Mənə bir mahnını min dəfə dinlədən adam

Mənə bir mahnını min dəfə dinlədən adam
2 sentyabr 2014
# 11:09

Türkan Turan

Əgər qadınlar sənin mövcudluğunu bilsələr onlara aid olan kişini əsla qısqanmazlar. Sən Sevginin tam özüsən.

Əgər sən olmadığın təqdirdə hər kəs gözümdə sıfırlanırsa, sən Osan. Sən bütün xəyanətlərin üstündən xəttim, bütün baxışlara korluğumsan.


Sən ən gözəl səslərə belə kar olduğumsan. Həyatımın özü, sən bütün kişiləri qadın qiyafəsində göstərənimsən.

Saatım sən, dəqiqəm sən, saniyəm sənsən...

Dinim sən, imanım sən, Allahım sən.


Orucum sən, namazım sən, ibadətim sənsən...


Hər kəs danışır. Ancaq bütün kəlmələrdən sən tökülürsən... Mənə bir mahnını min dəfə dinlədən adam. Ən gözəl musiqilərin belə hər notundan sən varsan. Səni xəyal məhsulu bilirlər, qoy bilsinlər, amma sənin mövcudluğunu bilsələr sevginin varlığını fərq edərlər.


İnsanları sevgisizlik məhv edir, əzizim. Onlara səndən bəhs etmək, fikirlərinin doğru olmadığını göstərmək istəyirəm.

Üzlərinə hayqıraraq sevginin özəyi məndədir demək istəyirəm.

Səni misralara düzməklə anlatmaq istəyirəm. Yetkinliyim, böyüklüyüm, dürüstlüyüm. Paklığım, təmizliyim...

Sən insanlara səmimiyyətimsən.

Özümsən.

Diş ağrısı kimi, ürək sancısı kimi doğub içimə. Sevgin döl olub, bətnimə dolub. Bətnimdə körpəm kimi böyüdürəm sevgimi və səni.

Şəhərim, şəhərimin insanlarısan. Sənsiz bu şəhər bomboz və boşdur. İnsanların ürəyindəki sevgisizlik kimi, boş. Səhərə dönən gecəm, gündüzümə zülmət çökür sənsizlikdən.


Hepatit C, B, A kimi, virus olub qanıma dol. Virusum ol razıyam, yetər ki, içimdə ol. Qar ol, boran ol, tozu dumana qat gözümə dol. Bilim ki, mənimləsən.


Gözlərimi yaşartsan da, asqırtsan da, öskürtsən də...

Məmləkətim, Vətənim, torpağım. Bütün sərhədləri yox edənim. Çarəsiz xəstəliyim ol, səni vücudumda daşıyım...

Ağrı, sancı versən də. Dodağımı cadar-cadar, bədənimi yara-xora etsən də.


Səni nə öz istəyimlə, nə də heç bir məsləhətlə kəsib götürməyəcəm.

Biləcəm ki, mənimləsən...

Biləcəm ki, içimdəsən...

# 3439 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
#
#
# # #