Bu yazı çox romantik oldu

Bu yazı çox romantik oldu
4 dekabr 2013
# 23:20

Sən ağlıma girəndən yuxularım qarışdı.

Səhər yuxudan qalxan kimi ağlıma gəlirdin.

Gecə sənin fikrinlə uyuyurdum, sənin xəyalını qucaqlayıb yatırdım.

Gördüyüm hər adamda, oxuduğum hər səhifədə səndən bir iz axtarırdım.

Beynimin hər dəlmə deşiyində, uşaqlıq xatirələrimdə səndən bir nişan tapmaq ümidi ilə özümü həlak edirdim.

Mənə əzab verirdin, bəzən kofe və siqaretlə sabahlayırdım.

Sabaha qədər sənin haqqında düşünürdüm.

Amma səninlə olmaq xoş idi.

Səni uzaq şəhərlərə aparmaq, misal üçün İstanbulda Boğaza baxa-baxa səni düşünmək bilirsənmi necə həyəcanlı idi?

Səni düşünərək çəkdiyim siqaretləri üst-üstə yığsaydım dağ olardı, əzizim.

Səni anlamaq üçün hər şeyi anlamağa çalışırdım, bu dünyanı dərk etmək kimi üzücü bir işə belə girişmişdim.

Şəklin beynimdə get-gedə daha parlaq boyalarla üzə çıxırdı, daha yaxşı tanıdıqca səni, məhəbbətim birə min artırdı.

Hər gün mənə daha yaxın olurdun, səni daha yaxşı duyurdum, səni daha gözəl anlayırdım və səni daha çox sevirdim.

Bilirdim ki, bir gün sən mənim köksümdən çıxıb hamının olacaqdın və o hamının arasında səni sevənlər də tapılacaqdı.

Mən səni heç qısqanmayacaqdım, söz verirəm!

Çünki sən mənim sevgilmlə yaranmısan, sən elə mənim özümsən, sevgilim.

Ayrılığı gözləyirdim, hətta iplə çəkirdim, çünki səni şüurumdan azadlığa buraxmaq istəyirdim.

İçimdəki sən böyüdükcə daha çox diqqət, daha çox qayğı, daha çox diqqət, daha çox sevgi istəyirdin.

Bir zərrəydin, yavaş-yavaş böyüdün...

Mənim kimi sən də istəmirdin ayrılmağı, amma ayrılıq mütləq olacaqdı.

Bunu ikimiz də bilirdik.

Nə qədər uzatdıq ayrılıq vaxtını...

Zamanı ləngitmək mümkündü, ona qalib gəlmək isə yox.

Bir yerdə anladıq bunu.

Sənə asta-asta toxunurdum, siqareti aramla çəkirdim, kofeni kiçik qurtumlarla toxunurdum, amma saatın əqrəblərinin səsi qulağımdan getmirdi.

Vaxt axırdı ayrılığa tərəf.

Və bu gün ayrılıq gəldi.

Ayrılığa tərəf qorxusuz və kədərsiz gedirdik şairin dediyi kimi.

Bu sevgi, bu münasibət bizi böyütmüşdü.

Ən gözəl şərabımı açdım.

Heç işlətmədiyim qədəhləri götürdüm.

İki adamlıq süfrə hazırladım, kasıb amma dopdolu bir süfrə.

Ahmet Kayadan mahnı qoydum: “Kafama sıkar, giderim”.

Saçlarına düşən ulduzlara baxa-baxa içdim şərabı.

Bir yerdə son səyahətimiz belə başlandı.

Butulkanın dibinə doğru asta-asta gedirdik.

Onunla da bu cür ayrılmışdıq.

Şərabla, Ahmet Kaya ilə, kədərlə, göz yaşıyla...

“Mustafa”nı bir kəndin kəsafətində buraxıb gəlmişdim.

İndi də sən, “Fələk qırmancı”...

# 4226 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
#
#
# # #