Uşaqlar öldürülməsin...

Uşaqlar öldürülməsin...
5 sentyabr 2013
# 10:03

Müharibələr, təbii fəlakətlər, kütləvi qırğınlar... Bəlkə ən soyuq kafa halımızla bunlara da haqq qazandıra bilirik, Maltus nəzəriyyəsi deyirik, “Böyük ideyalar qurban tələb edir” deyirik. Və hər necəsə bütün bu amansızlıqlara, qəddarlıqlara qandan bir don geyindiririk.

Bəzən içimizdə baş qaldıran bu saxta təsəllilərə rəğmən hər dəfə müharibə zonalarından, təbii fəlakət yerlərindən olan kadrları görəndə, körpə yaşındaca bu işıqlı dünyaya gözlərini yummuş, kəfən geymiş hərəsi bir kukla boyda uşaqları görəndə ürəyimiz qan ağlayır, bağrımızın başı paralanır.

Eh. Nə yaxşı ki, uşaqların bizim savaşlarımızdan, amansız nəzəriyyələrimizdən, milyonları ölümə göndərən ideologiyalarımızdan xəbərləri yoxdu. Onlar üçün bu dünya nəhəng bir oyuncaqdı .Ölənlərin yalandan öldükləri, gedənlərin yalandan getdikləri, oyuncaq bir dünya.

Kaş bütün savaş meydanları körpələrin “dava meydanı” olaydı, Sunay Akın dediyi kimi.

Kaş bütün qəzəblərimizin atom bombası şəklində partlayacağı anda bir uşaq peyda olardı və deyərdi gülə-gülə: “Mənə bir dondurma al”. Rasim Qaraca dediyi kimi.

Kaş bütün silahlarımız sabun köpüklü tapançalar olaydı, uşaqların əlində. Aliyənin şerində olduğu kimi.

Kaş bütün uşaqlar bu üç şeirdə deyildiyi kimi müharibəsiz, savaşsız bir dünyada yaşasaydılar. Öldürülməyəydilər. Şəkər də yeyə biləydilər...

Cephede

Aslında ben daha güzel ölürdüm
arka bahçede askercilik oynarken
tahta tüfeğimle toprağa uzanır
annemin sesiyle doğrulurdum hemen
-Çabuk kalk üstün kirlenecek hınzır!

Yerdeyim yine bak anneciğim
n'olur kızma adımı çağır

***

Bu uşaqlar hardan bilsinlər
yaxınlarda savaş başlanacaq,
“Sizlərə tuşlanıb yer üzündəki bütün mərmilər”
desən
yenə güləcəklər,
öz karton evciklərində gizlənəcəklər.

Onlara “Savaş başlanır” desən,
gözlərini qıyacaqlar günəşə,
“Nə olar, bir dondurma al” deyəcəklər...

***

Nə xoşbəxtsən, balaca...

Sabun köpüyü buraxan

Tapançanla öldürürsən bizi

Bu amansız dünyada...

# 3680 dəfə oxunub

Oxşar xəbərlər

Rus təkcə içki düşkünü deyil, həm də cəza düşkünüdür

Rus təkcə içki düşkünü deyil, həm də cəza düşkünüdür

18:38 14 fevral 2025
Vəziyyət o qədər pisdir ki,  Elxan Elatlı da kirayədə yaşayır

Vəziyyət o qədər pisdir ki, Elxan Elatlı da kirayədə yaşayır

14:25 14 fevral 2025
Niyə evtanaziya əcəldən daha yaxşıdır?

Niyə evtanaziya əcəldən daha yaxşıdır?

17:00 11 fevral 2025
Vətənə, millətə xəyanət, uşaq istismarı

Vətənə, millətə xəyanət, uşaq istismarı

12:00 23 yanvar 2025
Sənət Allah üçündür

Sənət Allah üçündür

09:00 22 yanvar 2025
Peyğəmbərlik nədir?

Peyğəmbərlik nədir?

15:00 7 yanvar 2025
#
#
# # #