Ayaz Vəfalı niyə istefa verdi? ŞƏRH

Ayaz Vəfalı niyə istefa verdi? <span style="color:red;"> ŞƏRH
28 mart 2014
# 12:44

“Ədəbiyyat qəzeti”nin baş redaktoru Ayaz Vəfalının istefası çox gözlənilməz oldu. 18 ildir baş redaktor kimi çalışan Ayaz Vəfalının fəaliyyətindən əksər yazıçılar narazı idi. Hətta Anar da qəzetdən narazılığını Kulis.Az-la bölüşmüşdü.

Lakin istənilən halda bu istefa qəfil sayıla bilər, çünki Ayaz Vəfalının vəzifədən çıxarılması qurultaydan sonraya proqnozlaşdırılırdı. Qurultaya bir ay qalmış onun “istefa”sı və yerinə tezbazar təyinatın arxasında duran məqamlara Kulis.Az aydınlıq gətirə bildi.

Belə ki, “Ədəbiyyat qəzeti”nə maliyyə ayıran KİVDF-nun qəzetdə apardığı yoxlamalar ciddi maliyyə pozuntularını üzə çıxarıb. Mətbuata qəzetin əməkdaşları tərəfindən sızdırılan məlumatlardan bəlli olur ki, baş redaktor öz müavinindən 1000 manat çox maaş alırmış. Baş redaktorun maaşının isə 1500 manat olduğu göstərilir.

“Ədəbiyyat qəzeti”ni yoxlayan müfəttişlər ciddi məbləğdə maxinasiya aşkarlayıblar. Vəsaitin əksər hissəsi təyinatı üzrə xərclənməyib. Qonorar cədvəllərində saxtakarlıqlar üzə çıxıb. Bundan başqa, qəzetdə olan “ölü canlar” da müfəttişlərin diqqətindən yayınmayıb.

Buna qane olmayan baş redaktor qəzetin rusca əlavəsinə öz adını müxbir kimi salaraq oradan da ayda 250 manat qazanırmış. “Ədəbiyyat qəzeti”nin baş mühasibi Simuzər Nüsrətbəyli rusdilli qəzetdə korrektor ştatına “yiyələnərək” əlavə qazanc əldə edirmiş.

Bütün bu faktlar KİVDF rəhbərliyinə və Anara məruzə edilib. KİVDF rəhbərliyi məhkəməyə müraciət etmək fikrində olsa da, Anar bu fikirdən onları daşındıra bilib və Ayaz Vəfalıdan ərizə yazıb işdən çıxmağı tələb edib. Ayaz Vəfalı vəziyyətin çıxılmaz olduğunu görərək ərizə yazmağa məcbur olub.

# 2949 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #