Yazıçıların seks travması

Yazıçıların seks travması
18 sentyabr 2019
# 11:40

Kulis.az Müşfiq Şükürlünün “Yazmaqla yatmaq arasında” yazısını təqdim edir.

Lolita! Lo. Li. Ta. Qasıqlarımın atəşi. Sonra necə deyir? Yox, əvvəlcə qızın adından danışır, deyəsən. O sözün ağzımızdan necə çıxmağından. Dilin hərəkətindən. Elə danışır ki, yəni anla! Səni sarsaq bir roman gözləyir. Bu qızın adı ağzımızda seksual akta imza atdısa, gerisini özün düşün.

“Lo-lii-ta: dilin ucu damağa toxunmaq üçün üç addımlıq yol alır. Üçdə, dişdə. Lo. Lii, Ta”.

İllər öncə universitet müəllimim “Lolita”dan nifrətlə danışanda beynim babat tormozlanmışdı. Nə deyir bu? Roman deyilmiş. Səbəb? Sarsaq xatirələrini yazıb. Cəfəngiyatdır.

Bizdə belələri var.

“Lolita” romanı niyə həm sanballı, həm də adı dillərdə əzbərdir? Bunu izah eləmək elə də asan deyil. Gərək ədəbiyyatçı olasan. Bizim ədəbiyyatçıların da çoxusu məlum. Ölçüləri Madaqaskar standartları ilə üst-üstə düşür.

Mövzumuz nə Vladimir Nabokovun “Lolita”sıdı, nə də əsərin sarsaq ya ciddi olub-olmaması haqda cəfəngiyat. Şübhə götürməz həqiqətdir. “Lolita” dünyanın ən yaxşı romanlarından biridir.

Məni düşündürənsə yazıçının instinktləridir. Onu belə bir mövzuda yazmağa vadar edən impuls.

Latın Amerikasının ən seçkin nasirlərindən, ədəbiyyat üzrə nobel mükfatçısı Mario Varqas Llyosanın qoca yaşında əsərləri haqda verdiyi bir prezentasiyanı izlədim. Ardınca yazıçı ilə müsahibə edirlər, elə həmin zalda. Suallardan biri əsərlərində seksuallığın güclü olması və bunun səbəbləri üzərinəydi. Sual cavabsız qaldı. Llyosa dolandı sualın başına, yan-yörəsinə. Seksuallıq barədə bir kəlmə də demədi!

Bunu necə interpretasiya elədim? Llyosa bir bəhanə tapıb danışa bilərdi. Sualı əhatə edə biləcəyinə isə inanmıram. Jurnalistin dedikləri həqiqətdir. Müəllifin demək olar hər əsərində intim detallar tapılar. Buna nə ad verək? Qadınlara və seksə olan qarşısıalınmaz ehtiras? Məncə, hə. Yoxsa, təcavüz, seksuallıq əsərlərində təsadüfənmi yer alıb? Heç cür! Yaradıcılığını bir tablo kimi düşünsək, seksuallıq tünd boyalarla gözə çarpardı.

Yazıçı duyğularını, arzularını bu mənada basdıra, sözü fırlaya bilməz.

Ona görə də müəllimim bir məqamda haqsız da deyil. "Lolita" bədii əsər kimi heç vaxt mənim taxtabaş müəllimimin düşüncələri ilə şərh oluna bilməz. Buna söz yox. Bəs pedofillik?

Məncə, "Lolita" Nabokovun iyrənc arzularından yaranıb. Əsər yazıçı şəxsiyyətinin deqradasiyaya uğramış tərəflərini təcəssüm edir. Buna necə şübhə edəsən?

Eləcə də Llyosa.

Yazıçı əgər seksuallığı çox qabardırsa, bu, onun yataq otağını iri projektor kimi işıqlandırır. Ya da gerçəkləşməyən talesiz xəyallarını.

Əsla mühafizəkar yanaşmıram. Əksinə, bir gənc ədəbiyyat mübtəlası kimi usta əldən çıxan pornoqrafik səhnələrin heyranıyam.

Mən yazıçının kimliyi, şəxsiyyəti ilə yaradıcılığı arasında kəskin əlaqə olduğunu düşünürəm. Hətta fantastika janrında sözügedən keyfiyyətləri daşıyan bir nümunə çəksəniz belə, yenə fikrimdə israrla duracam. Müəyyən assimilyasiyalar gedə bilər yazıçının beynində. Yunan mifologiyası gerçəkliyin təzahürü deyilmi?

Bu növ yazıçıların bu cür əlamətlərindən getmir təkcə söhbət. Ümumən, insan sahib olduğu və istifadə etdiyi bütün informatik vasitələrlə özünü ifşa edir. Nəinki onların təsiri altında formalaşır şəxsiyyəti, dünyagörüşü. Bizi realizə edən şeylər ID kart kimi bizi göstərir.

# 3071 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #