Əkrəm dedi ki, bu yaxınlarda qeyri-adi hadisə olacaq

Əkrəm dedi ki, bu yaxınlarda qeyri-adi hadisə olacaq
17 mart 2014
# 11:31

Bu yaxınlarda ustad Əkrəm Əylisli ilə süfrə arxasında söhbət edirdik. Seymur Baycan və Namiq Hüseynli də bizimlə idi. Təbii ki, sözümüzün başı da, ayağı da ədəbiyyat idi. Zatən yazıçının ayrı nə dərdi olar?

Çox-çox illər əvvələ də gedib çıxdıq, “Daş yuxular”dan da danışdıq, əslində bütün bəlaların başı olan “Möhtəşəm tıxac”dan da söz saldıq. Yazıçı çox nikbin idi. Onu yeganə ağrıdan şey kitablarının vandalcasına yandırılması idi. Və söhbətin şirin yerində o bunları dedi:

-Bu yaxınlarda qeyri-adi bir hadisənin şahidi olacaqsınız.

Nə imiş o qeyri-adi hadisə? Çox gümrah və bir az da şən halda bildirdi ki, hələ detallarını özü də yaxşı bilmir, ona görə də tam açıqlamadı. Amma anonsundan təxminən başa düşdük məsələni. Düzü, mən içimdə qürur hissi duydum: əgər bu məsələ baş tutsa, demək, böyük tarixi hadisələrin iştirakçısı olacağıq...

***

Almaniya müharibədən məğlub çıxsa da, bütün dünyaya öz elmi potensialı və böyük yazıçıları ilə sübut elədi ki, o heç də məğlub dövlət deyil. Cəmi bir neçə ilə alman xalqı öz yaralarını sağalda bildi. İndi dünya güclərindən birinə çevrilib.

Bizdə niyə belə olmasın ki? Yetər ki, buraxılmış səhvlər etiraf olunsun, haqq yol seçilsin. Və bundan sonra ölkə adlı-sanlı adamları hesabına dünyanı fəth edər. Azərbaycan da öz yaralarını sağaldar.

***

...O “qeyri-adi” hadisəni artıq hamı bilir.

Mən düzü, bu barədə yazmaq istəmirdim. Ondan ki, Əkrəm müəllim daha artığına layiqdir, qoy görək bu işlərin axırı necə olur və sair...

Amma olmadı. Bir saytdan mənə müraciət edərək məsələyə münasibət istədilər: “Əkrəm Əylislinin Nobel sülh mükafatına təqdim olunmasına münasibətiniz necədər?”

Mənim cavabım təbii ki, hazır idi. Təxminən bunları yazdım:

“Yadınızdadırsa, Orxan Pamuk Nobel ödülü alanda Türkiyədə hay-küy saldılar ki, ona bu mükafatı ermənipərəstliyinə görə veriblər. Amma bir az sonra bütün dünya kimi Türkiyə də bununla barışdı və hətta onunla qürur duymağa başladı. Əkrəm müəllim də elə adamlardandır ki, hətta Sovet dövründə də ona qarşı münasibət birmənalı olmayıb. Yazıçının “Kür qırağının meşələri” və başqa kitabları tənqidçilər tərəfindən anti-sovet əsər kimi ciddi şəkildə tənqid olunurdu. Hətta müstəqillik illərində də Əkrəm Əylisliyə hücumlar oldu və kitabları tonqallarda yandırıldı... Amma bunlar müvəqqətidir. Əgər Əkrəm Əylisli Nobel alarsa, gec-tez bütün Azərbaycan onunla qürur duyacaq və yazıçıya qarşı haqsızlıqlar da zaman-zaman etiraf ediləcək...” Mən birbaşa mənə müraciət edən xanım jurnalistin səhifəsinə yazdığımdan cavabımın orijinalını tapa bilmədim. O xanım isə mənim yazımı təbii ki, verməmişdi. Çünki o məndən söyüş gözləyirmiş...

İndi yenə açıblar küfr boğçalarının ağzını. Mənə təsir edən isə Anarın cavabı oldu: qeyri-ciddi məsələymiş(!)

Şəxsən mən, təkrar edirəm, bu məsələyə çox ciddi baxıram. Və haçansa bu hadisə baş versə... (Əkrəm Əylisli Nobel almaya bilər, amma haçansa bəraət alacağına yüz faiz əminəm) valın o biri üzünü çevirənlərə indidən deyirəm: o vaxt sizi qınamasınlar deyə, barıtı bir az az eləyin...

# 2863 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #