Mixitaryana acıq verən azarkeşlərin səhvi

Mixitaryana acıq verən azarkeşlərin səhvi
30 may 2019
# 10:49

Bakıda keçirilən dünənki oyun hamımızı sevindirdi. “Çelsi” “Arsenal”ı məğlub etdi və biz ellikcə Mixitaryana acıq verməyə başladıq.

Mən razıyam, erməni bizim düşmənimizdir. Ədalətsiz müharibə eləyib. Ancaq bu, futboldur. Gərəkdir ki, biz məsələyə peşəkar yanaşaq.

Əvvəla, Mixitaryan yaxşı futbolçudur, dünyanın ən önəmli klublarından birində oynayır. Erməni ola bilər, ancaq fakt faktlığında qalır. Düşmən hesab etdiyim təqdirdə də onu yaxşı tanımalı və dürüst qiymətləndirməliyik. Çünki ağıllı adamlar belə edirlər.

İkincisi, “Arsenal” Mixitaryandan ibarət deyil. Mesut Özil, Abomeyang, İvobi kimi nəhəng simaları var. Yəni “Arsenal”ın uduzmağına görə Mixitaryan cavabdeh deyil. Mixitaryan orda ikinci-üçüncü dərəcəli oyunçudur. Biz əslində ona acıq verməklə bir növ Mixitaryanı daha da göylərə qaldırdıq.

На данном изображении может находиться: 1 человек, занимается спортом и на улице

Üçüncüsü və ən əsası – bir qrup “Arsenal” azarkeşi qıcıq yaratmaq üçün küçələrdə Mixitaryanın formaları ilə gəziblər. Bilmirəm, təxribatdır, yaxud həqiqətən də bu tip ingilis azarkeşlər var. Ancaq məsələnin başqa tərəfinə baxaq. İki ingilis klubu üz-üzə gəlib və biz də onları qonaqlamışıq. Hətta UEFA Mixitaryanın gəlməsinə icazə verməyib. Yəni hər şey bizim istədiyimiz kimi gedib. Oturub bu gözəl matçı izləmək yerinə “Arsenal”ın məhz Mixitaryana görə uduzmasını arzulamaq yumşaq desək, yaxşı çıxmır.

“Arsenal” azarkeşləri şübhəsiz ki, Mixitaryanın formalarını bu səbəbdən də geyinmişdilər: komandanın əsas oyunçularından birinin boşluğu! İkinci səbəbi də yuxarıda dedim: qıcıqlandırmaq.

“Qalatasaray” – “Lids” Yunayted oyunu yadıma düşür. İstanbulda keçirilən ilk oyun ərəfəsində ingilis azarkeşlər türklərə sataşır, dükanların, maşınların şüşələrini sındırırdı. Nəticədə nə baş verdi? Yatmış divi oyatdılar, iki ingilis dünyasını dəyişdi.

Bakıdakı finalda erməni klubu oynamırdı. İngilislər savaşırdı. Biz də sadəcə qonaqlara qapı açan ev sahibləri idik. Nəyin davasını aparırıq, başa düşmürəm. Mixitaryanı söyməklə, daşlamaqla, linç eləməklə öz səviyyəmizi göstəririk?

Mesut Özil türkdür, bizə qardaşdır. Ancaq məhz o türkdür deyə həmin komandaya azarkeşlik etmək qeyri-peşəkarlıqdır.

Dünyada belə standart yoxdur. O klubu ya sevirsən, ya sevmirsən. Peşəkar azarkeşlikdə millət-irq anlayışı olmur.

Gələk, bir məsələyə də. Biz Mixitaryanı yıxıb-sürüyürük, ona dünənki oyuna görə acıq veririk. Ancaq Mixitaryan hələ də “Arsenal”da oynayır. Yəni peşəkar bir futbol klubunda.

Biz isə papağımızı günə yandırırıq. Niyə bu cür futbolçumuz yoxdur? Problemimiz burdadır. Futbolu inkişaf etdirmək, uşaq futbolunu dirçəltmək və s. kimi daha vacib işlərimiz var.

Dünyaya sübut etməliyik ki, sizdə Mixitaryan varsa, bizdə də filankəs var.

Təsəvvür edin, böyrümüzdəki Gürcüstanda da dünyaya çıxmış futbolçu olub. Kaxa Kaladze, Kobiaşvili. Bizdə bir Vaqif Cavadov vardı. Onu “Tvente”nin bircə oyununda da görə bilmədik.

Mən anlaya bilmirəm, axı Mixitaryanı söyəndə Qarabağ geri qayıdır? Bizim davamız futbol meydanlarında deyil, məhz Qarabağın torpaqlarında getməlidir. Məhz düşmənə zərbəni orda endirməliyik.

# 2203 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #