Sizin futbolçu sevgiliniz oldumu?

Sizin futbolçu sevgiliniz oldumu?
4 dekabr 2012
# 12:14

“Hakim və jurnalistdən

futbolçuya dost olmaz”

Sizin heç futbolçu sevgiliniz olub? Vurduğu qolları, ya da tutduğu topları sizə həsr edən bir sevgiliniz olub?

Müqayisə olunmaz dərəcədə güclü rəqiblə oynayanda belə utopik qələbə üçün dua etmisiz heç? Hər oyun səfərinə gedəndə gözünüz yollarda qalıb? Mətbuatı, idman xəbərlərini izləmisiz kor-koranə? Hər yeni yayılan xəbər üstündə mübahisə edib, hər məşqdə olduğu vaxt cavablandıra bilmədiyi zənginiz üçün dalaşmısız onunla?

Futbolçu formasında xəyalınızın oğlanı olduğunu düşünmüsüz gözünüzün içinə baxanda? Kobud qollarının arasında özünüzü təhlükəsizlikdə hiss eləmisiz?

Top tutan əllərdən tutmaq, iri əllərin içində itən incə əllərə baxmaq necə gözəldi bilirsiz?

İş adıyla məşqçisini aldadıb sizin qollarınızda istirahət edən bir futbolçunu sevmisiz heç?

Tamamlaya bilmədiyi cümlələri tamamlamaqda, yeni sözlər öyrənməkdə ona kömək etmisiz? İstifadə etməkdə çətinlik çəkdiyi çəngəl-bıçaqla rəftarı öyrətmisiz ona?

Siz heç futbolçu sevgilinizi öpmək üçün “kablukda” barmaqlarınızın üstünə çıxmısız? Zövqünü formalaşdırmağa çalışmısız? Telefonda mesaj yazmağı öyrətmisiz ona?

O əzələli qollarının arasında sıxıb sizi sinəsinə bərk-bərk? Əyilib alnınızdan öpüb 190 sm boyundakı adam sağollaşmaq üçün?

Bilirsiz necə hissdi bu?

Siz bilirsiz mətbuatdan qaçıb ən uzaq yerlərdə sevişmək nədi?

Sarılmaq, anı yaşamaq, hiss etmək... Siz bilirsiz bir futbolçunu sevmək nədi?

Mən də bilmirəm.

# 4759 dəfə oxunub

Oxşar xəbərlər

Biz üç kişiydik...

Biz üç kişiydik...

15:00 28 noyabr 2023
Haqqımızda bilmədiyimiz şeyləri bilirlər

Haqqımızda bilmədiyimiz şeyləri bilirlər

09:00 24 noyabr 2023
Şikayətçi qadınların başına oyun açan məmurlar

Şikayətçi qadınların başına oyun açan məmurlar

21:00 6 oktyabr 2023
Emilin ərinə xəyanət edən qadını

Emilin ərinə xəyanət edən qadını

17:00 29 sentyabr 2023
Bürclərə inanmaq cahillikdir

Bürclərə inanmaq cahillikdir

15:00 3 avqust 2023
İsa Qəmbərin oğlu niyə ermənilərə yarınmaq istəyir?

İsa Qəmbərin oğlu niyə ermənilərə yarınmaq istəyir?

17:30 27 aprel 2023
#
#
# # #