Cəfər Cabbarlı nəyə hirslənərdi?

Cəfər Cabbarlı nəyə hirslənərdi?
30 noyabr 2015
# 14:11

Ədəbiyyat və incəsənət sahəsində mükafatlar sənət adamlarında həmişə motivasiya yaradıb. Ola bilsin birinci cümlə çox şablon səsləndi, amma bizdə mükafatlar o qədər az, onlara olan inam o qədər kasaddır ki, yazıya həmin cümlə ilə başlamaq ehtiyacı da bu səbəbdən yarandı. Sadəcə məlum bir həqiqəti yenidən nəzərinizə çatdırmaq istədim.

Nə yaxşı olardı ki, ədəbiyyat sahəsində çoxlu uzunmüddətli mükafat olsun. Onda ədəbi mühit də canlanar, aktivləşər. Təkcə “Ədəbi Azadlıq” müsabiqəsi neçə-neçə gənc və istedadlı qələm adamını üzə çıxartdı.

Mükafatlar bol olanda ədəbi mühit də dinamikləşəcək, oxucuların kitaba, ədəbiyyata marağı artacaq.

Yeri gəlmişkən, çoxdandı ağlımda olan məsələni deyim. Rafiq Tağı adına hekayə müsabiqəsi keçirilsəydi, necə də gözəl olardı. O zaman həm Rafiq Tağıya olan mənəvi borcumuzu ödəmiş olardıq, həm də ədəbiyyatımız layiqli bir mükafat qazanmış olardı. Hətta deyim ki, belə bir mükafatı beynəlxalq səviyyədə də keçirmək olar. Bunun sayəsində ədəbiyyatımıza da tanınar, inkişaf edər.

Amma mən bu gün başqa bir böyük yazıçımızın, Cəfər Cabbarlının adına olan mükafatdan danışmaq istəyirəm.

Noyabrın 25-də AYB-nin “Natəvan” klubunda mükafatın təqdimetmə mərasimi keçirildi. Gəlin mükafatın sahiblərinə baxaq. Cümləni xəbərdən olduğu kimi kopya edirəm: “Mükafata 2015-ci ildə göstərdikləri səmərəli fəaliyyətə görə Xalq Yazıçısı Elçin, Xalq artistləri Oqtay Mirqasım, Zərnigar Ağakişiyeva, teatrşünas Məryəm Əlizadə, Türkiyənin Fırat Universitetinin professoru Ercan Alkaya və filologiya elmləri doktoru, professor Elman Quliyev layiq görülüblər.”

Mükafatı alanlara diqqət edək. Hamısı yaşlı sənət (Ercan Alkaya və Elman Quliyevi tanımıram) adamlarıdır. Təbrik edirəm, Elçinin, Oqtay Mirqasımovun mükafat arsenalına daha bir əlavə olundu. Lap yaxşı.

Ümid edək ki, Cəfər Cabbarlı adının siqləti Elçinə də, Oqtay Mirqasımova yeni əsərlər yaratmaq üçün stimul verəcək.

Bəs cavanlar? Onları kim mükafatlandıracaq? Bəs 2015-ci ildə özünün yeni hekayələri ilə demək olar ki, ədəbi gündəmdən düşməyən Şərif Ağayara, kitabı çıxan gənc şair Ramil Əhmədə, “Axınla aşağı” kimi gözəl bir film çəkən Asif Rüstəmova, “Yarımçıq xatirələr”in rejissoru Elxan Cəfərova kim mükafat verəcək? Yoxsa onlar bu il səmərəli fəaliyyət göstərməyiblər?

Onları kim qiymətləndirəcək? Bunun üçün oturub yaşlanmalarınımı gözləməyik?

Xarici ölkələrdə yaşlı sənət adamlarına əsasən fəxri mükafatlar verilir. Təqribən bu konsteksdə: “Sənətə bəxş etdiyi xidmətlərinə görə”. Özü də bu adlı mükafat adətən bir adama verilsə də bizdə ucdantutma bütün yaşlı sənət adamlarına təqdim olunur.

Bizdə isə yaş kateqoriyası nəzərə alınmır. Hansı mükafata baxırsan yaşlı sənət adamları göz dağı kimi siyahılarda birinci yerdə dayanırlar.

Nə deyim? Bəlkə də bizdə mükafatlar motivasiya üçün deyil. Nəsə başqa bir məqsəd üçündür. Orasını ta özünüz tapın.

# 1170 dəfə oxunub

Oxşar xəbərlər

Peyğəmbərlik nədir?

Peyğəmbərlik nədir?

15:00 7 yanvar 2025
"Qəzada ölənlərdən biri danışdı"

"Qəzada ölənlərdən biri danışdı"

13:15 26 dekabr 2024
Geylər niyə sürətlə çoxalır?

Geylər niyə sürətlə çoxalır?

12:16 23 dekabr 2024
Seriallarımızda ağsaqqallıq eləyənlər

Seriallarımızda ağsaqqallıq eləyənlər

12:19 19 dekabr 2024
“Sənə demişəm axı, heç bir qızı layk eləmə!”

“Sənə demişəm axı, heç bir qızı layk eləmə!”

15:00 16 dekabr 2024
Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
# # #