Xəlvətdən çıxmayan Bakuvi

Xəlvətdən çıxmayan Bakuvi
15 oktyabr 2014
# 13:54

Dünən Nizami Kino Mərkəzində "Xəlvətdə qalmış müdrik" sənədli filminin təqdimatı keçirildi.

Dövlət sifarişi ilə "Yaddaş" studiyasında çəkilmiş, bədii elementlərin də yer aldığı sənədli filmin ssenari müəllifi Orxan Fikrətoğlu, rejissoru Adil Azaydır.

Sənədli lent sufi filosofu, xəlvətilik təriqətinin yaradıcılarından biri Seyid Yəhya Bakuviyə həsr olunub.

Filmin əvvəli maraqlı başladı. İlk epizodda kamera müasir Bakının küçələrindən keçərək Şirvanşahlar sarayının qaranlıq hücrəsində bənd salır. Simvolik- qaranlıq hücrə obrazı ilə də danışılacaq əhvalatın məğzi əvvəlcədən bəyan edilir.

Bu epizodda əsas obraz kamera- müşayiət edən və seyrçiyə istiqamət göstərəndir.

Hətta ilk hissələrdə asketik musiqi də (bəstəkar Tural Bakuvi) təbiət, qədim abidələrin təsvirlərlə ilə orqanikləşir.

Amma filmboyu musiqinin çox səslənməsi təsvirləri, nəql edilən əhvalatı əzir, diqqəti yayındırır və o, beləcə özünün asketik mahiyyətindən kənara çıxaraq əsəbləri qıcıqlandıran, filmdə artıqlıq edən nəsnəyə çevrilir.

Təqdimat zamanı səhnəyə dəvət olunan rejissor Adil Azay dedi ki, biz burda yeni baxış eləmişik-aktyorlar danışmır. Yəni aktyorlar ancaq hərəkət və üz ifadələri ilə rollarını ifa edir.

Rejissor yeni baxış deyəndə, yəqin ki, səssiz oyunu ilk dəfə öz yaradıcılığında tətbiqini nəzərdə tuturdu. Hər halda buna o zaman əminliklə yeni demək olardı ki, uzun illik tarixə malik səssiz oyuna rejissor nəsə fərqli intonasiya, tərz gətirəydi.

Ümumiyyətlə, səssiz oyun, bədiiləşdirilmiş səhnələr, təbiət, qədim məkan görüntüləri təəssüf ki, yalnız bəsit illustrativ ifadədən, kadrarxası mətnin hərfi realizəsindən o yana getməyib.

Dediyim kimi, film xəlvətilik təriqətinin yaradıcılarından biri Seyid Yəhya Bakuviyə həsr olunub. Nə təqdimat zamanı çıxışlarda, nə də filmdə xəlvətilik təriqəti, onun mahiyyəti, prinsipləri haqda ətrfalı, dəqiq izahat olmadı.

Mövzu daha çox analitik yanaşma, araşdırma diktə edir. Rejissor isə əksinə, ciddi mövzuya poetik yanaşıb, gərəksiz, heç nə deməyən, hətta informativ funksionallığı belə olmayan lirik tonlarda mətnlərə, bədii səhnələrə üstünlük verib.

Tamaşaçıya verilən məlumatlar həddən artıq ümumi, səthi və vikipediya səviyyəsində idi.

Sorbonna universitetinin fəxri professoru, Bakuvi şəxsiyyətinin, yaradıcılığının araşdırmaçısı, filmin məsləhətçisi Zöhrə Əliyeva da çıxışında bioqrafik, ümumi məlumatla kifayətləndi.

Müəlliflər Bakuvinin dünyanın hər yerində tanındığını iddia edir. Amma niyəsə onun tanındığı, təriqətin yayılma coğrafiyası Asiya-Afirika bölgəsi ilə məhdudlaşır.

Təriqət nümayəndələrinin zikr səhnəsi həm mahiyyət, həm vziual həll baxımından fiaskodur. Ya bilərəkdənmi, ya fərqinə varmadanmı bu səhnə atmosferinə, mizanına görə “Dəli Kür” filmindəki mollaların ekstaz epizodunu xatırladır.

Daha sonra Bakuvinin əsərlərinin bu gün də öz aktuallığını saxlanılması, düşüncələrinin bəşəriyyətə töhfə verməsi, fikirlərində dünyaya sülh, bərabərliyin, həmrəyliyin əksini tapdlğı deyilir. Amma səslənən fikirlərin sübutu kimi konkret nümunə gətirlimir.

Sonda isə məni bir sual düşündürdü: Bakuvinin humanist, bəşəri ideyaları Yer kürəsinə töhfəsini veribsə, onda niyə dünyamızın durumu bu qədər faciəvidir?

Və filmdən aldığım ən son nəticə: Bakuvinin bu dünyadan nə istədiyini rejissor bizə anlada bilməyib.

# 3566 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #