“Hicab namusumuzdur” qışqıranlar haqda

“Hicab namusumuzdur” qışqıranlar haqda
10 oktyabr 2012
# 11:12

Müsəlmanların məsumluğunu şübhə altına alan amerikalı rejissorun ekranlaşdırdığı “Müsəlmanların məsumiyyəti” filmi və Fransa jurnalının Məhəmməd peyğəmbərin karikaturalarını çap etməsi müsəlmanlarda qəzəb doğurub.

Cümə namazlarından sonra müsəlman paytaxtlarında Amerika Birləşmiş Ştatlarının, Fransanın bayraqları yandırılır.

Hətta Birləşmiş Ştatlarının müxtəlif ölkələrdəki səfirliklərinə hücumlar da təşkil olunub.

Məntiqlə, yuxarıda sadaladıqlarım Bakıda da təkrarlanmalı idi. Deyə bilərsiniz ki, ABŞ-ın ölkəmizdəki səfirliyi önündə barmaqla sayılacaq qədər dindar etiraz səsini ucaltmaq istəmişdi. Ancaq səfirliyi və asayişi qoruyan polislərin müdaxiləsindən sonra polis maşınlarına qaçaraq əyləşən dindarların addımı görüntü yaratmaq cəhdindən başqa bir şey deyildi. Fransa səfirliyinin qarşısına toplaşmaq istəyənlərin qarşısı isə qısa müddətə alınmışdı.

Dinlərinin, peyğəmbərlərinin təhqir olunmasını sinirən qəzəbli kütlə keçən həftənin cümə günü Təhsil Nazirliyinə hücuma keçdilər. Təhsil müəssisələrində hicabın qadağan olunmasını namuslarına toxunan addım hesab edənlər əllərində dəyənəklərlə təhsil naziri Misir Mərdanovdan anlayış gözləyirlər. Üstəlik, bu günlərdə hicabla bağlı heç bir problem də yaşanmamışdı, de-yure qadağa mövcud olsa da de-fakto dindarların xeyrinə idi.

“Hicab namusumuzdur” qışqıranlar bu problemdən istifadə edərək dinlə bağlı problemlərini də məhz nazirliyin qarşısında çözmək qərarına gəlir. Burada dünyəvi dövlətin dayaqlarını laxlatmaq istəyi və niyyəti daha güclü duyulur.

İslam fundamentalizminin olmadığı Azərbaycanda israrla bu görüntünü yaratmaq istəyirlər ki, onlar var. Hətta qəzəblənə, lazım gələndə hakimiyyət nümayəndəsinə çiynindəki rütbədən asılı olmayaraq əl də qaldıra bilərlər.

13-14 yaşlı qızların başını qapamaqla nəyə nail olacaqları isə bir başqa məsələ. Bizlər də 11 il parta arxasında başı açıq qızlarla bərabər təhsil aldıq. O qızların namuslarının tapdalandığını heç görmədim. Təlim-tərbiyə verilən müəssisəyə qız uşaqlarının hicabsız gəlməsi onların namusuna toxunmaq deməkdir?

Ölkədə başını örtməyən, hicab geyinməyənlərin sayı hicablı qadınların sayından qat-qat çoxdur. Məgər o xanımların ataları, qardaşları, əmiləri, dayıları yoxdur? Başıaçıq dolaşan qadınların namusu ayaqlar altında qalıb?

Cümə namazlarında dəstəmaz almaq əvəzinə nazirliyin qarşısında qovğa yaratmaq, insanların qanını axıtmaq hansı dini dəyərlərə əsaslanır?! Bu üzüm yemək arzusudur, yoxsa bağbanı döymək sevdası?

Fərid Mirzəyev

# 3470 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #