Qızını zorlayan atanın nirvanası

Qızını zorlayan atanın nirvanası
22 may 2015
# 13:22

Bir az öncə saytımızda makedoniyalı türk yazar, dünya ədəbiyyatı bilicisi Erol Tufanla söhbətim yayımlanıb. Erol bəyin ümumi fikri budur ki, əsl ədəbiyyat böyük suallar verməkdən ötrüdür. Hətta, bu sualların cavabları olmasa belə.

Mənə görə də belədir.

Məncə, dünyada ən böyük suallardan birini verən “Don Kixot” romanıdır. Sualları təxminən belə ifadə etmək olar: Don Kixot haqlıdır, yoxsa onu gülünc vəziyyətə salan insanlar? Hansını seçək? Don Kixot olub yel dəyirmanı ilə vuruşaq, yoxsa murdarlıqlara bulaşıb rahat həyat sürək?

Vüktor Hüqo və Dostoyevski də təxminən oxşar sualları verir: Cəmiyyətdəki qanun və əxlaqi dəyərlər ədalət və ali humanizmi təmin edə bilirmi?

Yazıçı-kulturoloq Aydın Talıbzadənin yaxınlarda işıq üzü görən “Əbuhübb” romanı da arxasınca xeyli sual işarəsi buraxır.

Misal üçün:

Niyə müqəddəs şeyx üçlüyünün yaşadığı Pünhaniyyə şəhərinin gələcək mistik taleyini məhz Əbuhübbə - qızını zorlayan atanın qızından olan oğluna tapşırırlar?

Niyə baş qəhrəman Toltı bəy qızını ölümdən xilas etmək naminə ona təcavüz etmək yolunu seçir?

Yaxşı, iş idi oldu, bəs niyə müəllif əsərin sonlarına doğru Toltı bəyi az qala nirvanaya qaldırır?

Bəlkə onun başına gələnlər Herman Hessenin Sidhartası kimi fənafillaha ulaşmağın pillələri idi?

Cingöz xanın adı təsadüfənmi Çingiz xana oxşayır?

Tuncal və Fərizə müasir Leyli və Məcnun, Romeo və Cülyetdadırmı?

Niyə daha təmiz həyat yaşayan müasirimiz Tuncal Füzulinin heykəlindən 8 fəvvarə uzaq qaldığı halda, orta əsrlərdə ziq-zaqlı həyat yaşayan Toltı bəy həyat hikmətlərinə vaqif olur.

Və niyə fəvvarələrin sayı məhz 8-dir?

Zamanımızda təmiz yaşamaq hətta Tuncal kimi azad sənətkarlar üçün də mümkün deyilmi?

Fərizə kimi azad həyat, azad münasibətlər seçən qadınlar xoşbəxtliyi tapa bilirlərmi?

Romandakı Bulqakovvari (milli arenada “Qətl günü”vari) zaman paralelləri hansı ehtiyacdan doğub?

Niyə mistika reallıq üzərində əbədi, reallıq mistika üzərində müvəqqəti qələbə imkanına malikdir?

Həqiqətənmi müasir insan üçün çıxış yolu ölümdür?

Nirvanaya, fənafillaha ölmədən erişmək doğrudanmı imkansızıdır?

Aydın Talıbzadəni – Füzulidən daha çox informasiya və biliyə malik olan çağdaş bir qələm adamını ona bu qədər bağlayan nədir?

Nəsrin geniş imkanlarını, əruz şeirinin məhdud imkanlarına cəzb edən nədir?

Niyə Toltı bəy vəzifə və var-dövlətin “etibar”ını gördüyü halda belə bir cümlə yazır: “Düz danışmaq kasıbın son silahıdır”?

Niyə, niyə, niyə...

Düşünürəm, siz romanı oxumağa, mənsə bu sualları bir yerə cəm edib müəllifə ünvanlamağa tələsməliyik.

Hamımıza uğurlar!

# 1742 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
#
#
# # #