Küçədə döymək olar, öpüşmək yox

Küçədə döymək olar, öpüşmək yox
16 yanvar 2014
# 12:31

Tez tez rast gəldiyimiz mövzulardan ən öndə gedəni “Qadına qarşı şiddət” haqqındadı. Əslində mən yazanda belə mövzulara az toxunuram. Ancaq instagramda çox sevdiyim, hörmət etdiyim Esra Karabulutun paylaşdığı şəkil diqqətimi çox cəlb etdi. Daha doğrusu şəkildə yazılan fikir.

“Bir kadını sokak ortasında dövebilir, hatta öldürebilirsiniz. Fakat öpemezsiniz.Halk buna tepki gösterir. Çünki çok duyarlı toplumuz!”

Əslində deyilən fikirlərdə məna çoxdu. Onsuz hamımız bilirik ki, yaşadığımız ölkədə edilən hər bir şey cəmiyyət tərəfindən pis qarşılanır. O ki, qaldı küçədə öpüşmək. Boynumuza alaq ki, parkda oturub öpüşənlərə baxanda arxalarınca olmuyan sözləri deyirik. Bu bizim qanımızda var.

Bəs qadınlar niyə şiddətə məruz qalır? Heç bu haqda sual vermisiz özünüzə?

Bir qadının yolda cəmiyyət içində döyülməsi normaldırmı sizcə?

Mən “Qadına qarşı şiddət” mövzusunda təkcə kişiləri günahkar hesab etmirəm. Çünki aralarında baş verən söz söhbətin nə olduğunu bilmədiyimiz halda hər iki tərəfdən kimdəsə günah axtarmağa haqqımız və ixtiyarımız yoxdur.

Ancaq son zamanlarda Azərbaycanda demək olar ki, bir çox qadınlar öz həyat yoldaşları tərəfindən şiddətə məruz qalırlar. Elələri olur ki, döyülərək ölümcül hala düşür. Və xəstəxanaya çatana kimi yolda həyatını itirir. Niyə axı? Nəyə görə qadın bu günə düşməlidir. Günah kimdədir. Qadında, yoxsa kişidə?!

Yada insanların ruhu və ya əqli cəhətdən xəstə olduğunu düşünürsən. Hansı normal kişi öz həyat yoldaşını, uşaqlarının anasını döyərək məhv edə bilək. Qürür, şəxsiyyət bu qədərmi alçalır insanların gözündə.

Bəzən xəbərlərdə arvadını döyən kişinin müsahibəsinə baxırsan və deyilən fikrə bilmirsən ağlayasan, yoxsa ki, güləsən. Fikirləşirsən ki, ya televiziya səninlə məzələnir, ya da ifadə verən “kişi”.

“- Həyat yoldaşınıza niyə şiddət göstərmisiz?

- Qısqanc adamam. Həyat yoldaşımı qısqandım. Və özümə hakim ola bilmədim.

- Həyat yoldaşınız işləyir? Nəsə şübhəli bir şeylər hiss etmişdiz? Yoxsa başqa kişi ilə yaxalamışdız?

- Xeyr. Nə işləyir, nə şübhələnmişəm, nədə ki, başqa kişi ilə tutmuşam. Sadəcə dediyim kimi dəhşət qısqanc adamam. Nəticəsi isə belə oldu.”

Həqiqətən də bilmirsən ki, bu qulaq asdığın insanın dediklərinə nə reaksiya verəsən. Heç durduq yerdə qısqanclıq olur? Yaxşıdı da nəyəsə əsəbləş, qısqanclıq damarın tutsun, dur, vur, öldür. Özün get həbsə övladlarında qalsın başsız.

Şiddət dedikdə insanın ağlına qadınların kişilər tərəfindən döyülməsi, söyülməsi, işgəncələrə məruz qalması gəlir. Dünyanın bütün ölkələrində “qadına qarşı şiddətə yox deyirik” şüarları səslənir, amma şiddət, sadəcə, qadınlar üçün deyil. Dünyada ən azı qadınlar qədər şiddətə məruz qalan uşaqlar və kişilər var.

