Adında “can” sözü olan xalqın üzündəki zəhrimar

Adında “can” sözü olan xalqın üzündəki zəhrimar
27 iyun 2018
# 11:06

Usta bir gün şagirdlərini başına yığaraq sual verir:

- İnsanlar əsəbiləşəndə nə üçün bir-birinin üstünə qışqırırlar? Axı qarşıdakı insan yanındadır. Səbəb nədir?

Hər kəs susur. Cavabın gəlmədiyini görən usta gülümsəyib davam edir.

- Çünki insan hirslənəndə ürəyi qarşıdakı insandan uzaqlaşır. Sanki arada böyük bir məsafə əmələ gəlir. Uzaqdan eşidilmək üçün qışqırmalısan. Yaxşı, bəs, nə üçün insan sevəndə sevdiyi şəxsin qulağına pıçıldayır?

Yenə səssizlik otağı bürüyür. Usta aram səslə davam edir:

- Çünki insan sevəndə ürəyi sevdiyi insana yaxınlaşır. Bəzən sadəcə göz-gözə baxmaqla saatlarca danışmış olurlar.

Bu zərb məsəlimi deyim, ibrətli hekayəmi deyim mənə bir şeyi xatırlatdı. Düşünməyə vadar etdi. Ətrafa boylananda neqativ enerji, mənfi aura məni həvəsdən saldı. Avtobusda konduktora pul uzadanda əsəbi baxışlarını yada saldım. Hamının ya qulağında qulaqcıq var, ya da zəhmli sifət alıb oturu . Gülər üz görmək üçün Şerlok Holms olmalısan. Yəni onları axtarıb tapmalısan. İş yerlərində də eyni vəziyyətdir. Söz soruşmaq olmur. Hamı qışqırır. Hamı əsəbidir. Məktəbdə, universitetdə və digər təhsil ocaqlarında münasibət vəhşi təbiəti xatırladır. Bir az xəstə, zəif olanı parçalayıb yeyirlər .

O gün yolda orta yaşlı dayıdan saatı soruşmağa peşman oldum. Elə bir üz ifadəsi nümayiş etdi ki, az qala üzr istəyib qələt etdiyimi boynuma alacaqdım. Bir insanı gülər üzlə qarşılamaq, ona xoş sözlər demək bir çox problemlərin üstündən yağlı xətt çəkə bilər.

Müsbət enerjinin mahiyyəti çox böyükdür. Bir yapon alimi təcrübə keçirir. İki eyni qabda düyü düzəldir. Eyni şəraitdə, eyni qulluğu göstərir. Lakin hər gün düyü dolu qabların yanına gəlib sözlər deyir. Bir qaba mənfi, digərinə müsbət enerji verən sözlər deyir. Məsələn: birinci qaba deyir ki, sən çirkinsən, solğunsan. Digərinə, sən gözəlsən, səni sevirəm kimi cümlələr deyir.

Təcrübə sona çatanda alim istədiyi nəticəni alır. Mənfi sözlər dediyi bir ovuc düyü qaralmış, sanki xarab olmuşdu. Müsbət sözlər dediyi düyülər daha da ağarmış və böyümüşdülər.

Müsbət enerji hər sahədə kömək ola bilər .

Adında can sözü olan xalqın üzündən zəhrimar yağır. Üzümə gülümsəyənləri barmaqla saya bilərəm. Toyda ancaq kamera çəkəndə gülümsəyirik. Hirsli üz ifadəsi alıb rəqs edənlər gördüm. Rəqs harmoniyadır, rəqs gözəllikdir, rəqs istirahətdir.

Hər gün evdən çıxmamışdan öncə güzgüyə baxıb dil çıxarın. Gülməli üz mimikaları yaradın. Necə ki, maşına benzin vurursuz, mədəni yeməklə doldurursuz, eləcə də öz auranızı müsbət enerjiyə kökləyin. Qoy sizdən aləmə nur saçılsın. Sizi uzaqdan görən uşaqlar qaça-qaça sizə yaxınlaşsınlar, böyüklər hal-əhval tutsunlar .

# 3177 dəfə oxunub

Oxşar xəbərlər

16 yaşlı qızı qaçıran axund kimə güvənir?

16 yaşlı qızı qaçıran axund kimə güvənir?

12:37 21 iyun 2025
Pampers dərdi və bərbər

Pampers dərdi və bərbər

10:00 14 iyun 2025
İsmayıl qurbanı əhvalatının müasir versiyası

İsmayıl qurbanı əhvalatının müasir versiyası

12:00 6 iyun 2025
Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

12:00 2 iyun 2025
Röyanın Kannda nə işi var?

Röyanın Kannda nə işi var?

14:30 24 may 2025
Kütlə həmişə kütdür

Kütlə həmişə kütdür

12:00 11 may 2025
#
#
# # #