Vurğun Əyyub üçün dua

Vurğun Əyyub üçün dua
23 sentyabr 2019
# 10:55

92-də sənəd verən kasıb uşaqların içində mən də vardım.

Onda Laçın yenicə dağılmışdı...

Evsiz-eşiksiz, düzlərdə sərgərdan qalan bir gəncin ali məktəbə daxil olması təsəvvürə gəlməz hadisə idi.

Sonralar hansısa yazımda bunu bataqlıqda batan bir adama qeybdən əlin uzanması ilə təşbeh edəcəkdim.

Və dediyim kimi, mən tək deyildim.

Mənim kimi minlərlə gənc vardı.

Heç kim o qarışıqlıqda həqiqətin bu səviyyədə təntənəsinə inanmırdı.

Bizi gələcəyə inandırdınız!

Adam olacağımıza, xalq olacağımıza, ölkə olacağımıza ümidimiz artdı.

Bunu siz etdiniz...

Testdən keçə bilməyənlərin içində doğma bacınız qızı da vardı.

Onu haqqı olan heç kimin yerinə qoymadınız.

Həqiqəti qohumluqdan, qardaş-bacı təəssübündən üstün tutdunuz.

Sizə heyran olduğum günlərin birində yeni yazdığım “Şəkil” hekayəsi haqqında məqalənizi oxudum.

O hekayə mənə əl uzatdığınız o ağır illərdən bəhs edirdi.

Sizə heç vaxt demədim ki, hekayədə təsvir olunan o ümidsiz günlərdə məni həyata bağlayan ən böyük səbəb siz idiniz.

Və ən maraqlısı: 60 yaşınız tamam olanda dəvətlilərin arasında mən də vardım.

Bu, həyatım boyu dəvət aldığım ən şərəfli yubiley mərasimi idi.

Ölməyin, hocam...

Yandırdığınız elə bir işıqdır ki, sizin öz ölümünüz belə onu söndürə bilməz.

Amma yenə də ölməyin.

İşıq yandıran insanın yaşadığı hər saniyə kardır.

Məmləkətə, xalqa, bataqlıqda qeybdən əl gözləyən hər kəsə...

Ölməyin...

Yaxşıların və yaxşılıqların xatirinə...

Allahın xatirinə...

Bizim xatirimizə...

Ölməyin...

Yaxşılıqları yetim qoymayın.

# 10350 dəfə oxunub

Oxşar xəbərlər

İsanın möcüzəsi

İsanın möcüzəsi

12:00 26 iyun 2025
16 yaşlı qızı qaçıran axund kimə güvənir?

16 yaşlı qızı qaçıran axund kimə güvənir?

12:37 21 iyun 2025
Pampers dərdi və bərbər

Pampers dərdi və bərbər

10:00 14 iyun 2025
İsmayıl qurbanı əhvalatının müasir versiyası

İsmayıl qurbanı əhvalatının müasir versiyası

12:00 6 iyun 2025
Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

12:00 2 iyun 2025
Röyanın Kannda nə işi var?

Röyanın Kannda nə işi var?

14:30 24 may 2025
# # #