Dünyada hər 100 qadından 71-i, hər 100 uşaqdan 45-i, hər 100 kişidən 27-si şiddətlə üzləşir. Şiddətlə qarşılaşan hər 100 insandan 51-i bildirib ki, yenidən dünyaya gəlsəydi, qarşı cinsdən olmaq istəyərdi. Əslində bu rəqəmlər kifayət qədər yüksəkdir, amma insanların çoxu bu gün şiddət kəlməsini qadınların döyülməsi kimi qəbul edir. Halbuki şiddət və təzyiqə məruz qalan tək qadınlar deyil.

Ailədə təzyiq bütün cəmiyyətlərdə ortaq bir problemdir. Bu sahədə aparılan araşdırmalar dünyada hər dörd qadından və hər altı kişidən birinin ailədə təzyiqə məruz qaldıqlarını göstərib. Hazırda qadınlar fiziki təzyiqə məruz qalırlarsa, kişilər də mənəvi təzyiqə məruz qalırlar. Qardaş ölkə Türkiyədə təzyiqə məruz qalan kişilər üçün də sığınacaq mövcuddur. Bu sığınacaq Konyada yerləşir. Bura müraciət edənlərin böyük əksəriyyətini həyat yoldaşı və uşaqları tərəfindən zorakılığa məruz qalmış kişilərdir. Bir qeyri-hökumət təşkilatı tərəfindən açılan ev “zərərçəkənin cinsi olmaz” şüarını deviz seçib. Evdə eyni vaxtda 40-50 kişi sığınacaq tapa bilir. İldə isə ən azı 400-500 nəfər yardım məqsədilə bura müraciət edir, bəziləri oranın uzunmüddətli qonağına çevrilirlər.

İnan ki, zorakılıqlar, şiddətlər bununla kifayətlənmir. Hərdən sosial şəbəkələrdə elə mövzulara rast gəlirsən ki, həqiqətən də damarında axan qanın donur. Azyaşlı uşaqların günahı nədir bəs? Baxırsan ki, mətbuat bar-bar bağırır. 15 yaşlı qız filan rayonda atası tərəfindən zorlandı, döyuldu və s. Başa düşə bilmirəm atalar öz qızlarına və yaxud da, qardaşlar öz bacılarına bunu etməklə nəyi demək istəyirlər. Sadəcə bir şey deyə bilərlər bunu etməklə “Mən dünyanın ən şərəfsiz kişisiyəm.”

Bu mövzu gün ərzində beynimdə çox dolaşırdı. Başladım araşdırmağa. Dünyada olan zorakılıqlarla bağlı məlumat toplamağa. Yalnızca Türkiyə haqqında məlumat toplaya bildim.

Beləliklə Türkiyə Böyük Millət Məclisi TBMM-nin deputatı bu ölkə qadınlarına qarşı ailə kobudluqlarının artmasını tənqid edərək deyib: 2013-cü ilin ötən iki ayı ərzində 26 qadın ailə kobudluğu nəticəsində həlak olub. Bu məsələ bunun həll olunmaz ictimai bir problem kimi qaldığını göstərir.

İRNA-ya istinad edən Səhər telekanalı internet portalı bildirir ki, Türkiyədə hökumətə müxalif Cümhuriyyət Xalq partiyası CHP-nin deputatı Aylin Nazlıyaka deyib: Rəsmi məlumatlara əsasən bu müddət ərzində 22 qadına təcavüz olunub və 40 qadın və uşaq da ailənin bir üzvü tərəfindən döyülüb.

Qadınların döyülməsi və ailə kobudluqları Türkiyə ictimaiyyətinin problemlərindən biri sayılır.

Hazırda rəsmi şəkildə 9 minə yaxın qadın ailə kobudluğunun qarşısının alınmasın üçün polisin himayəsindədir.

Türkiyə ictimai məsələlər üzrə ekspertlərin qənaətincə, bu göstərici qadınlara qarşı kobudluğun həqiqi göstəricisindən qat-qat aşağıdır. Belə ki, ailədə döyülən qadınların əksəriyyəti öz abır-həyasını qorumaq üçün polis və ədliyyə orqanlarına müraciət etmirlər.

Türkiyədə qadınların himayəsi üçün ciddi qanunların təsdiqlənməsinə baxmayaraq, verilən statistikaya əsasən bu ölkə qadınlarının 42% ömründə ən azı bir dəfə kobudluğa və ya təcavüzə məruz qalıb.

# 2363 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #