“Yarımçıq əlyazma” bu dəfə italyan dilində

“Yarımçıq əlyazma” bu dəfə italyan dilində
4 iyul 2014
# 10:16

Yarımçıq əlyazma” italyan dilində də çap olunacaq. Türk xalqlarının ortaq ədəbi abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanı ədəbiyyatımızın dünya ədəbiyyatına inteqrasiyası üçün gözəl zəminlərdən biridir. Kamal Abdulla “Yarımcıq əlyazma” romanında etnik movzuya modern yanaşma tərzi ilə “Kitabi-Dədə Qorqud” eposu motivlərini müasir dünya ədəbiyyatı arenasına çıxartmışdır.

Belə ki, əsərin ərsəyə gəlməsi və müxtəlif dillərə tərcümə edilməsi “Kitabi-Dədə Qorqud” dastanının və türk xalqlarının tarixinin yenidən dünya alimlərinin müzakirə və araşdırma obyektinə çevrilməsinə səbəb olmuşdur. Xatırladaq yazıçı Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı “Le Manuscrit inacheve” Fransada, “Eksik el yazması” adı ilə Türkiyədə, Rusiyada “Неполная рукопись”, Brazilyada “O Manuscrito İnacabado”, Polşada “ Zagadkowy Rykopis”, ABŞ-da “The İncomplete Manuscript”, Qazaxıstanda “Толык емес колжазба”, Avstriyada isə “Das unvollstandige manuscript” adı ilə çap edilib. Amma bu son deyil!

Belə ki, İtaliyanın məşhur nəşriyyat evlərindən bir olan “Sandro teti editore” nəşriyyatı romanı italyan dilində çapa hazırlayır. Əsəri italyan dilinə romanın rus və ingilis dili versiyasından rus dili mütəxəssisi və tərcüməçi Danieli Franzione tərcümə etmişdir. Ön sözün müəllifi Orta əsrlər ədəbiyyatı və mədəniyyəti və eləcə də sivilizasiyalar arası münasibətlər üzrə mütəxəssisi, Florensiya Universitetinin departamentinin rəhbəri professor Franko Kardini, kitabın redaktoru isə professor Bernardenidir. Kitab çap olunana qədər isə italyan oxucular romanla ilkin tanışlıq imkanı əldə edəcəklər.

İtaliyanın məşhur “Sole 24 Ore” qəzeti əsəri 3 ay ərzində hissə-hissə oxuculara təqdim edəcək. Qəzet yalnız həftənin bazar günləri mədəniyyət xəbərlərini təqdim edir. Qəzetin bu buraxılışında dünyaca məşhur yazarların əsərləri yayımlanır. “Yarmçıq əlyazma” əsəri də elə bu səhifədə çap olunacaq. Gündəlik maliyyə-iqtisadiyyat xəbərlərini yayımlayan qəzetin bir ədəbiyyat nümunəsinə - “Yarmçıq əlyazma” romanına marağı və diqqəti çağdaş Azərbaycan ədəbiyyatının böyük uğuru, eyni zamanda əsərin əhəmiyyətinin, dəyərinin göstəricisidir.

Yetim Qacar

# 1922 dəfə oxunub

Oxşar xəbərlər

Bir qadın iki min beş yüz kişini  necə xoşbəxt edir?

Bir qadın iki min beş yüz kişini necə xoşbəxt edir?

12:00 22 avqust 2025
Türkləri və yəhudləri qıranlar kimlərdir?

Türkləri və yəhudləri qıranlar kimlərdir?

15:00 2 avqust 2025
Məhşərdə cavab verməyə kimin üzü var?

Məhşərdə cavab verməyə kimin üzü var?

09:00 9 iyul 2025
Rusbaşların menyusunu yox, başını dəyişmək lazımdır

Rusbaşların menyusunu yox, başını dəyişmək lazımdır

12:00 4 iyul 2025
İsanın möcüzəsi

İsanın möcüzəsi

12:00 26 iyun 2025
16 yaşlı qızı qaçıran axund kimə güvənir?

16 yaşlı qızı qaçıran axund kimə güvənir?

12:37 21 iyun 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər