Ədəbiyyatımız süqut astanasında

Ədəbiyyatımız süqut astanasında
2 may 2016
# 14:50

Bizdə ədəbiyyatın kifayət qədər populyar olmamasının və ən əsası yerli yazıçıların çox oxunmamasının səbəbini özlüyümdə aydınlaşdırmışam.

Necə?

Səbirli olun, davam edirəm.

Əgər ədəbiyyatın ali vəzifəsi cəmiyyətdə fikir formalaşdırmaq və insanlara müəyyən (bu və ya digər) ideologiyaları aşılamaqdısa, bizimkilərdə bu, uğursuz alınır. Bu artıq aksiomdur və sübuta ehtiyac yoxdur.

Bəs, yaxşı, səbəb nədir?

İndi gəlirəm ora...

Deməli, mənim müşahidələrimə görə, bizdə yazarlar (şairlər və ya nasirlər) əsasən iki qrupa bölünüblər.

1. Kütləyə oynayanlar - yəni sırf böyük çoxluğun, kütlənin oxumaq istədiyi şeyləri yazanlar, bir növ əslində kütlədən biri olub, sadəcə yazmağa həvəsi olan adamlar. Yazmaq bacarığından danışmıram, çünki onların yazdıqlarını yazmaq üçün əlahiddə bacarığa gərək yoxdu - it gəldi, örkən apardı tərzində bir şey. Bu adamlar az-çox oxunurlar, Azərbaycan səviyyəsində (!) yüksək tirajla çap olunurlar, tez-tez TV-yə çıxırlar, "əsərlərinə" serial-zad çəkilir və s. Adamlar belə müəllifləri çox oxusalar da, onların adamların düşüncə tərzinə təsir edəcək gücləri yoxdu, yəni onları oxuyan adamlardan fərqli heç nə düşünmürlər. Ona görə də bu cür yazarlar sadəcə kəmiyyət çoxluğu yaradırlar ki, çoxluq da bir misalda deyildiyi ki, heç də yaxşı şeylə assosiasiya olunmur.

2. Kütlədən fərqlənənlər. Bu qrup haqqında danışmamışdan qabaq onu deyim ki, bunlar özləri də iki yerə ayrılırlar:

a) həqiqətən fərqli olanlar

b) fərqliliyi imitasiya edənlər

Başlayaq ikincilərdən - imitasiya edənlərdən. Bunlar ən təhlükəlilərdi. Sosial şəbəkələrdə vurnuxurlar, üç adam qatığa ağ deyirsə, bu mütləq qara deməlidir. Aradabir cəmiyyətin sarı siminə toxunaraq söyülməkdən də həzz alırlar. Belələrinin yazdıqları da bir zada dərman deyil. Süni, natamam, ən yaxşı halda şouya hesablanmış mətnlər. Bu cür yazarlar kiçik bir qism oxucuda maraq oyada bilsələr də, çox tez zamanda parlayıb sönürlər.

Və gələk üçüncü məsələyə... Filmdə də deyildiyi kimi, "no oçen vajnı" məsələyə...

Həqiqətən fərqli olan, fərqli düşünən, mütərəqqi fikirli, oxucuya, cəmiyyətə təsir edəcək yazıçılar da var. Sayları az olsa da, onları gözardı etmək olmaz.

Yazdıqları mətnlərdə bəşəri ideyaları təbliğ edirlər, ortaya həqiqətən ziyalı fikri (bu söz şablonlaşaraq öz əsas mənasından uzaqlaşsa da, siz yaxşı mənada qəbul edin) qoya bilirlər.

İndi deyəcəksiniz ki, əgər elə adamlar varsa, bəs onlar niyə üzə çıxıb tirajlana bilmirlər?

Azca səbr edin, elə ora gəlirəm...

Hə, bu mütərəqqi, ziyalı adamların geniş oxucu auditoriyasına açıla bilməməsinin əsas səbəbi ünsiyyət problemidi. Yazı dilimi deyim, bədii ifadə vasitələrimi deyim, hər nədirsə arada bir qopuqluq var. Rabitəsizlik yaranır. Bunun da səbəbi, bu cür insanların bir az marginallığa meyl etməsi, öz həqiqətlərini deyərkən qarşısındakının anlamaq qabiliyyətini nəzərə almaması, fikir ötürdüyü insanın "baqaj"ına məhəl qoymamasıdır. Ən pisi isə kim anlamır anlamasın, anlayanlar bəs edər tezisi ilə çıxış etmələridir. Anlayanlar dedikləri isə uzaqbaşı bir neçə nəfər yaxın ətrafı və dostlarıdır.

Yekun: Deməli bizdə cəmiyyətlə dil tapan adamlar onu dəyişmək, ona təsir etmək iqtidarında deyil.

Cəmiyyəti dəyişəcəyini zənn edib onunla dil tapdığını iddia edənlər şarlatan və yalançıdan başqa bir şey deyillər.

Həqiqətən insanlara faydalı ola biləcək, mütərəqqi fikirli adamlar cəmiyyətlə dil tapa bilmirlər. 5-3 nəfər özü kimi düşünən adamla anlaşmaq isə uğur deyil.

Nəticə: Azərbaycan ədəbiyyatı süqutun astanasındadır.

Başınızı ağrıtmadım?

# 2414 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #