İlham Namiq Kamal: “...Çox söyüş söyürəm!”

İlham Namiq Kamal: <span style="color:red;">“...Çox söyüş söyürəm!”
25 yanvar 2015
# 09:30

Bu sualları yazıçı Marsel Prust hazırlayıb. O, bu sualları cavabları ilə bir yerdə dəftərə yazaraq dostuna doğum günü hədiyyəsi kimi vermişdi. O zaman Marselin cəmi 13 yaşı vardı. Prust bu suallara 20 yaşında bir daha cavab yazdı. 7 ildə cavablar çox az dəyişmişdi. Lakin suallar Prustun ölümündən sonra tapıldı və çap edildi. Sualların indiki şəklə salınmasına Bernard Pivot ve Ceyms Lipton yardım edib.

Kulis. az Prustun suallarını xalq artisti İlham Namiq Kamala ünvanlayıb

1. Ən sevdiyiniz söz hansıdır?

- Şadlıq.

2. Nifrət etdiyiniz söz hansıdır?

- Yalan.

3. Sizi nə həyəcanlandıra bilər?

- Gözləmədiyim adamdan naqis hərəkət.

4. Həyəcanınızı nə öldürə bilər?

- Sevinc.

5. Hansı səsi çox sevirsiniz?

- Sakitlik.

6. Hansı səsə nifrət edirsiniz?

- Bağırtı.

7. Hansı peşə ilə məşğul olmaq istərdiniz?

- İmkan olsa, öz peşəmlə.

8. Hansı fitri istedada sahib olmaq istərdiniz?

- Allah nə verib ona.

9. Özünüz olmasaydınız, kim olmaq istərdiniz?

- Çalışardım yenə özüm olum.

10. Harda yaşamaq isəyərdiniz?

- Şamaxı.

11. Ən başlıca çatışmazlığınız nədir?

- Başqasının problemini özümünkü bilmək

12. Sizin ən çox bəyəndiyiniz pis cəhətiniz hansıdır?

- Məndə pis xasiyyət yoxdur.

13. Qəhrəmanınız kimdir?

- Tərbiyəli insan.

14. Çox istifadə etdiyiniz söyüş hansıdır?

- Şifahi yox, amma baxışımla çox söyüş söyürəm!

15. Hal-hazırki əhvalınız (ovqatınız) necədir?

- Yüksək səviyyədə.

16. Həyat fəlsəfənizi hansı şüar ifadə edir?

- Abırlı olmaq.

17. Xoşbəxtlik yuxunuz (xəyalınız) hansıdır?

- Onu ancaq yuxuda görmək olar. Həm də o, bir dənə olmur, serial olur.

18. Sizcə bədbəxtliyin tərifi nədir?

- O adam ki, sadiq deyil, o bədbəxtdir.

19. Necə ölmək istəyərdiniz?

- İnsan kimi.

20. Ölərkən cənnətə getsəniz, Allahın qapıda sizə nə deməsini istərdiniz?

- Onu orda söhbət edərik.

# 766 dəfə oxunub

Oxşar xəbərlər

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
# # #