Azərbaycanda qadın olmaq

Azərbaycanda qadın olmaq
24 oktyabr 2014
# 14:15

Qadın... Bu sözün özü belə insanın çiyinlərinə böyük məsuliyyət və bir çox ağırlıqlar qoyur. Çünki qadın həm ana, həm həyat yoldaşı, həm də cəmiyyətimizin ən sağlam sütunu mənasını daşıyır. Qadının müqəddəsliyi, ülviliyi haqda yazmaq istəmirəm. Əsla feminist olduğumu düşünməyin. Zənnimcə, bu mövzuya kifayət qədər yazılar, kitablar həsr edilib indiyə kimi. Mən başqa bir mövzuya toxunmaq istəyirəm. Azərbaycanda qadın olmaq mövzusuna. Bu mövzuya müraciət etməyimə son günlər müşahidə etdiyim bir neçə hadisələr səbəb oldu. Bir neçə gün bundan əvvəl xarici vətəndaşlardan biri sosial media vasitəsilə mənə müraciət etdi ki, onun azərbaycanlı xanımla evlənməyinə kömək göstərim. Əvvəl bu müraciətə ciddi yanaşmayıb həmin şəxsi əngəlləməyi düşünsəm də sonra fikrimdən daşındım. Maraq mənə güc gəldi və nə üçün məhz öz ölkəsinin xanımı ilə deyil, azərbaycanlı xanımla evlənmək istəməsinin səbəbini soruşdum. Dedi ki, azərbaycanlı xanımlar çox ailəcanlı, evlərinə, övladlarına bağlı və fədakar olurlar. Qonşularının azərbaycanlı olduqlarını və bu xüsusiyyətləri illərdir onlarda müşahidə etdiyini bildirdi.

Bu cavab məni çox düşündürdü. Həqiqətənmi belədir? Sonra ətrafımdakıları, tanıdığım xanımları bir-bir keçirdim gözümün qarşısından. Hər səhər evdən çıxıb metro və avtobusda sıxıla-sıxıla işə tələsən, işlərini məsuliyyətlə bitirib axşam yenə eyni əziyyətlə evə tələsən, yol boyu ailə üzvlərinə nə bişirəcəyi haqqında fikirləşib az qala gedəcəyi ünvanı qaçıran, solğun üzlü xanımları düşündüm. Evə çatar-çatmaz uşaqları rahatlayıb, bir tərəfdən yemək bişirib, digər tərəfdən ev tapşırıqlarını hazırlamaqda övladlarına kömək edərlər. Hələ mən evi səliqə-sahmana salmaqdan danışmıram.

Bəs yaxşı onlar bunu nə üçün edir?

Bu suala hər kəsin bir cavabı ola bilər. Mənə görə, Azərbaycan qadınının bu həyatda yeganə istəyi ailəsinin və övladlarının xoşbəxt olmasıdır. Deyə bilərsiniz ki, bunu bütün dünyanın anaları istəyir. Bəli, belədir. Amma qadınlarımız, bu istəyi reallaşdırmaq üçün özlərini oda közə atır və hər cür fədakarlığı edirlər. Azərbaycan qadını olanlarla yetinib övladlarının gələcəyini sadəcə həyatın axarına buraxmaq istəmirlər. Onlar daim övladlarının daha yaxşı təhsili və gələcəyi üçün çalışırlar. Üstəlik bu cəhət sadəcə tənha və ya kasıb qadınlara aid deyil. Minlərlə qadınımız ailə vəziyyətini daha da yaxşılaşdırmaq, ərlərinin məsuliyyət yükünü azaltmaq üçün çalışır. Kimi də sadəcə sosial əlaqələri, dünyagörüşü və ya karyerası üçün işləyir. Bəli, bu çox gözəldir. Azərbaycan qadını evdə oturub yemək bişirməklə kifayətlənmir, həm də bayırda işləyərək ailəsinə dəstək olur. Bu zərif məxluqlar çiyinlərinə üç, dörd vəzifəni birdən götürürlər. Uşaq böyütmək məsuliyyəti, pul qazanmaq və ailə, məişət qayğılarını. Üstəlik bunu sevgi ilə edirlər. Yorulmadan. Yetər ki, övladları daha gözəl şəraitdə yaşasın və təhsil alsın, üzləri daim gülsün. Aldıqları məvaciblərin yüzdə yüzünü ailəsi üçün götürdükləri kreditlərə və ya uşaqlarının təhsil haqqına xərcləyən xanımlarımız var.

Bəs yaxşı Azərbaycan qadınının bütün bu fədakarlıqları qarşısında aldığı mükafat nədir?

- Bəylərimiz...

Bu əslində yazılacaq və müzakirə ediləcək ən geniş mövzudur. Amma çox uzatmayacağam. Onlar aldıqları və qazandıqları ilə yetinir. Kişilərimiz üçün mövcud imkanlarının sərhədini aşıb fədakarlıq etmək boş şeylərdir. Mübarizə aparmaq, özünü oda-közə vurmaq soyuqqanlı kişilərimizə aid edilən cəhətlərdən deyil. Televizorun qarşısında əyləşib futbol izləmək, uşağın düzgün tərbiyə edilməsində qadına maneə olmaq onların başlıca xüsusiyyətidir. Amma kiçik bir narahatlıqlarını tez hiss etdirər, qadınları məzəmmət etməkdən çəkinməzlər. Qadın narazılığını bir balaca dilə gətirən kimi isə ona deyingən adını qoyurlar. Sözsüz ki, bu bütün kişilərə deyil, əksəriyyətinə aiddir. Əslində bu normaldır. İndi bütün Avropa belə soyuqqanlıdır. Əgər qadınlarımızın ailələri üçün bu cür fədakarlıqları olmasa idi, onda kişilərimizin bu soyuqqanlılıqları o qədər də gözə çarpmazdı. Günümüzün reallığı odur ki, təəssüf ki, bu gün çox hallarda Azərbaycan qadınının fədakarlığı elə öz həyat yoldaşları tərəfindən qiymətləndirilmir.

# 2058 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
#
#
# # #