Cəlil Cavanşirin maştağalı oxucusu

Cəlil Cavanşirin maştağalı oxucusu
26 avqust 2014
# 11:23

Bəzən elə oxucularla qarşılaşırsan ki, bilmirsən güləsən, ya ağlayasan... İnsan hissləri bu vəziyyəti ifadə etməkdə aciz qalır. Məsələn, bir dəfə Murad Köhnəqalanın yazısına belə bir şərh gəlmişdi: “Bu hardan çıxdı? Yəqin yalançı imzadır!”

Başqa bir ilginc münasibət müğənni Nazpəri Dostəliyevadan yadımda qalıb. Demək, tanınmış şairə İradə Dəstərxanlının şeirləri yayılmışdı. Hardasa belə bir fikir işlətmişdi ki, avtobusda idim, Nazpəri mənasız bir mahnı oxuyurdu radioda, qəfil kalqotkam harasa ilişib cırıldı...

İtoynadan jurnalistlərdən biri, eləmə tənbəllik, Nazpəri xanıma zəng vurub onu məsələdən agah eləmişdi. Nazpəri xanım eynən belə bir açıqlama vermişdi bu barədə: “Kalqotkasından yazan qadın tərbiyəsizin yekəsidir. Onun səviyyəsinə enib cavab vermək istəmirəm!”

Bu yaxınlarda isə qəziyyə öz başıma gəldi. Redaksiyaya gələn zəngə cavab verdim-verəli xəttin o başından doğma Bakı ləhcəsinin ənginliklərindən bir səs boy göstərdi. Amma bir az qəzəbli idi. Cəlil Cavanşiri axtarırdı. Ona bildirdim ki, Cəlilin e-mailini verə bilərəm sizə. Bir də facebookdan tapa bilərsiz. Məlum oldu ki, dostum nə e-mail, nə də facebook sözlərini başa düşür. O zaman ismarışını Cəlil Cavanşirə çatdırmağa hazır olduğumu söylədim. Adam dərindən ah çəkib buyurdu:

“O, bir yazısında maştağalı masajist qadından yazıb!”

Düşündüm ki, yəqin Cəlil oxumadığım həmin yazısında ad və ünvanı dəqiq göstərib və nəsə naqolay bir şey yazıb. Adamsa qadının qohumudur. Ürəyimdə dedim: “Eyvah!”

Bir az da söhbətləşəndən sonra bəlli oldu ki, mən düşündüyüm kimi deyilmiş. Sadəcə zəng edən gənc maştağalıdır və kəndlərinin təəssübünü çəkdiyindən Cəlilə həddini bildirmək istəyir. Fikrində də israrlıdır: “Maştağadan masajist qadın çıxa bilməz!” Maraq məni bürüdü. Kəndin əhalisinin və evlərinin sayını soruşdum, bilmədi. Bu dəfə lap yumşaldım. Dedim, qardaş, sən heç narahat olma. Mən səmimi qəlbdən inanıram ki, sizin kənddən masajist qadın çıxmaz. Belə əxlaqsız peşəylə niyə məşğul olsun axı, ağlı başında olan qadın?! Yəqin o gəlmə-gülmələrdəndir Cəlil yazan adam.

Müsahibimin qırışığı açıldı. Dedi, sağ ol, qərdeşim, indi Bakıda o qədər gəlmə var ki, aləm qarışıb biri-birinə. Amma mən yenə kəndimizə başımla cavabdehəm. O Cəlilə çatdır ki, biz də özümüzə görə bir-iki kitab oxumuşuq, iman-irfan sahibiyik! Adam belə hərəkət eləməz.

Gördüyünüz kimi mən də ismarışı Cəlil Cavanşirə çatdırdım. Üstəlik sizin də şahid olmağınızı istədim. Hətta əlavə olaraq deyirəm: “Özünü ağıllı apar, bala, cavansan, belə şeyləri anlamırsan. Sən “neujeli” bilmirsən ki, masajist qadınlar yalnız gəlmələrdən olur?! Ağır adamsan, əlibıçaqlı dalınca düşsələr qaça da bilməzsən... Tövbə, əstəğfürullah!”

# 2936 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #