“Zaryadka” sözünü qadağan edənlər

 “Zaryadka” sözünü qadağan edənlər
26 oktyabr 2017
# 15:07

Xəbər verildiyi kimi, bəzi alınma sözlərin Azərbaycan dilində qarşılığı müəyyənləşdirilərək Nazirlər Kabineti yanında Terminologiya Komissiyasında təsdiqlənib.

O sözlər aşağıdakılardır.

Zaryadka - yükləmə,

Adapter – yükləyici,

Embarqo – qadağa,

Evakuasiya – köçürülmə,

Proqnoz – öncəgörmə,

Konsensus – yekdillik,

Kserokopiya – üzçıxarma,

Like – bəyənmə,

Mesaj – ismarıc

Mouse – bələdçi

Mən ümumiyyətlə sözlərin qarşılığının tapılmasının tərəfdarıyam. Ancaq söhbət sözlərdən yox, terminlərdən gedirsə, məsələ bir az qəlizləşir.

Verilən örnəklərə diqqət edək.

“Yükləmə” sözü “Zaryadka”nı əvəz edə bilərmi? Məncə, yox. Çünki “yükləmə” geniş anlayışdır. Maşını yükləmə, insanı söz-söhbətlə yükləmə və s. “Zaryadka” isə bizdə daha konkret olaraq müvafiq cihazların enerji təchizatını ifadə edir.

“Adapter” və “Yükləyici” də eyni cür.

Məncə, ən biabırçı əvəzləmə “Proqnoz”un qarşılığıdır. “Proqnoz” məntiqi nəticədən doğan elmi ehtimaldırsa, “Öncəgörmə” daha çox mistik anlayışdır. Loru dillə desək, falçı proqnoz vermir, görücülük, öncəgörənlik edir. Yaxud əksinə, alim öncəgörənlik etmir.

O cümlədən “Köçürülmə” “Evakuasiya”yla, “Yekdillik” “Konsensus”la tam adekvat deyil. Elə məqam olar ki, birincilər ikinciləri əvəz edə bilməz.

“Mouse”-nun “Bələdçi” kimi işlənməsi isə lap lətifədir. Görəsən bundan sonra muzeylərdə siçanlar işləyəcək?

Lakin “Embarqo – qadağa”, “Kserokopiya – üzçıxarma”, “Like - bəyənmə”, “Mesaj – ismarıc” əvəzləmələri qismən məqbul hesab oluna bilər.

Baxmayaraq ki, “Embarqo” iqtisadi termindir və dünyanın bir çox dillərində olduğu kimi işlədilir.

# 1334 dəfə oxunub

Oxşar xəbərlər

Rus təkcə içki düşkünü deyil, həm də cəza düşkünüdür

Rus təkcə içki düşkünü deyil, həm də cəza düşkünüdür

18:38 14 fevral 2025
Vəziyyət o qədər pisdir ki,  Elxan Elatlı da kirayədə yaşayır

Vəziyyət o qədər pisdir ki, Elxan Elatlı da kirayədə yaşayır

14:25 14 fevral 2025
Niyə evtanaziya əcəldən daha yaxşıdır?

Niyə evtanaziya əcəldən daha yaxşıdır?

17:00 11 fevral 2025
Vətənə, millətə xəyanət, uşaq istismarı

Vətənə, millətə xəyanət, uşaq istismarı

12:00 23 yanvar 2025
Sənət Allah üçündür

Sənət Allah üçündür

09:00 22 yanvar 2025
Peyğəmbərlik nədir?

Peyğəmbərlik nədir?

15:00 7 yanvar 2025
# # #