Kitab cırmağı tövsiyə edən müəllim

Kitab cırmağı tövsiyə edən müəllim
22 aprel 2018
# 16:10

Carpe Diem - Latıncadan tərcümədə "anı yaşa" mənasını verir. İlk dəfə yunan Horatiusun şeirində məşhurlaşan "anı yaşa " deyimi "Ölü şairlərin dərnəyi" filminin devizidir.

"Dead poets society" filmi 1989-cu ilin istehsalıdır və Robin Uilyamsın baş rolda oynadığı gözəl filmlərdən biridir. Bu film insana azadlığı, şeiriyyatı, ədəbiyyatı, fəlsəfəni istər-istəməz sevdirir.

Hələ vaxt varkən tumurcuqları topla

Zaman hələ də uçub gedir

Və bu gün hələ də gülümsəyən bu çiçək

Sabah ölə bilər

İlk dəqiqələrdən film adi Amerika kollecində baş verən tələbə söhbətlərini göstərir. Sonradan kollecə müəllim (Robin U.) gəlir. İlk çıxışından ürəklərə yol tapan müəllim əvvəlki müəllimdən fərqli olaraq ədəbiyyatı, kitabla davranışı, şeir demək mədəniyyətini uşaqlara sevdirir. Filmdə tez-tez şeirlər deyilir. Hətta o qədər düşündürücü şeirlər olur ki, filmi saxlayıb bir neçə dəqiqə fikirləşməli olursan.

Müəllim bu kollecdə tələbə olarkən gizli dərnəyin üzvü imiş. Bundan xəbər tutan yeni tələbələr o dərnəyi yenidən qururlar. Kollec rəhbərliyi bu dərnəyi çoxdan qadağa edibmiş. Çünki bir tələbə dərnəyə gedən zaman dünyasını dəyişir. "Ölü şairlər dərnəyi" adlanan dərnək-mağarada gecələr keçirilir. Hər kəs yazdığı və ya çox sevdiyi şeirləri, poemaları oxuyur, digərləri qulaq asır. Bu, bir ritual halına çevrilir.

Robin Uilyams filmdə şeiriyyatla, azadlığı uşaqlara sevdirmək üçün möhtəşəm, eyni zamanda sadə bir üsula əl atır. Uşaqları sıra ilə düzür. Hər kəsə içində bir bənd şeir yazılmış kağız parçaları paylayır və yerə top qoyur. Məşğələ kollecin həyətində keçirilir. Tələbələr bir-bir yaxınlaşıb şeiri ürəkdən, yüksək səslə oxuyub topa var gücləriylə təpik vururlar. Alınmayanlar yenidən təkrar edir.

Bir gün müəllim dərsə gəlib öz stoluna çıxır. Tələbələrin gözləri dörd açılır. Müəllim stola çıxıb. O isə deyir: Bilirsiniz mən nə üçün stola çıxdım? Çünki buradan hər şey fərqli görünür. Siz də hər şeyə fərqli tərəfdən baxmaq üçün yerinizi dəyişin.

"Kitabı cırmaq olmaz" qorxusu ilə yaşayan tələbələrə deyir: "Şeirdən danışırıq burada, boru döşəmirik. Cırın o səhifələri.”

Əslində burada kitabı cırmağı təbliğ etmir. Köhnəlmiş fikirləri cırır. Sonra deyir, özünüz üçün düşünməyi öyrənin...

Filmdə Uolt Uitmanın və Şekspirin şeirlərindən istifadə olunur. Məsələn:

Sən bunları oxuyanda, görünən mən

Güman ki, qeyb olaram görünməzliyimdə…

Onda var olacaq tək biri varsa, sənsən o

Görünən, məqsədli biri

Şeirlərimi dərk edib məni axtarmaq üçün yola çıxan sən.

Şekspirdən də az şeir olmur:

Heyf! Həm sona qədər özünü məhv edirsən

Həm könlün cəhd etmir kimisə sevməyə

Bilirsən saymaqla bitməz sevənlər səni

Amma bəlli ki, sən sevmirsən heç kimi...

R.Uilyamsın oynadığı Kitting müəllim obrazı məktəbdə canlanma yaratsa da Nill adlı tələbəsi atasının otağında intihar edir. Təbii ki, dərnək üzvü olduğunu bilib müəllimi işdən uzaqlaşdırırlar. Əslində, Nill onun arzularını, qanadlarını, aktyor olmağının qarşısını kəsən atasına qarşı çıxaraq intihar etmişdi...

Film dramatik bitsə də ilham, güc, həvəs bəxş edir.

Sanki bu intihar bir sıçrayış, etiraz, bağırtı idi.

Kitting məktəb tələbələri ilə sağollaşanda hamının bir nəfər kimi partalarına çıxıb sağollaşmaları çox şeydən xəbər verir...

# 2301 dəfə oxunub

Oxşar xəbərlər

Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
"Elə bildim, narkoman olmuşam..." - İlham Əziz

"Elə bildim, narkoman olmuşam..." - İlham Əziz

17:25 2 avqust 2024
#
#
# # #