel Berko “Ən yaxşı qadın rolu” nominasiyasında mükafatı bölüşüblər ( “Kerol” və “Mənim kralım” filminə görə). “Ən yaxşı ssenari” amerikalı Mişel Frankonun “Salnaməçi” filminin (Baş rolda Tim Rot) ssenarisi hesab olunub.

Ceyn Birkin fəxri “Qızıl palma budağı”nı klassik fransız kinosunun və “Sol sahil” rejissorlar qrupunun nümayndəsi Anyes Vardaya təqdim edib.

# 1641 dəfə oxunub

Oxşar xəbərlər

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
#
#
# # #