Filmimiz beynəlxalq mükafat aldı

Filmimiz beynəlxalq mükafat aldı
29 sentyabr 2014
# 16:01

“Çölçü” bədii filmi İndoneziyanın Cakarta şəhərində keçirilmiş “International Movie Award - 2014” kinofestivalının “Ən yaxşı rejissor işi” üzrə “Platinum mükafatı”na layiq görülüb. Bu barədə Lent.az-a filmin rejissoru Şamil Əliyev məlumat verib.

Xatırladaq ki, filmin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur.

Rollarda Vidadi Həsənov, Salome Demuria, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkilib. Filmin süjet xətti şəhərdən uzaqda yaşayan gənc çölçünün qəsəbədən gəlmiş qızla tanışlığından sonra həyatında baş verənlər üzərində qurulub.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” Kinostudiyasında lentə alınmış bu film 30-dək beynəlxalq kinofestival və forumlarda iştirak edərək bir neçə mükafat və diplomlara layiq görülüb. “International Movie Award - 2014” kinofestivalına 30 ölkədən 225 film seçilib. Filmlər “Platinum” və “Gold” olmaqla, 2 bölmədə mükafatlandırılıb.

Bundan əlavə “Çölçü” filmi Türkiyədə keçirilən III Beynəlxalq Van Gölü Film Festivalının müsabiqəsində də 4 mükafat qazanıb. Ən yaxşı film işinə görə, ən yaxşı rejissor işinə görə Şamil Əliyev, ən yaxşı ssenariyə görə Vidadi Həsənov, ən yaxşı aktrisa roluna görə Salome Demuria mükafatlandırılıb.

# 1341 dəfə oxunub

Oxşar xəbərlər

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
# # #