Xoşbəxt olmaq üçün nə etməliyik?

Orxan Saffari, yazar

Orxan Saffari, yazar

21 oktyabr 2022
# 11:20

Kulis.az "Xoşbəxtlik axtaran xoşbədbəxtlər" adlı yazısını təqdim edir.

Yəqin, çox-çox yəqin, ətrafınızda gün-güzəranını, yaşayışını ağlamaqla keçirən adamlar var. Onlar o adamlardır ki, heç nədən və heç kimdən razı qalmır, heç nəyin və heç kimin onu xoşbəxt edə biləcəyini düşünmür. Hər şeyin də günahını insanlarda, cəmiyyətdə baş verən hadisələrdə görür. Guya bu başqadır, bunu başa düşmək üçün başqa beyinə sahib olmaq lazımdır. Bir sözlə, həmin adamlar, həmişə və hər şeydən narazıdırlar. Ən böyük bədbəxtlik isə hər şeydən narazı olmaqdır.

Mənə elə gəlir, yoxlayın, bəlkə, sizə də elə gəldi ki, bu adamların başı çatmır. Qıraqdan baxanda normal adam təsiri bağışlasalar da, başqa tərəfdən baxanda bir az normal adam deyillər.

İnsanların xoşbəxtlik, pul kimi məsələlərdə ah-nalələri məni qətiyyən maraqlandırmır, bədbəxtlikləri də kədərləndirmir.

Belə adamlara həmişə gülmüşəm. Elə olur, biri oturur, ağlına gələn şeylər danışır, xoşbəxt olmamağını şansına, bürcə-filan bağlayır.

Baxırsan, danışdığı yüngülvarı bədbəxtlik, xırda məişət uğursuzluğudur. Amma işi-gücü zarıldamaqdır. Mənim də belə adamlardan zəhləm gedir. Onlara hər fürsətdə toksik demək istəyirəm.

Ümumiyyətlə, bu cür insanlar həyatda öz yerini də bilmir. Ona görə də istədikləri alınmayanda depressiyaya düşür, əməlli-başlı dəli olurlar.

Gərək ki, insan aid olduğu yeri də, sferanı da bilsin. Xoşbəxt deyilsənsə, ola bilmirsənsə, demək ki, səninki budur. Cəhd edirsən, yenə olmursa, bir dayan, bir düşün, bəlkə, sən məhz bədbəxt olmağa layiqsən? Hər kəs həmişə xoşbəxt olacaq deyə bir şey var? Onsuz da, bu həyatda kimsə bədbəxt olmalı, kimsə nələrəsə qurban getməli, faciə yaşamalı və sairə problemlərlə üzləşməlidir.

İndi sənin bunları yaşayanlardan fərqin nədir? Niyə elə düşünürsən ki, xoşbəxtlik məhz sənin haqqındır? Yaxud sənin yaşadığını kim yaşamır ki? Bəlkə, faciəndən böyük faciə yoxdur, dərdin də böyük dərd? Kimsən axı sən? Nə edirsən, kainata, ətrafa, Allahın qonşudakı Fatma nənəsinə də xeyrin yoxdur. Görəndə üzünü döndərirsən ki, mağazaya göndərməsin.

Özünə sual ver: "Sən niyə xoşbəxt olmalısan? Bunun üçün nə edirsən? Bəlkə, xoşbəxt olmağın üçün düzgün yerdə deyilsən və uyğun şeylər etmirsən? Yaxud da xoşbəxtlik anlayışın çox böyükdür? Bəlkə, xırda şeylərdən xoşbəxt olasan? Əl çəkəsən bir milyonluq yaşam sevdandan? Başa düş, anla ki, dünyanın indiki vaxtında pul qazana bilmirsən, əyri işlər görmürsənsə, milyonları oğurlamaq şansın yoxdursa, demək ki, xoşbəxt olmağı da çox istəmək lazım deyil.

Ola bilər, bu dediklərim yanlışdır, amma cümlə-aləm belədir. Vicdan adama həmişə əzab verir. Sən həm vicdanlı, həm də milyon qazanmaq istəyirsənsə, ən yaxşı halda İranda müalicəni gecikdirmə, cavan adamsan. Unutma ki, sən həmişə, hər işdə uğurlu olacaqsan deyə bir şey yoxdur. O ki, deyirlər e, nə bilim, mütləq uğur qazanacaqsan, davam et filan, qətiyyən aldanma. Uğursuz olanda da elə biləcəksən, səndən asılı deyil, başqaları qarşını kəsdi. Yüce Konfutsi də deyirdi ki, ağıllı öz uğursuzluqlarının səbəbini özündə, nadan isə başqalarında axtarır.

Bəlkə, səadət elə Priusdadır? Üstəlik, daha ekanomdur, sərf edir dünyanın düz vaxtı. Amma sən həmişə günahı Priusda görürsən. Bir dəfə də özündə axtar. Layiqsənmi?

Yazımı Russonun bu fikri ilə bitirir və sözünə qüvvət demək istəyirəm ki, yanğınız heç vaxt tükənməsin.

Xoşbəxtlik yanğısı insan tərəfindən heç vaxt tükənmir.

# 3145 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #