Əvvəllər dünyasını dəyişən adamlardan geriyə yalnız şəkillər qalardı. Fotoaparatın yaddaşına həkk olmuş donuq bir an. Sonra bu şəkillər videokameranın yaddaşına köçürülmüş kadrlarla əvəz olundu. Və dünyasını dəyişmiş adamlardan geriyə çoxlu yeyib-içən, gülüb-oynayan səhnələr qaldı.
Son dövrlər artıq aramızda olmayan dost-tanışların Facebook səhifələri başqaları tərəfindən işlədilir. Bir də görürsən, bu rəhmətliklərdən hansısa “öz həyat yolunda nəsə paylaşdı”. Ürəyin gəlir ağzına.
Yaxud da necə olursa, başqa bir rəhmətliyin səhifəsinə gedib çıxırsan. Başlayırsan mərhumun profil şəklinə uzun-uzadı baxmağa. Qəribə hisslər keçirirsən. Ürəyindən keçir ki, ona bir məktub yazasan, “Salam” yazasan, “Necəsən?”, “ Hardasan?”, “Niyə yoxsan?” soruşasan. Xəbər alasan ki, o dünyada nə var, nə yox, bu dünyadan ötrü hələ darıxmamısan?
Amma heç nə yazmırsan. Çünki bilirsən ki, onlar artıq heç kimdən məktub gözləmirlər. Eləcə Kefli İsgəndər misalı müdrikcəsinə başını bulayıb pıçıldayırsan:
- Allah sizə rəhmət eləsin, ölülər.
Sonra da ətrafındakı sağ-salamat olan dost-tanışa baxıb bir az təskinlik tapırsan. Öz həyat yolunda sağ-salamat oturub, söhbətin yaşıl işığını yandırmış bu adamlara da bir-bir məktub yazmaq keçir ürəyindən. İstəyirsən, onlara deyəsən ki, öz həyat yolunuzun qədrini bilin. Profillərinizi yetim qoyub heç yerə getməyin. Getməyə nə var ki, çətini dözüb dayanmaqdı, sona qalmaqdı.
Çalışın, bizi çətin vəziyyətdə qoymayın, uşaqlar. Elə eləməyin ki, ətrafımız yiyəsiz profillərlə dolsun.
Bir-birimizə nə qədər az rekviyem yazdırsaq, o qədər yaxşıdır. Sağ olun, uşaqlar, sağ olun ki, sağsınız.
Yiyəsi ölmüş profillər
22 oktyabr 2012
07:15
2476 dəfə oxunub
Oxşar xəbərlər
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı
13:20
7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?
17:00
15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub
11:30
23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi
12:00
19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?
13:14
14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə
15:00
26 avqust 2024