Futbolun yaşatdığı orqazm

Futbolun yaşatdığı orqazm
8 yanvar 2013
# 12:24

Rəfiqə Məmmədova

Futbolu sevirəm. Kim sevmir ki? Düzdü, çox az adam tapılar ki, futbolu sevməsin. Bildiyimiz kimi futbol azarkeşlərinin, izləyicilərinin əksəriyyəti oğlanlardı. Səbəbini araşdırmaq istəyərdim, amma mövzumuz bu deyil. Futbolu sevən xanımlar da var, amma təəssüf ki, onlar azlıq təşkil edir.

Həmin xanımları şərti olaraq 3 qrupa ayırmaq olar. Birincilər futbola oyun üçün baxırlar, onlar üçün Zidanın qəşəng olub olmamağının əhəmiyyəti yoxdu. Onlar üçün önəmli olan Özilin görünüşü deyil, onun ötürmələridi.

İkinci qrup xanımlar futbola futbolçulara görə baxırlar. Bu xanımlar əsasən Ronaldonu, Bekhemi, Pikeni, Valdesi izləməklə kifayətlənir, matç vaxtı oyunçuların ayağına (əlinə) nə vaxt top dəyəcəyini səbirsizliklə gözləyirlər. Lakin bu qrup xanım izləyicilər əsasən birinci “45”-lə kifayətlənirlər. Həm də onların işi bir az çətindi. Van Persiyə görə “Arsenal”a azarkeşlik eləyən rəfiqəm hələ “Arsenal”ın oyunçularının adını təzə əzbərləyə bilmişdi ki, Van Persi “Mançester Yunayted”ə transfer oldu.

Üçüncü qrup xanımlarsa ən təqdirəlayiq xanımlardı. Bunlar futbol zamanı oyundan zövq alıb, yaraşıqlı futbolçulara baxıb istirahət edənlərdi. Onlar futbola oyun üçün baxıb, cazibədar futbolçuların oyunlarından zövq alanlardı. O xanımlar başa düşür ki, qol vurandan sonra Kərim Benzema köynəyini çıxaranda mədəni istirahət anları yaşanmalıdı.

Ya da Xavi Alonsonun “ağır” oyununa baxıb deyə bilməzsən axı bu “kişi” seksual deyil. Çünki sən oyuna nə qədər diqqətini cəmləsən də qadın duyğuların səndən yaxşı oyunçulara – üstəlik də yaraşıqlı olanlara xüsusi rəğbət bəsləməyi tələb edir.

Avropa Çempionatında Almaniyaya azarkeşlik edirdim. Oyun vaxtı gördüm ki, yeni bir “nömrə” var oyunda, ora-bura qaçan həyəcanlı yeni sima. Andre Şyürle idi bu – 21 yaşlı gənc futbolçu. Futbol azarkeşləri yaxşı bilər, gənc olmağına baxmayaraq çox bacarıqlı oyunçudu. Amma Andre idman üçün yaranmayıb elə bil, evdə “stenka”ya qoy, otur bax. Ya da Braziliya seriallarında varlı qızı sevən kasıb oğlan roluna çək. Belə oyunçular yaxşı oynasalar da Pepenin bir hərəkətiylə qadın izləyicilərin dünyasını alt-üst edirlər: "Zədə aldı yoxsa yox, qol vura bilmədi, görəsən nə düşünür, avtoqol etdi, caaan yazıq".

Belələri nə qədər az olsa bir o qədər yaxşıdı. Xanım izləyici də bütün diqqətini oyuna ayırar azyaşlı oyunçunun emosiyalarına yox.

Futbol haqqında “22 nəfərin topun dalıyca düşüb ora bura qaçması” çərçivəsindən baxacaq qədər dar düşünməyin. Futbola biznes, idman, siyasət - nə kimi baxırsız baxın, amma yaxşı matçın yaşatdığı zövqü orqazm anında belə yaşaya bilməzsiz. Oyuna top atdı, top tutdu kimi yox, enerji mübadiləsi, emosiyalar toqquşması kimi baxmaq ağlınıza gəlib heç? Hər qol vuran oyunçunun, topu tutan qapıçının sevincinə diqqət yetirmisiz? Ya da izləyicilərin sevincinə? Eyni zamanda da təbii ki, rəqib komandanın emosiyalarına.

Təsəvvür edirsizmi futbol stadionlarında necə bir enerji burulğanı olur? Minlərlə insan eyni anda sevinir, gülür, xoşbəxt olur və ya kədərlənir. Budu futbol. Emosiyaların toqquşması. Qələbə və ya məğlubiyyət önəmli deyil. 90 dəqiqə ərzində yaşananlar Paulo Koelyonun Mariyasının 11 dəqiqədə yaşadıqlarından qat-qat artıq və ali hisslərdi.

Bu cür həyəcanı, emosiyaları, qorxu və sevinci uzaqbaşı hansısa karuseldə fırlanarkən, ya da hündür şəlalədən tullanarkən yaşaya bilərsiz, o da cəmi bir neçə dəqiqəlik çəkər.

İnanın mənə oyunu izləməyə sərf etdiyiniz hər 90 dəqiqə həyatınızdan elə - belə yox olmur. Duyğularınız həmin dəqiqələrdə bayram edir, üzə çıxmağa bəhanə tapır.

Sözüm sizədi, xanım oxucular. Əzizlərim, futbolu sevin, izləyin. İtirəcəyiniz heç nə yoxdu, söz verirəm.

# 4430 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #