Yazarlarımız ingilis dilində təqdim olundu

Yazarlarımız ingilis dilində təqdim olundu
24 iyun 2014
# 13:40

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Jurnalist Ekspert Mərkəzinin (JEM) “Azərbaycanın istedadlı yazarlarını dünyaya tanıdaq” adlı 4 aylıq layihə çərçivəsində hazırladığı ingilis dilində nəşr olunan kitabın təqdimat mərasimi keçirildi.

Tədbiri giriş nitqi ilə açan JEM sədri Ceyhun Musaoğlu layihənin məqsədindən və əhəmiyyətindən danışdı. Sonra söz müəlliflərdən biri olan millət vəkili Musa Uruda verild.

Tədbirdə daha sonra millər vəkili Adil Əliyev, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, APA Holdingin prezidenti Vüsalə Mahirqızı, Lent.az İnformasiya Agentliyinin baş direktoru Qabil Abbasoğlu, BDU-nun jurnalistika kafedrasının müdiri Cahangir Məmmədli, “Qafqazinfo”nun rəhbəri Elbrus Ərud, AYB mətbuat katibi Xəyal Rza, müəlliflərdən Kamran Nəzirli, Əjdər Ol, Vüsalə Məmmədova, Fəxri Uğurlu, İlqar Rəsul, Azər Abdulla, Afaq Şıxlı, tərcüməçilərdən Sevil Gültən, Kamran Nəzirli və digərləri danışaraq, işıq üzü görən “Bizim hekayələrimiz sizin dildə” kitabından, oradakı müəlliflər və mətnlərdən, eyni zamanda, layihənin ədəbiyyatımız üçün əhəmiyyətindən danışdılar.

C.Musaoğlu sonda tədbirdə iştirak edən qonaqlara və müəlliflərə təşəkkür etdi.

Xatırladaq ki, Azərbaycanın tanınmış 18 yazarının hekayəsi toplanan kitabın tərcüməçiləri - Sevil Gültən, Kamran Nəzirli, Xəqani Əliyev, Esmira Serova, Səadət İbrahimova, Cavanşir Yusifli, Günya Rəhimovadır. Mətinləri amerikalı mütəxəssis Phobe Lavri redaktə edib.

QHT əməkdaşları tərəfindən əcnəbi həmkarlarımıza pulsuz paylanacaq kitabda aşağdakı müəlliflərin hekayələri əksini tapıb:

1.Musa Quliyev ( Urud) - “Uruda iki səfər”

2. Əgdər Ol - “Kamança”

3. Rəşad Məcid - “10 sentyabr”

4. Səlim Babullaoğlu - “Yağışlı axşamların birində”.

5. Məqsəd Nur - “Ud”

6. Afaq Şıxlı - “Bir insan ömrünün son gecəsi”

7. Şahnaz Kamalova - “Savalan”

8. Kamran Nəzirli - “Ağ ev”

9. Xalid Kazımlı - ““Pəncşir aslanı”nın bənzəri”

10. Kənan Hacı - “Boz ilan”

11. Şərif Ağayar - “Anaxanım”

12. Natiq Məmmədli - “Xəlbr”.

13. İlqar Rəsul - “Xərçəng və qırmızı tramvay”

14. Azər Abdulla - “Bazarlıq”

15. Qan Turalı - “Gənc qadının və Şaxta babanın qətli”

16. Fəxri Uğurlu - “Leylinin məcnunluğu”

17. Vüsalə Məmmədova - “Rəngləyən”

18. Nicat Qafuroğlu - “O”

# 2121 dəfə oxunub

Oxşar xəbərlər

Türkləri və yəhudləri qıranlar kimlərdir?

Türkləri və yəhudləri qıranlar kimlərdir?

15:00 2 avqust 2025
Məhşərdə cavab verməyə kimin üzü var?

Məhşərdə cavab verməyə kimin üzü var?

09:00 9 iyul 2025
Rusbaşların menyusunu yox, başını dəyişmək lazımdır

Rusbaşların menyusunu yox, başını dəyişmək lazımdır

12:00 4 iyul 2025
İsanın möcüzəsi

İsanın möcüzəsi

12:00 26 iyun 2025
16 yaşlı qızı qaçıran axund kimə güvənir?

16 yaşlı qızı qaçıran axund kimə güvənir?

12:37 21 iyun 2025
Pampers dərdi və bərbər

Pampers dərdi və bərbər

10:00 14 iyun 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər