Davranışımız daha pis romandı

Davranışımız daha pis romandı
2 fevral 2013
# 17:18

Yazıçı Əkrəm Əylislinin "Daş yuxular" romanı Azərbaycanla Ermənistan arasında illərdir qaydasız davam edən Qarabağ savaşında heç bir şans, filan vermir.

Ümumiyyətlə, Qarabağ məsələsində kağız üzərində olan heç nə problemin həllinə və irəli getməsinə təsir etməyib və etmir. Bu əsər ötəri bir şeydir və sənədlilik baxımından ABŞ, Fransa, Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin imzası ilə arxivlərdə toz basan sənədlərin heç tozu da deyil.

Sumqayıt, Xocalı hadisələrinin Azərbaycanın xeyrinə olan rəsmi sənədlərini qəbul etməyən dünyanın, beynəlxalq aləmin isə Əkrəm Əylislinin "ədəbi sübutuna" nə ehtiyacı? Azərbaycanlılarla ermənilərin rəsmi və qeyri-rəsmi siyasi və qeyri-siyasi görüşmələrindəki müzakirələri isə "Daş yuxular"sız da çoxdan ədəbi deyişmədən başqa bir şey deyil...

Əslində bu siyasiləşdirilməsi məqbul sayılmayan ədəbiyyat hadisəsidir...

Sözsüz ki, Əkrəm Əylislinin bu romanı yazmaqda hansısa marağı var. Əsərin tonundan o marağın mənəvi olması çox da inandırıcı görünmür. Digər tərəfdən, ermənilərin "Böyük Ermənistan" iddiası qaldıqca erməni və Azərbaycan xalqları arasında mənəviyyatı şərtləndirən əsasların iflasının zaman-zaman davam edəcəyi də heç kimə sirr deyil...

Yazıçının marağının maddi olub-olmamasını sözsüz ki, zaman aydınlaşdıracaq... Hələlik ortada olan odur ki, Əkrəm Əylislinin bu romanı çap edilməklə, bu barədə Azərbaycan cəmiyyətinə məlumat ötürülərək, ajiotaj yaradılmaqla hansısa bir planının birinci və ikinci mərhələsi artıq həyata keçirdib. İndi deyəsən qaragüruhun hesabına həmin planın üçüncü mərhələsi gerçəkləşdirilir. Əgər sabah Əkrəm Əylisli təzyiqlərə davam gətirmədiyini deyib Moskvaya köçsə, bu da olacaq dördüncü mərhələ... Kaş ki, olmasın. Amma əmin deyiləm...

Öz əsərlərində axına qarşı gedib cəmiyyətin qəbul etməyə hazır olmadığı humanizmə söykənən yazıçılar az olmayıb ədəbiyyat tarixində. Bu cür yazıçıların çoxu əsasən gələcək nəsillərə hesablayıb atdıqları belə addımlarında yanılmayıblar da. Yəni müharibələrin və münaqişələrin tarixində sonradan dəyər verilən belə humanizmlər az olmayıb. Amma bununla belə ermənilərin azərbaycanlılara tarixi münasibətinin fonunda Əkrəm Əylislinin hümanizminin yaxın 100 ildə qalib gələ biləcəyi inandırıcı görünmür. Yəni buna ermənilər imkan verməyəcəklər...

Amma indi: əslində bu əsər indiki zühuru ilə erməni "həqiqətlərini" dünyaya təsdiqləməkdən daha çox, romana münasibtimizin fonunda bizim eybəcərliklərimizi ortaya çıxardır. Bax bunu etmək olmaz (əsərdə nə qədər təhqir və böhtan kimi dəyərləndirilən məqamlar olsa belə). Amma edirik.

Belə davam etməklə Əkrəm Əylislini Azərbaycanı istəməyən qüvvələrin hədəfinə çeviririk. Heç düşünürsünüzmü ki, onun indiki məqamda fiziki məhvi Azərbaycan üçün nə deməkdir? Hər halda bizi istəməyən qonşu dövlətlər bunun fərqindədilər. İndiki dünya üçün yazıçı qatili erməni qatilindən daha dəhşətlidir...

Mən bir az dərin düşünməyin tərəfindəyəm...

P.S. Məncə, biz Əkrəm Əylislinin romanda yazdıqlarını öz davranışımızla təsdiqləməsək yaxşıdır... (Konstitusion hüquqlardan yazıb uzunçuluq etmək istəmədim...)

# 3564 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #