Ürəyimdən vur, ağrıdır axı…

Ürəyimdən vur, ağrıdır axı…
22 iyul 2013
# 10:52

Türkiyə türkcəsinə uyğunlaşdırılmış şeirlərim içərisində ən xoşuma gələn bu misralardı:

Sən də ıskalama,

On ikidən vur.

Iskalamaq hədəfi vura bilməmək, on ikidən vurmaq isə hədəfi tam mərkəzdən vurmaqdı.

Bu yerdə dilçi qanım qaynayır, az qalıram sözün leksik-semantik mənası haqda bir nitq irad edəm.

Amma “Rusdillilər və cahillər” adlı yazımdan sonra buna tövbəliyəm. Bu yazıdan sonra bir oxucu mənə eynən belə yazmışdı: “Bir əşyanın uçduğunu görüb, ona uçaq adı vermək mənasızdı, uçaq çox bəsit sözdü, təyyarə və ya samolyot daha yaxşıdı”.

Necə deyərlər, nətəhər məsləhətdi. Olsun samalyot və ya təyyarə. Uçmayaq, deyirsiz, uçmayaq.

Gerçəkdən, “uçaq” çox bəsit sözdü, heyif deyil, təyyarə?! Nə olsun ki, ahəng qanunu pozulur, ay nə bilim qoşasamitlidi, əsas odur ki, bizim bəzi çimərliyə də dikdabanla gedən qadınlarımız kimi bərli-bəzəkli görünür. O sözdə ki uzanan səs olmadı, iki sait yanaşı gəlmədi, eynicinsli qoşa samit işlənmədi, o sözü ki tələffüz edəndə dil ağız boşluğunda rəqs eləmədi, at getsin.

O vaxtdan mən öz dilçi diplomumu ortaq türkcə arzuma büküb tullamışam. “Iskalamaq” sözündən isə ədəbiyyatçı olaraq xoşum gəlir. ( Xoşbəxtlikdən bizim ixtisas iki hissəlidi, birini tullayanda o biri qalır). Çox lakonik, yığcam söz olduğuna görə.

Iskalamaq-yaşamaq deməkdi, hədəfi vurmağa cəhd eləmək, vura bilmədikcə inada dolmaq, yaxın düşüb sevinmək, uzaq düşüb məyus olmaq.

İndi Azərbaycan kinolarından sitat gətirmək geridəqalmışlıq əlaməti sayılır, lakin imicimi zərbə altında qoyub “Yeddi oğul istərəm” filmindən Cəlalın son sözlərini yada salmaq istəyirəm: “Ürəyimdən vur, Kələntər əmi, ağrıdır axı”. Yəni, ıskalama, Kələntər əmi, ağrıdır axı.

Amma nə qədər yalvarır, yalvarsın, kimsəni ürəyini nişan almağa tələsməyin, bu heç kimə sərf eləmir, nə vurana, nə vurulana.

Ağrıdan qorxmayın, ağrı həyat əlamətidir.

# 2833 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #