Əzrayılın sevdiyi gənc yazarlar

Əzrayılın sevdiyi gənc yazarlar
8 iyul 2019
# 16:11

Yazar İkinci Mahmud, gənc e, gənc, ürək tutmasından dünyasını dəyişib. Ürək tutmasından... Gənc e, gənc. Ürək tutmasından... Bu gün xeyir işdəyəm, amma bu xəbər əhvalımı büsbütün korladı... Görəsən, mənim ürəyim nə vaxt partlayacaq?!

Əcəl bizi cavan yaşımızda alır bunca dıydıq adamların əlindən. Enerjili, işıqlı, savadlı adamların üzünə qapıları bağlayan, amma mənəviyyatsızların, kütbeyinlərin önünə xalça sərən pullu adamların, Bayramların, Pərvinlərin, Samiraldoların və sairələrin əlindən alır bizi. Bilir ki, bacarmayacağıq. Nə bilim, bəlkə də elə onun özü də bizi sevmir. Bəlkə o da bizə axmaq gözüylə yanaşır. Ki, dünya müvəqqətidir, ancaq mənə xidmət etməlisiniz, başını buraxın dünya üçün nəsə yaratmağın. Bəlkə də. Amma bir şeyi dəqiq bilirəm. İki əlimiz yaxanızda olacaq o dünyada.

Ən çox da məni onun yoldaşının, uşaqlarının taleyi üzür. Bu ölkədə qadının əri öləndə düşdüyü durum çox faciəvidir. Əgər əri lap cavandısa, Mahmud yaşındadırsa, daha da betərdir. Əvvəla bizim qadınlar ərlərinin ruhuna belə sadiqdirlər. Sonrası isə qadın istər-istəməz ətrafdakıların nə deyəcəyindən çəkinib ömrünün sonuna kimi ailə qurmur. Yəni özünü övladlarına həsr edir. Ölən ərini övladlarında görməklə yetinir. Mən indi o uşaqlara, qadına çox üzülürəm. Ölənin canı qurtarır bu xarabadan. Amma övladları, yoldaşı hələ çox zülmlər çəkəcək.

Bir şey də diqqətimi çəkdi. Qəribə təzaddır. Dünən Musa Yaqubun yalançı ölüm xəbəri yayılır. Açıqlama verir ki, sağam. Bu günsə İkinci Mahmudun. Musa Yaqub ahıl çağında xəstəliklə mübarizə aparır, gənc yaşında sapsağlam Mahmud qəfil ürək tutmasından dünyasını dəyişir. Bu təzadın fonunda gəncliyimizin necə aciz, zəif duruma düşdüyünü aydın sezmək olur. Gənclər qırılır, qəzadan, güllədən, ürək tutmasından. Bizə yarımçıq, problem dolu, dərd dolu Vətən vermiş yaşlı nəsli, elə bu yarımçıq Vətənlə də baş-başa qoyub gedirik. Alın, sizin olsun, 100 yaşayın!

Sonda Mahmudun ölümündən kam alanlara, xüsusən "dindar”lara sözüm var. Əziz inanclı dostlar, siz ateistlərə və qeyrilərinə olan qəddar yanaşmanızla, yəni "Allaha inanmırdı, yaxşı oldu ölməyi" deməyinizlə həmin insanları nə dinə, nə Allaha yaxınlaşdırırsınız. Və mən qəlbdən inanıram ki, heç o - tərəfini tutduğunuz Allah da sizin bu əməlinizi bəyənmir. Bəli, məhz sizlərə görə insanlar Ondan uzaq düşürlər. /adalet.az/

# 4108 dəfə oxunub

Oxşar xəbərlər

Bu “silikonlu Harvard məzunu”nu niyə TV-lərə buraxırlar?!

Bu “silikonlu Harvard məzunu”nu niyə TV-lərə buraxırlar?!

11:15 1 aprel 2025
Adam öz ölkəsinin millisinin uduzmasına gülməməlidir

Adam öz ölkəsinin millisinin uduzmasına gülməməlidir

13:26 26 mart 2025
İndiki şeirimizdə uğultu var

İndiki şeirimizdə uğultu var

12:40 22 mart 2025
Azərbaycanlılar heç vaxt müsəlman olmayıb

Azərbaycanlılar heç vaxt müsəlman olmayıb

10:00 21 mart 2025
Qələbəmizi urvatdan salan qazilər

Qələbəmizi urvatdan salan qazilər

15:00 11 mart 2025
Qənirə Paşayevanın övladları var, qoy hamı bilsin

Qənirə Paşayevanın övladları var, qoy hamı bilsin

15:49 7 mart 2025
#
#
# # #