Məşhur rejissor narkoman və alkoqolik imiş

Rejissor Lars fon Trier alkoqol və narkotik asılılığından müalicə alır. Bu barədə Kulis.az lenta.ru-ya istinadən xəbər verir. Müalicə və müalicə ilə bağlı narahatlıqları haqda rejissor "Politiken adlı Danimarka" qəzetinə müsahibəsində danışıb.

 

Trierin sözlərinə görə, ayıq həyat tərzi onun yaradıcılıq qabiliyyətinə neqativ təsir göstərir. O, fikirlərini belə əsaslandırıb ki, “Nimfomanka”nın ssenarisini spirtdən uzaq durduğu zamanlarda 18 aya  yazıb. Lakin özünə belə qadağa qoymadığı zamanlarda daha effektiv işləyib; məsələn “Doqvilli”in ssenarisini cəmi 12 günə yazıb.

 

Rejissor ehtiyat edir ki, sağalarsa yenidən kino çəkə bilməyəcək. “Bu məni çox narahat edir. Keçmiş alkoqolik və narkomanların hansısa bir bədii nailiyyətinin olmağı yadıma gəlmir”- deyə fon Trier əlavə edib.

 

 

LENT

20 İyul 2018
19 İyul 2018
18 İyul 2018
17 İyul 2018