Küsülü qardaşları barışdırmaq

Küsülü qardaşları barışdırmaq
10 dekabr 2012
# 13:11

Xəbər gəldi ki, Beyləqanda filan qardaşlar neçə ildi küsülüdülər. Nə xeyir, nə də şər iş onları barışdıra bilmir. Gəl gör neyləyirsən. Qardaşların ikisini də tanıyırdım. Fikirləşdim ki, hər halda məni unutmuş olmazlar. Amma getməyə ehtiyatlandım. Düşündüm o boyda mahalın seyidi, mollası var. Bunlar məni çağırırlarsa, deməli o kişilər bu işin o öhdəsindən gələ bilməyiblər. Qorxdum ki, gedərəm nəsə düz gəlməz. Getmədim. Aradan bir müddət kedi. Bir gün Ağcabədiyə toya getmişdim. Qayıdanda dedim, bura qədər gəlmişəm, dönüm bir Beyləqana, görüm nə var, nə yox. Həmin qardaşlardan birinin evinə baş çəkdim. Oturdum. Tez hazırlıq görməyə başladılar. Dedim çörək yemişəm, çay içəcəm...

Olandan-keçəndən xatırlayıb çay içirdik. Sən demə divarın o biri üzü də ikinci qardaşın evi imiş. Bir qədər sonra evin uşağı içəri girib xəbər elədi ki, bəs filankəs (ikinci qardaş) gəlib, səninlə görüşmək istəyir. Küçədə gözləyir. Dedim çağırın gəlsin içəri. Uşaq gedib qayıtdı ki, o bura gələ bilmir. Xahiş edir siz beş dəqiqəliyə çıxasınız. Dedim gedin ona deyin ki, evimdə qonaqlarım var, onları qoyub çıxa bilmərəm. Küçədə, qapı ağzında da söhbət olmaz. Gəlsin içəri....

Uşaq gedəndən bir az sonra o biri qardaş içəri girdi. Neçə ilin iki küsülü qardaşı evin ortasında qucaqlaşıb ağlamağa başladılar. Stəkanı nəlbəkiyə qoyub qalxdım:

- Mən gedim–dedim-yolum uzundu. Qardaşları eləcə bir birinə sarılı qoyub evdən çıxdım. Arvad-uşaq saxlamaq istədilər. Hamı qəhərlənmişdi. Qalın, gözümüz, başımız üzərində yeriniz var –dedilər. Dedim mən yol üstəyəm. Ayaqüstü dönmüşdüm. Üstümə düşəni elədim. Burdan o yana hər şey sizin üstünüzdədi....

Bu əhvalatı Müşfiq qəsəbəsindən Bakıya gəlirkən taksidə Süleyman müəllim adlı bir nəfər danışdı. O danışdıqca mən fikirləşirdim ki, bu adam ya Laçından, ya Kəlbəcərdən, ya da Borçalıdandı. Çünki dağ təmkini var idi danışığında. Düzdü, Borçalı çökəklik sayılır. Amma orada da Azərbaycanın bütün adətlərini qoruyub saxlayan köhnə kişilər indi də doğulur məncə... Nə isə, uzatmayaq. Sonda bəlli oldu ki, Süleyman müəlim Borçalıdandı. Uzun illər Bakıda kirayədə yaşayıb, sonra Müşfiqə köçüb...

Demək istəyirəm ki, çalışın küsməyin. Küssəniz də barışa biləcək qədər küsün. Xüsusilə də doğmalarla. Nə vaxtsa qonşudakı toya Süleyman müəllim adlı birisinin gəlib sizi barışdıracağına arxayın olmayın. O sizin tərəflərə qiyamətə qədər gəlməyə də bilər. Razı olmayın ki, yanlışlarınız qiyamətədək davam etsin....

Qoymayın dərinləşsin incikliyiniz. Unutmayın, uçurumlar çıxıb yaşamaq üçün yox, düşüb ölmək üçün yaranır....

# 3344 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #