Ramiz Məlik nəyə sevinir?

Ramiz Məlik nəyə sevinir?
9 noyabr 2015
# 09:00

Teatr adamları ilə müsahibə etmişəm, yazı yazmışam, hansısa xəstəhal bir tutquyla bu monoton, boz teatr mühitində rəng axtarmışam. “Teatr sözünü başlığa qoyma-deyib redaktorlar,-İP düşür”. Bu bozluqda teatrların olduğu qədər teatrşünasların da payı var. Lap elə mənim kimi teatrdan yazı yazanların da.

“Teatr-İdarəçilik strukturu-Tamaşaçı” üçbucağında hərlənib-fırlanıb eyni problemlərə çıxırsan. Bu üçbucağın içində alternativ görmə imkanı yoxdur. Əlbəttə, dövlət teatrı sistemindən danışıram.

“Oda”nın ilk tamaşasına bu alternativi görmək üçün getmişəm. Görmüşəm də.

Alternativ teatr fərqli fikir, fərqli düşüncə deməkdir. Bu gün bizdə buna nə qədər ehtiyac olduğunu görmək üçün teatrşünas olmaq lazım deyil. İllər öncə kiçik və müstəqil teatrları bağlamaq “islahatı” paytaxtın teatr mühitini nə qədər bozardıb monotonlaşdırdı, bunu bilənlər bilir. İndi iri teatrların içində süni surətdə studiya yaratmaqla teatr proqramının punktlarını yerinə yetirməlidirlər.

“Oda” hansısa ideya və təşəbbüsdən çox ictimai bir ehtiyacın tələbidir.

Hansı ki, bu ehtiyac cəmiyyətin problemlərinə, həyatına qapılarını bağlayan, öz qapalı, hermetik mühitində aktyorlarının yaradıcılıq eşqini boğan teatrlar tərəfindən ödənilmir. “Oda” hansısa yeni formalar, estetikalar axtarışından çox, məhz bu ehtiyacdan, tələbdən yaranıb.

“Oda” minimalist teatrdır. Ötən əsrin əvvəllərində meydana çıxan “yoxsul teatr” estetikasındadır. Yəni, bu o deməkdir ki, binadan-binaya qovulan odaçılar öz məhdud texniki imkanlarını teatrın estetikasına çevirməyi bacarıblar.

Ötən həftə teatrın direktoru Elmin Bədəlovla söhbət etdik. Teatrın problemləri, yığılan borclar, məhdud imkanlar... Amma insafən o qədər də sıxıcı deyil- bu problemlərin üstündə bonus olaraq Ramiz Məlik personajı kimi hədiyyə komiksi var. Yeri gəlmişkən, görkəmli xalq artisti deyəsən teatrın bağlanmaq təhlükəsi xəbərinə vaxtından tez sevinir. Onun bu sərvaxtlığını qiymətləndirməmək olmaz.

Söhbətə qayıdaq. Deyim sizə, dövlət teatrlarının aktyorları, rejissorları ilə onlarla müsahibə etmişəm. Teatrın problemlərindən danışmışıq. İşıq gələn bir yer görünməyib. Yeni təmirli binaların içində bu ümidsizlik, pessimizm, üçbucaq problemi.

Amma bu qədər problemləri olan, bağlanmaq təhlükəsilə üz-üzə qalan balaca bir teatrın direktoru ilə söhbətdə niyə optimizm var?

Cavab çox sadədir: onları problemlər yox, həlli yolları düşündürür. “Oda” fəaliyyət göstərdiyi bu az vaxt ərzində teatr menecerliyi, teatrın təbliği, tamaşaçı ilə ünsiyyət, repertuar kimi məsələlərdə xeyli cəhdlər və nəticələr əldə edib. Ən əsası “Oda” göstərir ki, teatr ən məhdud imkanlarla da yaşaya, daha doğrusu DİRİ ola bilər.

Elmin Bədəlov danışdıqca məlum oldu ki, bir müstəqil teatrın yaşaması üçün problemlər həddən artıq çoxdur. Amma ən vacibi odur ki, tamaşaçı deyildiyi kimi teatra laqeyd deyil və onlar bunu hiss edib. Onlar tamaşaçı ilə nəfəs-nəfəsə qalmağın həyəcanını yaşayıblar. Bu həyəcanın yolunda hər şeyə hazırdılar.

Və rusların ataları deyib: Cəhd edənə maneə yoxdur.

# 1074 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #