Homoseksualizm tərəfdarlarının faşizmi

Homoseksualizm tərəfdarlarının faşizmi
23 sentyabr 2016
# 13:00

Homofobiya mövzusunda yazmağı düşünmürdüm. Çünki indi bu məsələ məni çox az qayğılandırır.

Amma srağagün Zahir Əzəmətin homofobiya ilə bağlı statusunu oxuyanda yazmaya bilmədim.

Zahir bəy əsas vurğunu ona edir ki, ölkədə ciddi hadisələrin baş verdiyi dönəmdə homoseksual mövzuda aşırı, banallıq həddinə çatan polemikalar açılır və statusunda sarkastik tonda zoofillərin evliliyini də qanuniləşdirməyi təklif edir. Başqa vaxt olsaydı, yəqin ki, zoofillərlə eynicinslilərin evliliyin eyniləşdirilməsinə etiraz edərdim. Amma eləmirəm. Çünki Zahir bəyin statusundakı sarkazm, vurğuladığı problemlər konteksti dəyişir, o, təhqir kimi yox, mövzunu ucuzlaşdıran, əks tərəfi də israrla özü kimi düşünməyə, günah hissi aşılmağa vadar edən, basqı yapan aqressiv mövqeyə protest kimi səslənir.

Daha maraqlısı homofobiyaya qarşı mübarizə aparanların statusu layk edənlərə münasibətiydi. Onlar statusu layk edən istifadəçilərdən hakim intonasiyada homofob olub-olmadığını dəqiqləşdirmək istəyirlər.

Onların adını şərhlərinə taq edib, layka görə sorğu-suala tutmaq, mövqeyini aydınlaşdırmağı tələb eləmək, başqa cür düşünən insanın ifadə azadlığına təcavüz deyilsə, bəs nədir? Bunun bir başqa adı isə faşizmdir. Çünki istənilən dünyagörüş, mövqe ifrata varanda çox miskin, eybəcər şəkil alır, faşizmə çevrilir.

Bu mənada homofobiyaya qarşı çıxanların ifratçılığı ilə homoseksualları aşağılayanların arasında mahiyyətcə fərq yoxdur.

Kiminsə homoseksualların nikahına qarşı çıxması, onu qəbul eləməməsi faciə deyil, sadəcə, həmin adamın iradə azadlığıdır. Hə, kiminsə homoseksuallara qarşı zorakılığa çağırışı təbliğ eləməsi başqa mövzudur ki, bu, çağırışın cəzası qanunla tənzimlənməlidir, hətta ictimai qınaq da zəruridir.

Daha aydın deyim, zorakılığa çağırmaq, onları məhv eləməyə, cəmiyyətdən kənarlaşdırmağa çağırmaq başqa, homoseksualizmi sadəcə qəbul etmədiyini normal, sivil şəkildə demək başqa.

Bizim polemika mədəniyyətində istənilən problemin müzakirəsinə iki baxış mövcuddur: qəti hə və qəti yox. Hər iki baxışı sorğulayan, ortalama, praktik mövqe təklif eləyənləri də iki qütbdən birinə aid eləməyə çalışırlar. Bu mənada kimsə məsələn, homoseksualların himayəsinə övlad götürmək hüququna qarşı çıxırsa, digər hüququnu tanıyırsa, şüvən tərzdə bu adamları divara qısnayıb “homofob” damğası vururlar. “Bizim kimi düşünməlisən” kimi xəstəhal israr - alternativ qəbul etməyən, dünyanı eyni rəngdə görmək istəyən tipik Fatmanisə, Xudayar düşüncəsidir.

Ayrıca Zahir bəyin statusunu da çoxu hərfi anlayıb. Ümumiyyətlə bizdə çoxu mətnləri üzdən, hərfi anlayırlar. Ağıllı adamlardan birinin dediyi kimi, əksəriyyət mətnlə işləməyi bacarmır, konteksti görə bilmir, nəticədə, fikri tuta bilmədiklərinə görə sözlərə ilişirlər.

Cinsi azlıqların azadlığını, hüquqlarını qorumaq iddiasında olanlar, neyçünsə əks tərəfin söz demək haqqını (oxu: bu barədə normal polemikanı) tanımaq istəmirlər.

Bəs onda plüralizm, alternativlər necə olsun?

XXI əsr Fransasında eynicinslilərin nikahına etiraz mitinqinə on minlərlə insan qoşulur. O Fransa ki, insan haqlarına, azadlıqlarına, təməl prinsiplərinə gedən yolu çətin inkişaf mərhələlərindən keçərək gəlib. Və biz istəyirik ki, qapalı, o mərhələləri yaşamayan cəmiyyətimizdə homoseksualların bütün problemləri bir anda həll olunsun və hamı da eyni cür düşünsün.

Üstəlik, Qərb bu məsələni hələ də tamlıqla həll edə bilməyib.

Bu problemin adekvat həlli digər təməl problemlərin həllindən keçir.

Homofobiyani boş verin, yeniyetmə intiharlarını, ailə cinayətlərini araşdıran institutlar, sosioloji araşdırma yoxdur. Qapalı cəmiyyətimizdə homofobiyanın hansı səviyyədə, hansı şəkildə olması böyük bir araşdırma predmetidir. Və bundan sonra daha praktik təkliflər səsləndirmək, mənzərəni daha aydın görmək olar.

Homofobiyaya qarşı radikal çıxış eləyənlər özləri də fərqinə varmadan cəmiyyəti qıcıqlandıra, homofob olmayanları da buna sürükləyə bilərlər. Çünki təsir əks təsirə bərabərdir.

# 1954 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #