Ağılla qəlbin mübarizəsi

Ağılla qəlbin mübarizəsi
14 noyabr 2013
# 14:42

Realist yazıçı Mirzə Fətəli Axundov belə bir psixi ideya irəli sürürdü: “Əgər daşın qızıla çevrilməsini istəyirsinizsə, onda meymunu yaddan çıxarmalısınız”. İnanıram ki, xeyli psixopat insan daşı qızıla çevirməkdən ötrü meymunu unutmaq üçün, doğrudan da, əlləşib əldən-ayaqdan düşmüşdü. “Meymun”u – Darvinsayağı desək, əcdadımızı unudub, yaxud unutdurub varlanmaq istəyən psixopatların sayı bu gün də ölkəmizdə xirtdəyəcəndir. Kimi telepatiya yolu ilə “müalicə olunmaq, kimisi isə bu yolla “müalicə edib” pul qazanmaq istəyir. Rus alimi Siolkovski öz kitabında telepatiyanı belə izah edir ki, insan artıq yer kürəsində yaşamaqdan təngə gəlib, bezib. O, yeni universal kosmik məkan axtarır baş götürüb getmək üçün. Telepatiya şüuraltı olaraq bu naməlum məkanla əlaqə qurmaq, bu kosmik məkanda, bir növ, özünə “torpaq sahəsi” tapmaq zərurətindən irəli gəlir. Telepatiya naməlum kosmik məkanla əlaqə qurmaq istəyən dini və elmi cəhdlərin gələcəyinə inanmır, ona görə də öz psixi əlaqə metodlarını yaratmağa çalışırlar.

Sözsüz ki, Siolkovski bu yanaşmasında öz düşüncələrinə ciddi şəkildə inan entuziast xəstələrdən gedir. Onlar naməlum məkana yola düşmək üçün “yol yoldaşları” yığırlar, özlərinin bayquşsayağı hipnoz ənənələri ilə ətraflarındakı “sərçələri” sağaltmaq üçün real dünyadan uzaqlaşdırıb başqa bir dünyanın adamına çevirirlər.

Xəstə özünü bu “başqa dünyada” çox xoşbəxt hiss edir, çünki onu yaşadığı dünya zədələmişdi, indi isə o tamamilə başqa bir psixi məkandadır. Hoppa! O, artıq böyrəyindəki daşı unudub, qulağındakı küyü fitə basır, prostat vəzisində olan ağrılar onun heç şeyinin şeyinə də deyil. O, artıq öz ağrılarına fiziki ağrı kimi deyil, onu xoşbəxtliyə aparan ümid mənbəyi kimi baxır. O, artıq mazoxistə çevrilib, öz ağrılarından zövq alır. Bu entuziastların “xilasetmə” metodudur və bu metoddan ən çox peyğəmbərlər istifadə edirdilər. Musa inandırırdı ki, əlindəki əsada ilahi güc var, İsrail xalqı onun arxasınca gəlsin, o, əsanı dənizə toxunduran kimi dəniz iki yerə ayrılacaq, İsa inandıra bilirdi ki, ölünü dirildəcək, Məhəmməd inandırırdı ki, hər gecə Tur dağında Allahın mələyi Cəbrayılla görüşür. Bunların hamısı rus psixoloqu Vladimir Leviyə görə min illərə hesablanmış psixi təlqinlərdi. Skeptiklər isə qəlbin hökmünə yox, ağıla üstünlük verirdilər, deyirdilər ki, dünyada hər şeyi ağıl yaradır, qəlb isə ondan bəhrələnir. Amma bir məsələ də var ki, ağılsız qəlbin və qəlbsiz ağılın yaratdığına heç qoz da düşmür. Məsələn, entuziastlar hər gün Qiyamət günü yaxınlaşır və bütün ömürlərini gedəcəkləri o naməlum məkana hazırlayırlar. Amma skeptik astronomlar iddia edirlər ki, yaxın bir milyard il ərzində məhv olma ilə nəticələnəcək heç bir kosmik dəyişiklik gözlənilmir. Ağılla qəlb bax belə qlobal məsəllərdə dan-dabana ziddirlər. Qəlb inanır, inamamağı mənasızlıq sayır, ağıl isə şübhə edir, inanmaq istədiyi şeyi axtarır. Qəlb siçanı tutacağına ümid edən pişik kimi səbirlə pusquda yatır, ağıl isə ömrünü çürüdüb pusquda yatmadan siçanı asan yolla tutmağın yollarını axtarır. Qəlb ağıla kinayə ilə deyir: “Zəhmət çəkmə, sənin axtardığını mən tapmışam”. Ağıl da ikiqat kinayə ilə cavab verir: “Yanılırsan, sənin tapdığı mənim axtardığı deyil”.

Yazımızı Levinin bu sözləri ilə bitirsəm, məncə, bayaqdan nə üçün çənə döydüyüm oxuculara aydın olar: “Əlbəttə, bu məsələdə iki cəbhənin yaranması heç də pis deyil, bəşəriyyətə həm ehtiraslı möminlər, həm də amansız “şeytan vəkilləri” lazımdır. Lakin mühərikklə saxlac arasında qarşılıqlı anlaşma yoxdursa, onda necə olacaq?”

# 6056 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #