Şeirimizin müqəddəs üçlüyü

Şeirimizin müqəddəs üçlüyü
5 noyabr 2014
# 13:46

Kulisin keçirdiyi sorğuda ikinci yerə çox qəribə şeirlər düşdü. Əslində bu üç şeir ayrı-ayrılıqda qəribə deyil, onların yaratdığı üçlük qəribədir.

Hər üç şeir 14 xal toplayaraq ikinci yerdə qərarlaşıb. Biz onları xronoloji ardıcıllıqla düzdük.

Cəfər Cabbarlının “Ana” şeiri,

Səməd Vurğunun “Azərbaycan” şeiri,

Əli Kərimin “Atamın xatirəsi” şeiri.

Cəfər Cabbarlının “Ana” şeiri, şəksiz, Azərbaycan ədəbiyyatında ana haqqında yazılmış ən gözəl şeirdir.

Səməd Vurğunun dillər əzbəri olan “Azərbaycan” şeiri haqqında məncə əlavə şərhə ehtiyac yoxdur.

Baxmayaraq ki, muğam oxuyanlar, xanəndələr məclislərdə Əliağa Bakirin “Ata” qəzəlini oxuyurlar, o daha məşhurdur, bununla belə Əli Kərimin “Ata”sı bundan qat-qat üstündür. Əli Kərimin “Ata”sı mədh deyil, klassik Azərbaycan atasının həqiqi obrazıdır; bir az sərt, soyuqqanlı, üzdə uşağına qarşı laqeyd, susqun, amma içində övladını bütün varlığı ilə sevən bir obraz.

Nəticədə çox maraqlı üçlük alınır. Misir mifologiyasında (Horos - oğul, Osiris - ata, İsida - ana), xristianlıqda olan üç üqnumun eynisi: Ata, Ana və Oğul.

“Üç üqnum” fəlsəfəsi təkcə Misir mifologiyasında deyil, Yunan mifologiyasında da, xristianlıqda da, hinduizmdə də bu və ya başqa şəkildə yer alır.

Oğul vətənin keşikçisi, müdafiəçisi hesab olunduğu üçün “Azərbaycan” şeiri rahatlıqla oğulu təmsil edə bilər. Üstəlik, sorğudan da görünür ki, bu şeiri seçən 14 nəfərdən 13-ü kişidir.

İkinci yerə başqa şeirin və ya şeirlərin deyil, məhz bu üç şeirin düşməsi, eyni xal qazanması mistikadırmı?

Azərbaycan insanının alt şüurunun üzə vurmasıdırmı?

Bəlkə də...

İkinci yerin şeirləri həm də sevgimizin hara fokuslandığını çox gözəl ifadə edir: ataya, anaya, vətənə...

Ola bilsin klassikdir.

Ola bilsin ənənəvidir.

Ola bilsin modern deyil.

Hər halda bu bizim insanın müqəddəs üçlüyü, üç üqnumudur.

Mifoloji təfəkkürə söykənən, onun üzərində qərar tutan sevgisinin peotik təzahürü...

# 2498 dəfə oxunub

Oxşar xəbərlər

Peyğəmbərlik nədir?

Peyğəmbərlik nədir?

15:00 7 yanvar 2025
"Qəzada ölənlərdən biri danışdı"

"Qəzada ölənlərdən biri danışdı"

13:15 26 dekabr 2024
Geylər niyə sürətlə çoxalır?

Geylər niyə sürətlə çoxalır?

12:16 23 dekabr 2024
Seriallarımızda ağsaqqallıq eləyənlər

Seriallarımızda ağsaqqallıq eləyənlər

12:19 19 dekabr 2024
“Sənə demişəm axı, heç bir qızı layk eləmə!”

“Sənə demişəm axı, heç bir qızı layk eləmə!”

15:00 16 dekabr 2024
Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
#
#
# # #