Ay üzlü qıza məktub - Şeirlər

Əli Rəhmanov

Əli Rəhmanov

29 mart 2024
# 00:01

Əli Vaqif oğlu Rəhmanov 1999-cu ildə Saatlı rayonu ziyalı ailəsində anadan olub. 2016-ci ildə yüksək balla Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olaraq, 2020-ci ildə həmin fakültəni müvəfəqiyyətlə bitirib. Həmin ildə Almaniyanın Bonn şəhərində yerləşən Bonn Dövlət Universitetində magistr pilləsinə qəbul olub. 2023-cü ildə magistr təhsilini bitirib. Hazırda Bakı şəhərində hüquqşünas kimi fəalliyyət göstərir.

Kulis.az Əli Rəhmanovun şeirlərini təqdim edir.

Ay üzlü qıza məktub

(Nərminə ithaf)

Baxdıqca hüsnünə deyirəm hərdən,
Tanrı əsirgəmiş nə bu gözəldən?
Yüz illər, min illər keçsə də belə,
Dəyişməz qalacaq sevgim əzəldən.

Saçının qoxusu cənnət ətridir,
Üzündə günəşin işığı saçır.
Bu dünya səninlə yuxuya gedir,
Bu dünya səninlə sabahı açır.

Kim sevər dünyada səni mənimtək,
Bir oğlan bir qızı sevdiyi kimi?
Sevgimdir mehrabı uca göylərin
Müdrik bir şairin dediyi kimi.

Sən mənim baharım, ətirli yazım,
Sən mənim gözümdə əhli-kamalsan.
Sən yalan dünyada mənim qurduğum,
Ən şirin röyasan, dərin xəyalsan.

Elə uzaqsan ki, çata bilmirəm.
Mən sənə çatsaydım deyərdim qaçaq.
Sinəmə sancılan bu küt ağrıya,
Həsrət olmasaydı deyərdim bıçaq.


İstərəm

Ölürəmsə, ey afət, dizində ölmək istərəm,
Son dəfə baxıb gözlərinə gülmək istərəm.

Göz yaşların axsa əgər alma yanaqdan,
Son dəfə soyuq əllərimlə silmək istərəm.

Çox şeyləri mən bilməyirəm fani dünyada,
Bəxş elədi səni tanrı necə bilmək istərəm.

Ey Aləmara, günahsa sevmək də səni,
Cəzası ölümsə, boyuna ilmək istərəm.

Başqa dilbərləri də istəmərəm könül verə,
Arzum budur yar tərəfdən sevilmək istərəm.

Son nəfəsi verib, tərki-ruh olsa da canım,
Bir busəni versən, o an dirilmək istərəm.

# 3739 dəfə oxunub

Oxşar xəbərlər

"Yollar bir-birini tanıyırdı hələ..." - Enn Karsonun şeirləri

"Yollar bir-birini tanıyırdı hələ..." - Enn Karsonun şeirləri

11:31 15 noyabr 2026
Tutmuş gözü məni, elə bil çöldə ov tutur - Qəzəllər

Tutmuş gözü məni, elə bil çöldə ov tutur - Qəzəllər

13:47 12 noyabr 2026
"Dostların üzlərini su pərdəsi arxasından görmək..." - Tadeuş Borovskidən "Çayın adları"

"Dostların üzlərini su pərdəsi arxasından görmək..." - Tadeuş Borovskidən "Çayın adları"

12:32 12 noyabr 2026
"Təkcə hissələrinin cəmindən ibarət deyilmiş var olan..." -  Əli Şirin Şükürlünün metamodern şeirləri

"Təkcə hissələrinin cəmindən ibarət deyilmiş var olan..." - Əli Şirin Şükürlünün metamodern şeirləri

15:00 11 noyabr 2026
"Qoy, mən də gəlim səninlə..."  - Yannis Ritsosdan şeirlər

"Qoy, mən də gəlim səninlə..." - Yannis Ritsosdan şeirlər

13:00 11 noyabr 2026
İki qonşunun partiya sevdası - Rafiq Ələkbərin sərbəst esse-poeması

İki qonşunun partiya sevdası - Rafiq Ələkbərin sərbəst esse-poeması

12:45 10 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər