Cəlil Cavanşirdən erotik şeir...

Cəlil Cavanşirdən erotik şeir...
21 oktyabr 2014
# 12:58

Kulis.az yazar Cəlil Cavanşirin yeni şeirlərini təqdim edir.

“Əlvida” yerinə əsəbi söhbətlər

təsadüfə bax,

divar saatının yorğun əqrəbləri kimi rastlaşmışıq

sən sərxoş gözlərimin süzülməsi qədər rahatlıq verirsən

indi hardasa,

hansısa hava limanında

sabaha yaxın gələn bir uçaqdan enirsən…

hansısa bir axmaqdan hamiləsən

unutsam, bütün dünyadan küsəcəksən

ürəyin buz kimidir

gərginsən, əllərin əsir, əzab çəkirsən…

- bilirsən?

məndən gedirsənsə…

dönməyəcəksən!

əgər yaddaşımı itirsəm səni bağışlaya bilərəm…

naməlum bir nəğmədən hamiləyik

səhnədəki royal doğuş masasıdı

hüznlü notlar doğursan barmaqlarından

və atıb qaçırsan…

mümkünsə bir şüşə viski aç

bir az buz gətir…

birini də

indi rahat dur

məmələrini də sümürəcəm, viskini də, dilini də…

yox, mən səni sevməsəm yaxşı olacaq

yenə alnının qarışıb xətləri

üzünsə cırılmış şeir dəftəri

nə versəm əlinə

- itirəcəksən axmaqlığından…

bilirsən???

unutma,

yenidən bu qədər aşiq olsam kiməsə

yaddaşımdan

silinəcəksən…

adımı tərsinə söyləmə, anlamsızdır

gedirsənsə adımı düzgün de, iyrənəcəksən

mən səni ötürməsəm yaxşı olar, yorğunam

durub sadəcə arxanca baxacağam

qanadlarımı qırdın…

daha uçmayacağam

səni bilirəm, vallah bilirəm

sən indi də ayrıldığımıza üzüləcəksən…

amma tanıyıram səni, vicdan haqqı

bütün sevişmələrindən sonra güləcəksən…

tamam! anlaşdıq! gedirsən!

bilirəm, yenə belə sevəcəksən

amma unutma

bütün sevişmələrimiz sadəcə nağıldı

Sən ən yaxşı ehtimalla

s..cəkcəsən!

ayılıb görəcəksən…

ayılıb görəcəksən,

yenə çıxıb getmişəm...

toz-torpaq dolub evə açıq pəncərələrdən.

pərdələri his basıb siqaret tüstüsündən

üfunət iyi gəlir yenə mələfələrdən.

ayılıb görəcəksən, yenə çıxıb getmişəm...

məndən sənə nə fayda?

elə getsəm yaxşıdır.

zibilləri atmıram, sənə dəymir köməyim.

bir az şeir yazıram, bir az içki içirəm

yəqin ki, çox incitməz səni mənim getməyim.

mən yağışla kövrələn, hüznlü, narahatam

gözlərimə yaxşı bax, illərin yorğunudur.

hə...

bir də bundan sonra şairlərə güvənmə.

şairlər pinti, tənbəl, məişət pozğunudur.

ayılıb görəcəksən, yenə çıxıb getmişəm...

# 3368 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #